Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR Polislər etiraz aksiyasına çıxdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı

11-06-2026, 12:55 41

Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı


Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq çərçivəsində xərçəngə qarşı yeni nəsil mRNA peyvəndi hazırlanıb.

“Tədqiqatın məqsədi genetik risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaqdır.

Bildirilib ki, COVID-19 peyvəndlərində də istifadə olunan mRNA texnologiyası bu dəfə xərçəngin profilaktikasına yönəldilib və ilk klinik sınaqlara bu yay başlanması planlaşdırılır.

Peyvənd, əsasən, irsi “Lynch syndrome” daşıyıcılarını hədəf alır. Bu genetik vəziyyət DNT-nin bərpasına cavabdeh genlərdəki pozğunluqlarla bağlıdır və bağırsaq, yumurtalıq, uşaqlıq və digər xərçəng növlərinin riskini ciddi şəkildə artırır.

Məlumata görə, bu sindromu daşıyan bir çox insan vəziyyətindən xəbərsizdir və risk qrupunda olanların sayı minlərlədir.

Alimlərin açıqlamasına görə, mRNA əsaslı peyvənd bədənə birbaşa virus vermir, əksinə, immun sisteminə “genetik təlimat” göndərərək, onu anormal hüceyrələri tanımağa və məhv etməyə yönləndirir.

Bu mexanizm sayəsində immun sisteminin xərçəngə çevrilə biləcək hüceyrə dəyişikliklərini erkən mərhələdə aşkar etməsi hədəflənir.

İlk mərhələdə peyvəndin təhlükəsizliyi və optimal dozası sınaqdan keçiriləcək. İkinci mərhələnin isə 2027-ci ildə genişləndirilməsi nəzərdə tutulur.

Bildirilir ki, uğurlu nəticələr əldə olunarsa, bu yanaşma gələcəkdə digər xərçəng növlərinə qarşı peyvəndlərin hazırlanmasına da yol aça bilər.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sehiyye
6 avq 2025 | 19:00

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi


sehiyye
6 iyn 2026 | 12:11

Süni intellekt “super peyvənd” hazırladı


dunya
27 noy 2023 | 12:31

Xərçəngə qarşı vaksin 2030-cu ilə qədər tətbiq olunacaq


dunya
17 noy 2025 | 12:00

ABŞ-də super peyvənd xərçəngin yayılmasını dayandırdı


sehiyye
3 fev 2024 | 12:01

2050-ci ildə xərçəng 70% artacaq - ÜST-dən yeni siyahı


dunya
20 dek 2025 | 13:12

Şok nəticə: xərçəng hüceyrələrini tam məhv edən bakteriyalar aşkarlandı


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
11:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
11:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi
10:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
10:25 0
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
10:15 0
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
09:30 0
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
09:05 0
Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
09:01 0
Polislər etiraz aksiyasına çıxdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə