
İran ABŞ ilə qarşıdan gələn danışıqlarda əldə edilən razılaşmanın reallaşmasına nail olmağa çalışacaq.
Bunu İran parlamentinin sədri, ölkənin nümayəndə heyətinə rəhbərlik etməsi gözlənilən Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.
O qeyd edib ki, Vaşinqtonun "vicdansızlığı və həddindən artıq tələbləri" halında Tehran sarsıdıcı cavab verəcək:
"Ali liderin bizə həvalə etdiyi vəzifə müqavilənin şərtlərinin yerinə yetirilməsinə çalışmaqdır. Vicdansızlıq, müqavilənin pozulması və digər tərəfdən həddindən artıq tələblər halında düşmənə sarsıdıcı cavab verməkdən çəkinməyəcəyik".
Qalibaf ABŞ-ni yenidən hərbi münaqişəyə cəhd edəcəyi təqdirdə "daha güclü zərbə" ilə hədələyib.
Qeyd edək ki, İran və ABŞ-nin iki ölkə arasında əvvəllər imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün bu gün İsveçrənin Bürgenştok şəhərində danışıqlara başlaması gözlənilir.
Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.
