Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

15 mindən çox şəxs magistraturaya imtahan verəcək

12-06-2026, 10:00 32

15 mindən çox şəxs magistraturaya imtahan verəcək


Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, imtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.

İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 21 – 23 may tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 10632 ücari ilin, 5087 isə əvvəlki illərin məzunlarıdır, 35 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 63 ümumi rəhbər, 175 imtahan rəhbəri, 1442 nəzarətçi, 202 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq. İmtahanda 19 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar iyunun 3 dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. İştirakçılar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə iyunun 13-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

tehsil
21 may 2026 | 11:46

Bazar günü qəbul imtahanı keçiriləcək


tehsil
4 mar 2026 | 11:48

Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək


tehsil
16 yan 2026 | 13:57

Təhsilini bitirməyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq


tehsil
26 may 2025 | 14:40

Bu imtahan üçün 40 manat ödəməlisiniz - Qeydiyyat başladı


sosial
24 okt 2024 | 11:40

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək


tehsil
28 fev 2025 | 13:11

Xocalı, Xankəndi, Şuşa və Sus kəndində ilk dəfə buraxılış imtahanı keçiriləcək


tehsil
8 apr 2025 | 12:26

Buraxılış imtahanının cavabları bu tarixdə elan olunacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
08:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
08:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi
07:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
07:25 0
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə