DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir? Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər... Prezident gənclərin tərbiyəsindən danışdı DİN-ə yeni vəzifə həvalə olundu Prezident və birinci xanım Şamaxıda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə

6-12-2025, 10:40 84

Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə


Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011" MMC tərəfindən idxal olunmuş ”Nitro Max" əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqlarının nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib.

Ümumi sayı 4800 ədəd olan energetik içkil sahibkarın və agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib.

Son dövrlər Azərbaycanda yeniyetmələr və uşaqlar arasında qəfil ürək ölümlərinin artmasının bir səbəbini də enerji içkiləri ilə əlaqələndirirlər. Həkim-kardioloq Jalə Abbasova bizimlə söhbətdə bildirib ki, yeniyetmələrdə erkən yaşda baş verən bu cür ölümlərin başlıca səbəblərindən biri energetik içkilərdən sui-istifadədir.

Bəzi ölkələrdə enerji içkilərinin satışına qadağa qoyulub. Litva, Latviya, Polşa, Rumıniya və Türkiyədə enerji içkilərinin 18 yaşdan kiçik şəxslərə satışı qadağandır. Qazaxıstanda isə məhdudiyyət daha sərtdir və bu içkilər 21 yaşdan kiçiklərə satıla bilməz. Danimarka, Fransa və Norveç kimi ölkələr 1990-2000-ci illərdə yüksək kofein və taurin tərkibli enerji içkilərinə, xüsusilə Red Bull-a tətbiq olunan tam qadağa tətbiq edir. Hazırda bir çox ölkələrdə enerji içkiləri tam qadağan olunmasa da, onların satışı ciddi şəkildə məhdudlaşdırılır.

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Enerji içkilərinin təsiri böyükdür. Bunlar təbliğatın nəticəsində belə geniş vüsət alıb. Bizdə bəzən idman yarışlarını belə idmana zidd olan enerji içkilərinin sponsorluğu ilə keçirirlər. Əslində bunlar olmamalıdır. Bunun özü də bir təbliğat növüdür. Ona görə də uşaqların qəfil ölümünün səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Bunlar narahatedici məsələlərdir. Hesab edirəm ki, bu məsələ ətrafında çox ciddi araşdırma aparılmalıdır. Məsələnin mahiyyəti dəqiq aşkara çıxarılmalıdır. Əks halda bu cür faciəli hadisələrin tez-tez şahidi ola bilərik. Bu hər kəsin evində sirayət edəcək hadisələrin qarşısını almalıyıq”.

Həkim - cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Energetik içkilərlə bağlı məsələ getdikcə aktuallaşır. Xüsusilə də uşaqların olduğu məkanlarda, məktəblərdə uşaqların bufetlərdən gedib sərbəst şəkildə almasına heç bir nəzarət yoxdur. Böyüyən uşaq orqanizmi üçün bu içkilər çox ziyanlıdır. Onların ürəyini həddən artıq yorur, beyninin funksiyalarını pozur. Həmin içkilərin tərkibində olan, hələ leqal olanları deyirəm, kofein, taurin kimi maddələr uşaqlara çox ziyandır. Bu içkilərin tərkibindəki asılılıq yaradan maddələrin olmasına gəlincə, bununla zaman-zaman şayiələr, söhbətlər gəzirdi. Təəssüf ki, bu şayiələr heç də əsassız deyil. Çünki bu içkilərə aludəçilik çox hiss olunur. AQTA bu məsələdə diqqətli olmalıdır. Onun tərkibinə müəyyən maddələrin vurulması asılılıq yaradırsa, bu çox təhlükəlidir. Gənclər arasında da enerji içkilərinin istehlakı çox genişlənib. Bu yoxlamalar da çox mühümdür”.

Xatırladaq ki, enerji içkilərinin yüksək kofein tərkibi ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini yüksəldir və mərkəzi sinir sistemini stimullaşdırır. Uşaqlar, yeniyetmələr və ürək xəstələri üçün bu, ciddi risklər yarada bilər. Həddindən artıq kofein qəbulu ürək ritminin pozulmasına, yüksək təzyiqə, yuxusuzluğa və nadir hallarda qəfil ürək problemlərinə səbəb ola bilər. Enerji içkilərindəki digər stimullaşdırıcı maddələr, məsələn, taurine və guarana, kofeinlə birlikdə sinergetik təsir göstərir. Bu, ürəyin daha çox işləməsinə səbəb olur və uzun müddət və ya həddindən artıq istehlak zamanı ürək və damar sistemi üzərində əlavə yük yaradır. Bu içkilər həmçinin aludəçilik riski daşıyır. İçkilərdəki stimullaşdırıcı maddələr beyində dopamin və digər sinir sistemini aktivləşdirir, yorğunluğu aradan qaldırmaq üçün daha çox istehlaka meyil yaradır. Enerji içkilərinin əksəriyyəti çox miqdarda şəkər ehtiva edir ki, bu da diabet, piylənmə və diş problemlərinə yol açır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
6 noy 2025 | 09:31

Tərkibində dərman aşkarlandı... - energetik içkilər haqda bir daha


cemiyyet
6 mar 2025 | 16:00

Uşaqlarda bu qüsurları yaradır - Energetik içki XƏBƏRDARLIĞI


sosial
26 dek 2023 | 15:30

AQTA-dan çağırış: Bu məhsulları alarkən diqqətli olun!


tehsil
6 dek 2024 | 13:27

Məktəblərin bufetlərində bu məhsullar satıla bilməz - RƏSMİ+SİYAHI


sehiyye
15 iyl 2025 | 16:00

Acqarına qəhvə, siqaret və energetik içkilərdən istifadə edənlərə XƏBƏRDARLIQ


idman
12 mar 2025 | 09:00

Ramazanda necə idman etmək lazımdır?


sehiyye
3 okt 2024 | 16:00

Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 0
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
15:30 0
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
15:24 0
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
14:47 0
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:22 0
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
13:55 0
Prezident gənclərin tərbiyəsindən danışdı
13:51 0
DİN-ə yeni vəzifə həvalə olundu
13:48 0
Prezident və birinci xanım Şamaxıda

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə