Gəncədən Türkiyəyə daha 5 TIR yardım yola salınıb
Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Gəncə şəhərindən, Qəbələ, Ağsu, Şəmkir və Goranboydan toplanan humanitar yardımlar 5 TIR tipli yük maşını ilə yola salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ümumi çəkisi 20 800 kiloqram olan hümanitar yardımın tez bir zamanda Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə hümanitar yardımların toplanması davam etdirilir.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
