Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Məktəbli formaları bu il neçəyədir?

2-08-2025, 12:30 220

Məktəbli formaları bu il neçəyədir?


Köynək 8 manat, jaket 20 manat; Etibar Əzimov: “Qiymətlərdə endirimlər keyfiyyətə təsir etməyəcək”
“Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli ”Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir". Bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib:

“Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər agentliyin və yerli bölmələrinin ”Çağrı mərkəzi", eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı MÜTDA-nın yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda agentliyin və yerli bölmələrinin “Çağrı mərkəzi” ilə əlaqə yarada bilərlər".

“Bakı Tikiş Evi” ASC-nin satış üzrə müdiri Etibar Əzimov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Məktəbli formaları artıq satışa hazırdır. İyul ayının əvvəlindən biz məktəbli formalarının qiymətində endirim etdik. Qiymətlər orta hesabla 20-30 faiz aşağı salınıb. Onun sözlərinə görə, qiymət dəyişikliyi beş əsas məhsul üzrə edilib. Qiymətlər ucuzdur, əlçatandır. Yalnız bizim mağazalarda satılır. Misal üçün, jaketlərdə 10 manat endirim olub, əvvəllər jaketlər 30 manat idi, indi 20 manatdır. Şalvar və ətəklərdə 5 manat endirim var. Yeni tarifə əsasən, həm oğlan, həm də qız məktəbliləri üçün qısaqol polo köynəklərin qiyməti 8 manat, uzunqol polo köynəklər 10 manat, şalvar və ətəklər 15 manat müəyyənləşdirilib. Müqayisə üçün deyim ki, 2024-cü ildə bu məhsulların qiyməti daha yüksək idi. Belə ki, ötən il qısaqol polo köynək 12 manat, uzunqol polo köynək 12 manat, şalvar və ətək 20 manat, jaket də qeyd etdiyim kimi 30 manata satılırdı”.

Etibar Əzimov onu da deyib ki, standart ölçü hesab olunan 26-54 ölçüdən böyük (56, 58, 60) ölçülü geyimlər əlavə parça sərfiyyatına görə standart qiymətə 5 manat əlavə olunmaqla satılır: “Əksər vaxtlarda keyfiyyətsiz məhsullar çox ucuz qiymətə bazara çıxarılır. Valideynlər ucuz qiymətə alırlar, anlamırlar, bir dəfə yuyulandan sonra isə görürlər ki, korlanır. Ona görə biz qiymətləri minimuma salmışıq ki, keyfiyyətli mallar satılsın”.

Satış müdiri, “Bəzi valideynlər də bildirir ki, BTE-nin mağazalarındakı formalar tez sıradan çıxır. Qiymət endirimi keyfiyyətə təsir etmir ki” sualına da cavab verib: “Qətiyyən təsir etmir. Çünki bu materialları sertifikatla Özbəkistandan, Belarusdan, Türkiyədən gətiririk. Bunların hamısının sertifikatı var və bizim satış mərkəzlərindən alınan bütün mallara bir il zəmanət veririk. Bu fabrik malıdır, Binə, Sədərək malı deyil ki. Kimlərsə təsadüfi yerlərdən, mənşəyi bilinməyən, heç bir sertifikatı olmayan məktəb formaları alır. Əlbəttə o bir dəfə yuyulandan sonra nimdaş olur. Bundan başqa belə geyimlər uşaqlar üçün sağlamlıq baxımından da təhlükəlidir. Çünki müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Məsləhətim odur ki, mənşəyi bilinməyən məktəbli formaları almasınlar. Mütləq rəsmi yerlərdən alsınlar. Mən demirəm yalnız bizdən alsınlar, Azərbaycanda məktəb formaları istehsal edən 5-6 fabrik var, oradan da ala bilərlər. Yüz faiz pambıqdan olan polo köynəklər 2 ya 3 manata ola bilər?! Tərəvəz satılan yerdə məktəbli formaları satılır, əlbəttə keyfiyyətli olmayacaq”.

Onu da qeyd edək ki, zaman-zaman məktəbli formalarının tətbiqinə qarşı çıxanlar da olur, qeyd edilir ki, bu, şagirdin fərdiliyini boğur və yaradıcılığı məhdudlaşdırır. Mütəxəssislər isə hesab edir ki, məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təşviq edir. Zəngin və ya kasıb ailədən gəlməyindən asılı olmayaraq, bütün uşaqlar eyni geyimdə olduqda fərqlər gizlənir. Bu, komplekslərə son qoyur, bullinqi azaldır, maddi imkanların fərqindən yaranan narahatlıqları aradan qaldırır.

Eyni zamanda, forma şagirdlərdə məsuliyyət və intizam hissi yaradır. Məktəb mühiti ilə küçə həyatı arasındakı sərhədi formalaşdırır. Geyimin standart olması uşaqlarda “məktəbdəyəm, dərs vaxtıdır” düşüncəsini şərtləndirir. Şagird özünü geyimi ilə göstərməyə deyil, bilik və bacarığı ilə fərqlənməyə çalışır. Bu da diqqətin dərslərə yönəlməsini və rəqabətin sağlam şəkildə aparılmasını təmin edir. Bir məktəbin formasını geyinən uşaq asanca tanınır, məktəbə aid olmayan şəxs dərhal seçilir. Bu, məktəb rəhbərliyinin əraziyə nəzarətini asanlaşdırır və təhlükəsizliyi artırır. Eyni zamanda, rəsmiyyət daşıyan məktəbli forması şagirdi təmiz və baxımlı görünməyə sövq edir. Saç düzümü, ayaqqabı seçimi və şəxsi gigiyenaya diqqət artmış olur. Forma geyinmək məktəb ənənəsini və milli təhsil mədəniyyətini yaşadır. Hər məktəbin öz simvolik forması olması onun imicini formalaşdırır, şagirdlərdə həmin məktəbin nümayəndəsi olmaqla bağlı qürur yaradır.

Dünyanın müxtəlif ölkələrində məktəbli formasına yanaşma mədəni, sosial və ideoloji əsaslara görə dəyişir. Bəzi dövlətlər formaya ciddi önəm verir və onu təhsil sisteminin ayrılmaz hissəsi hesab edir, digərlərində isə fərdi azadlıq və fərdilik ön plandadır. Misal üçün, Böyük Britaniyada məktəbli forması əsrlərdir ənənənin bir parçasıdır. Hər məktəbin öz rəngi, gerbi və xüsusi geyim tərzi olur. Burada forma yalnız nizam-intizam üçün deyil, həm də məktəbə mənsubiyyət hissini gücləndirmək üçün vacib sayılır.

Yaponiyada məktəb formaları “seifuku” adı ilə tanınır və şagirdlərə yalnız geyim deyil, həyat tərzi öyrədir. Forma vasitəsilə şagirdlərə səliqə, məsuliyyət, hörmət kimi dəyərlər aşılanır. Bu ölkədə forma məktəbin mədəniyyətinə çevrilib.

Cənubi Koreyada forma qanunla tənzimlənən bir məsələdir. Hər şagird məktəb tərəfindən təsdiqlənmiş geyimdə olmalıdır. Məqsəd sadədir: diqqəti təhsilə yönəltmək və sosial təbəqələşmənin qarşısını almaq.

Məktəbli formaları Çin təhsil sistemində də kollektiv düşüncə və dövlətə bağlılığın tərbiyəsində rol oynayır. Eyni geyim ideyası sosialist ideologiya ilə uzlaşaraq, fərdiliyin deyil, ictimai harmoniyanın gücləndirilməsinə xidmət edir.

ABŞ-də məktəbli forması dövlət məktəblərində ümumiyyətlə tətbiq olunmur. Bunun əvəzinə “dress code” - yəni geyim qaydaları tətbiq edilir. Lakin təhlükəsizlik və sosial səbəblərlə bəzi bölgələr forma geyimini təşviq edir. Özəl və dini məktəblərdə isə forma geniş yayılıb.

Almaniyada forma ümumiyyətlə tətbiq edilmir. Alman təhsil sistemi fərdiyyətçiliyə və şagirdlərin azad seçimlərinə önəm verir. Valideynlər və pedaqoqlar arasında bu məsələ ilə bağlı zaman-zaman debatlar olsa da, forma ümumi norma sayılmır.

Skandinaviya ölkələri -Norveç, İsveç, Finlandiyada isə məktəbli forması demək olar ki, yoxdur. Səbəb isə - fərdi azadlıqlar, yaradıcılıq və özünüifadə azadlığı burada əsas prinsip sayılır. Sosial bərabərlik isə forma ilə deyil, dövlətin digər dəstək mexanizmləri ilə təmin olunur: pulsuz yemək, geyim yardımı, texniki avadanlıqlar və psixoloji dəstək xidmətləri.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

tehsil
7 avq 2024 | 12:14

Valideynlərə ŞAD XƏBƏR: məktəbli formaları UCUZLAŞDI - VİDEO


tehsil
7 avq 2024 | 15:54

Məktəbli formaları ilə bağlı valideynlərə müraciət


tehsil
22 avq 2024 | 17:42

1 şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? – “Ailələrə böyük yük” - ARAŞDIRMA


tehsil
5 sen 2023 | 12:50

2.50 AZN-ə satılan məktəbli formalarını almaq təhlükəlidirmi? - VİDEO


tehsil
29 avq 2024 | 16:51

Bir şagirdin məktəbli çantasını doldurmaq neçəyə başa gəlir? - VİDEO


hadise
26 dek 2024 | 12:54

13 yaşlı məktəbli də qəzada həlak olub - Foto


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə