İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?

28-07-2026, 19:00 23

Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?


Türkiyədən Bakıya gələn və sosial şəbəkələrin Azərbaycan seqmentində tənqid olunan "Çılğın dondurmaçı" ilə bağlı çağırışlar artır.

Paytaxtın mərkəzində dondurma satan Mehmet Dinç ritmik musiqilər və rəqslərlə dondurma satışı edən sosial media fenomenidir. Lakin onun qarşısında rəqs edən müxtəlif yaş təbəqələrindən olan azərbaycanlıların bu davranışı cəmiyyətdə birmənalı qarşılanmır.

Kimisi günahı türkiyəli dondurma satıcısında, kimisi vətəndaşlarımızda görür. Amma burada qəbahət görməyən, əyləncə olduğunu deyənlər də az deyil. Bəziləri isə Mehmetin Azərbaycandan uzaqlaşdırılmasını tələb edir.

Sosial şəbəkələri başına alan görüntülər və etiraz çağırışları hazırda müzakirə mövzusuna çevrilib. Onu da deyək ki, həmin şəxs Türkiyədən sonra Birləşmiş Ərəb Əmirliyində də fəaliyyət göstərib, sonra Azərbaycana gəlib. Onun videoları əsasən “TikTok” platformasında yayılıb. Hazırda donurmaçının “TikTok” hesabını 21 milyon istifadəçi izləyir. Məsələyə tanınmış şəxslər münasibət bildirib. Hətta müğənni Nadir Qafarzadə paylaşdığı videoda "Çılğın dondurmaçı"nın qarşısında rəqs edən qadınlar haqqında sərt və təhqiramiz ifadələr işlədib.

Bəs əslində necə olmalıdır? Doğurdanmı dondurma satan şəxsin qarşısında oynamaq qəbahət və ya mənəvi cəhətdən aşınmanın göstəricisidir?

Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov Musavat.com-a qeyd edib ki, mentalitet adı ilə hər yeniliyə qarşı çıxmaq doğru deyil: “Görünüşünə, həyat tərzinə, mədəniyyətinə və sosial münasibətlərinə görə hər dövrün özünəməxsus xüsusiyyətləri olur.

Bəzən bu dəyişikliklər gündəlik həyatda, bəzən incəsənətdə və mədəniyyətdə, bəzən isə sosial fəaliyyət və biznes sahəsində özünü göstərir. Dövrün tələblərinə uyğun olaraq müxtəlif kreativ yanaşmalar meydana çıxır və cəmiyyətlər də buna uyğun şəkildə formalaşır.
Dünyanın bir çox ölkəsində insanlar bu cür yenilikləri təbii qarşılasalar da, nədənsə Azərbaycanda hər yeniliyə irad tutmaq, hər məsələdə qüsur axtarmaq adət halını alıb. Azərbaycan cəmiyyəti ümumilikdə yeniliklərə açıq görünür, lakin söhbət qadınlar və qızlarla bağlı hər hansı məqamdan gedəndə, bəzilərinin reaksiyası dərhal dəyişir. Etirazlar başlayır, sosial şəbəkələrdə müzakirələr qızışır, təhqirlər səslənir və məsələ bir anda "mentalitet", "milli-mənəvi dəyərlər" müstəvisinə daşınır”.

Aydın Xan Əbilov bildirib ki, məzəli və çılğın dondurmaçılar dünyanın bir çox ölkəsində olduğu kimi, qardaş Türkiyədə də uzun illərdir fəaliyyət göstərirlər: “Onlar kreativ satış üsulları, zarafatları, rəqsləri və maraqlı təqdimatları ilə insanların diqqətini çəkir, xüsusilə yayın ayrılmaz şirniyyatı olan dondurmanı fərqli formada təqdim edirlər. Bu, artıq həmin ölkələrdə turizm və xidmət sektorunun bir hissəsinə çevrilib. Azərbaycanlı turistlər də Türkiyəyə gedəndə həmin dondurmaçıların etdiyi zarafatlara, atmacalara, rəqslərə böyük həvəslə qoşulur, bunu əyləncə kimi qəbul edir, videolar çəkir, gülür və paylaşırlar”.

Kulturoloq vurğulayıb ki, belə hallara görə xarici vətəndaşların ölkədən çıxarılması və ya deportasiya olunması ilə bağlı çağırışlar düzgün yanaşma deyil: “Uzun illərdir cəmiyyətimizdə xüsusilə qadın və qızlara münasibətdə "özünü ağır aparmaq" anlayışı mental dəyər kimi təqdim edilir. Ancaq zaman dəyişir. Yeni nəsil bu cür yanaşmaları əvvəlki nəsillər qədər qəbul etmir. Əksinə, belə məhdudiyyətlərlə qarşılaşdıqca etirazını daha sərbəst, daha açıq və daha liberal formada ifadə edir. Gənclər dünyaya daha fərqli baxır və bir çox məsələdə əvvəlki nəslin mühafizəkar yanaşmasını bölüşmür. Unutmayaq ki, dondurma əsasən uşaqların, yeniyetmələrin və gənclərin ən çox istehlak etdiyi məhsullardan biridir. Kimsə rəqs edib dondurmasını almaq istəyirsə, bu onun seçimidir. Kimsə sadəcə dondurmasını alıb sakitcə yoluna davam etmək istəyirsə, bu da onun haqqıdır. Heç bir dondurmaçı kimisə zorla rəqs etdirmir, heç kimi məcbur etmir, heç kəsin iradəsinə zidd davranmır. Sadəcə təqdim etdiyi xidmətə maraqlı elementlər əlavə edir. İstəyən buna qoşulur, istəyən də qoşulmur. Bu, insanların dünyagörüşündən, xarakterindən, xasiyyətindən və əyləncəyə münasibətindən asılı olan məsələdir. Buna görə kiminsə ölkədən qovulmasını, deportasiya edilməsini tələb etmək mənə anlaşılan gəlmir”.
Onun sözlərinə görə, elə bu düşüncə tərzi ilə vaxtilə Azərbaycana gələn ərəb turistlərin buradan ayağı kəsildi: “Sonra müxtəlif kampaniyalar başladı, ərəb turistləri haqqında mənfi stereotiplər yaradıldı. Nəticədə bu gün həmin turistləri Azərbaycanda demək olar ki, görmürük. Onlarla birlikdə həmin turistlərə xidmət göstərən restoranlar, otellər, əyləncə mərkəzləri və bütövlükdə turizm sektoru da ciddi zərbə aldı. Bu gün ərəb turistləri daha çox Türkiyəyə, Gürcüstana, hətta Ermənistana üz tuturlar. Eyni münasibəti İrandan gələn turistlərə qarşı da gördük. Onlar haqqında müxtəlif videolar çəkildi, saysız-hesabsız iddialar səsləndirildi. Guya burada çadır qururlar, araq içirlər, rəqs edirlər və sair. Nəticədə onlar da istiqamətlərini dəyişdilər”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

iqtisadiyyat
20 avq 2025 | 15:17

Ərəb ölkələrindən Azərbaycana turist axını zəifləyib - AÇIQLAMA


iqtisadiyyat
6 dek 2023 | 12:55

“TikTok”a nəzarət başlayır? - yüz minlərlə dollar, sui istifadə halları...


cemiyyet
31 iyl 2025 | 13:09

“Zəngin turistlər yalnız kazinoya deyil, lüks hotel və restoranlara da pul xərcləyirlər”


dunya
30 dek 2025 | 19:00

Nağarada çalır Paşinyan - seçkiöncəsi “stres” atır, yoxsa...


idman
12 okt 2023 | 12:29

“Qarabağ”ın legionerləri Azərbaycan toyunda belə rəqs etdi - VİDEO


dunya
19 iyn 2024 | 12:59

Ağ Evdən Baydenin qəribə videoları ilə bağlı AÇIQLAMA


hadise / sou
16 yan 2025 | 18:30

Ad günündə vəfat etdi, ölümü ilə müzakirələr yaratdı - Çimnaz haqqında bilmədikləriniz...


dunya
6 sen 2025 | 12:00

Türkiyə yanğınlar, zəlzələlər və inflyasiya səbəbindən turistləri itirir - "Economist"


sosial
22 okt 2025 | 18:30

Sosial şəbəkələr uşaqları təhsilsiz və ünsiyyətsiz edir? - Psixoloqdan xəbərdarlıq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə