"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ Emin Əmrullayev şagirdləri təbrik etdi Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib” “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR

19-11-2024, 16:17 211

Gələn il xalis minimum əməkhaqqı nə qədər olacaq? - Sahələr üzrə MƏBLƏĞLƏR


2025-ci ildən Azərbaycanda minimum əməkhaqqının məbləğinin 400 manata çatdırılması gözlənilir. Bununla hazırda 345 manat olan minimum əməkhaqqının 55 manat, yəni 16 faiz artırılması nəzərdə tutulur.

Minimum əməkhaqqının qeyd edilən məbləğləri maaş cədvəli (tarif cədvəli) üzrə müəyyən edilən məbləğlərdir və həmin vəsaitləri minimum maaş alanların heç biri əldə edə bilmir. İşçinin əldə etdiyi məbləğ, maaşdan icbari ödənişlər tutulduqdan sonra qalan məbləğdir. Bu məbləğə isə xalis əməkhaqqı deyilir.

Hazırda minimum əməkhaqqının xalis məbləği, yəni işçiyə çatan hissəsi 305,7 manat və 315,87 manatdır. Məbləğin fərqli olması əməkhaqqından tutulmaların sahələr üzrə fərqləndirilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən, əməkhaqqından tutulmalar dövlət və neft-qaz sektorundan bir cür, qeyri neft-qaz sektorundan və özəl sektordan başqa cür hesablanır.

Hazırda dövlət və neft-qaz sektorunda çalışanların xalis minimum maaşı 305,7 manat, digərlərindəki isə 315,87 manatdır.

2025-ci ildə minimum əməkhaqqının 400 manat olmasından sonra “ələ çatan” məbləğ dövlət və neft-qaz sektorunda 350 manat, qeyri neft-qaz sektorunda və özəl sektorda 364 manat təşkil edəcək.

Göründüyü kimi, minimum maaş özəl sektorda çalışanlarda dövlət və neft-qaz sektorunda çalışanlarla müqayisədə yüksək olacaq. Onu da bildirək ki, dövlət təşkilatlarının əksəriyyətində işçilərdən həmkarlar təşkilatına görə də pul tutulur.

Əgər həmkarlar təşkilatı üçün tutulma ay ərzində 2 faiz olarsa, bu halda dövlət təşkilatlarında xalis minimum maaş 342 manat olacaq./Sfera.az

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
1 okt 2024 | 15:21

Azərbaycanda maaşlarla bağlı ŞAD XƏBƏR - Gələn ayın 1-dən...


sosial
18 noy 2024 | 14:52

Pensiya alanlara şad xəbər: Minimum məbləğ...


sosial
29 dek 2023 | 14:00

Gələn il minimum maaş artırılacaq? - AÇIQLAMA


sosial
17 okt 2024 | 12:00

Yanvarın 1-dən minimum əmək haqqı bu qədər artacaq


sosial
30 okt 2023 | 14:31

Gələn il minimum pensiya nə qədər olacaq?


sosial
6 avq 2024 | 15:41

Gələn il pensiyalar bu qədər arta bilər


cemiyyet
11 sen 2024 | 14:13

Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
08:33 0
"Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
08:27 0
Emin Əmrullayev şagirdləri təbrik etdi
08:21 0
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
19:00 0
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
18:30 0
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
17:42 0
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
17:37 0
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
15:00 0
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə