İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Prezident Arif Paşayevi təbrik etdi

15-02-2024, 11:17 340

Prezident Arif Paşayevi təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Arif Paşayevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.

Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır.
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır.

Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir.

Əziz Arif müəllim!

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
2 sen 2023 | 12:23

Azərbaycan Prezidenti vyetnamlı həmkarına təbrik məktubu göndərib


siyaset
3 okt 2023 | 12:29

İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu göndərib


siyaset
15 noy 2023 | 11:23

İlham Əliyev Fələstin Dövlətinin Prezidentinə təbrik məktubu göndərib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
14:22 0
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
13:39 0
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi
10:59 1
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə