Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək? Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

SOS: Azərbaycan bu virusa təslim ola bilər

30-12-2025, 09:35 89

SOS: Azərbaycan bu virusa təslim ola bilər


Uşaqlar arasında təhlükəli infeksion xəstəliklər artıb, xəstəxanalar dolub - həkimlərdən əhaliyə çağırış
Son günlər Azərbaycanda uşaqlar arasında yüksək qızdırma, ürəkbulanma, qusma və halsızlıqla müşayiət olunan infeksion xəstəliklər artıb. Uşaqların bir çoxunda həm tənəffüs, həm də mədə-bağırsaq şikayəti əlamətləri müşahidə olunur və bu, əksər hallarda mövsümi respirator virus infeksiyaları ilə əlaqələndirilir.

“Yeni Sabah” xəbər verir ki, əlamətlər arasında 40°C-yə qədər yüksələn qızdırma, bədən ağrısı, halsızlıq və iştahasızlıq yer alır, bəzi uşaqlarda pnevmoniya kimi ağırlaşmalar da qeydə alınıb. Valideynlər bəzən xəstəliyin gedişində dərman istifadəsi əvəzinə və ya onunla bərabər ənənəvi türkəçarəyə müraciət edirlər. Bunlara sirkə ilə bədəni silmək, banka qoymaq, spirtlə masaj etmək kimi tətbiqlər daxildir.

Lakin pediatrların fikrincə, bu cür metodların effektivliyi elmi olaraq sübut olunmayıb və bəzi hallarda uşaq üçün təhlükəli ola bilər. Məsələn, sirkə və spirtlə bədənə sürtmək dəridə qıcıqlanma, yandırma və toksik reaksiyalara səbəb ola bilər. Bunun əvəzinə uşaqda səmərəli və təhlükəsiz tədbirlər kimi:

otaq temperaturunu 21-22°C səviyyəsində saxlamaq;

uşağı nazik və rahat geyindirmək;

ilıq (soyuq yox) su ilə silmək;

bol maye qəbulunu təmin etmək;

lazım gəldikdə pediatr tərəfindən təyin olunmuş qızdırma salan dərmanlardan istifadə etmək tövsiyə edilir.

Həkimlər valideynləri xəbərdar edirlər ki, heç bir xalq təbabəti metodu uşaq xəstəliyini müalicə etmir. Xüsusilə qızdırma 3 gündən artıq davam edərsə, uşaq nəfəs çətinliyi çəkirsə, dərhal pediatrla əlaqə saxlamaq vacibdir.

Kütləvi şəkildə yayılan bu virus ənənəvi respirator xəstəliklərdən biridirmi? Belə vəziyyətdə insanlar daha nələrə diqqət etməlidirlər?

Tanınmış pediatr Vaqif Qarayev hazırda Azərbaycanda müşahidə olunan xəstəlik barədə öz sosial media hesabında bunları bildirib: “21 günlük qrip? Qrip üç həftə davam edə bilməz. Kəskin faza uzağı bir həftəyə keçməlidir. Üç həftə insan qızdırırsa, bunun adı qrip olmayacaq. Camaatı panikaya salmayaq, amma qripdir, boş verin demək də düzgün deyil”.

V.Qarayevin sözlərinə görə, uşaqlarda pnevmoniya sıxlaşıb: “İndiki viruslar uşaqlarda 3-5 günə pnevmoniya verir. Amma vaxtında həkimə müraciət edilsə, pnevmoniyadan “qaçmaq” mümkündür. Xəstə uşaq məktəbə getməməlidir, hazırlığa getməməlidir, bağçaya da getməməlidir! Hamı bu viruslardan qorunmağın yolunu soruşur, deyirəm ilk növbədə xəstə təcrid olunmalıdır. Daha çox məktəbyaşlı uşaqlar xəstələnir. Hərarət üç gündən çox davam edərsə, mütləq həkimə müraciət edin ki, vaxtında müayinə olunsun və müalicə alsın, pnevmoniya ilə qarşılaşmayasınız. Məktəb təhsil verir, amma infeksiya mənbəyi olmamalıdır".

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, son vaxtlar uşaqlar arasında respirator infeksiyaların yayılması müşahidə olunur və bu barədə davamlı müraciətlər daxil olur. Onun sözlərinə görə, bu infeksiyalar həm uşaqlarda, həm də böyüklərdə oxşar klinik əlamətlərlə özünü göstərir. Əsas simptomlara yuxarı tənəffüs yollarının iltihabı, asqırma, öskürək, burun tutulması, halsızlıq və bədən temperaturunun yüksəlməsi daxildir.

Həkim qeyd edib ki, qızdırmanın yüksək olmadığı və klinik əlamətlərin yüngül keçdiyi hallarda ilkin mərhələdə ev şəraitində müəyyən dəstəkləyici tədbirlər görülə bilər. Bu tədbirlərə maye qəbulunun artırılması, yataq rejiminə əməl olunması və ilkin mərhələdə qızdırmasalıcı dərmanlardan, xüsusilə parasetamoldan istifadə daxildir. Lakin klinik əlamətlər nəzərəçarpacaq dərəcədə güclənərsə, mütləq həkimə müraciət edilməlidir. Onun sözlərinə görə, hətta xəstəliyin ilk günlərindən həkimə müraciət etmək daha məqsədəuyğundur.

Zülfüqar Yusifov vurğulayıb ki, özbaşına aparılan müalicə bəzi hallarda yanlış nəticələrə və daha ciddi fəsadlara səbəb ola bilər. O, parasetamolun belə həkim məsləhəti olmadan istifadəsinin tövsiyə edilmədiyini bildirib. Çünki tərkibində parasetamol olan bir sıra preparatlar mövcuddur və bu dərmanlar bəzi orqanizmlər üçün uyğun olmaya bilər. Yanaşı xəstəliklər və ya dərmanlara qarşı fərdi həssaslıq arzuolunmaz reaksiyalara səbəb ola bilər.

Baş həkimin sözlərinə görə, bu risklər xüsusilə uşaqlarda daha yüksəkdir, çünki uşaq orqanizmi daha həssasdır. Böyüklər adətən hansı dərmanlara allergiyalarının və ya yanaşı problemlərinin olduğunu bilsələr də, valideynlərdə bu məlumatlar hər zaman tam olmaya bilər. Bu səbəbdən də ilkin mərhələdə düzgün olmayan yanaşmalar ciddi fəsadlara yol aça bilər.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sehiyye
22 dek 2025 | 10:01

Xəstəliklər artıb: Səhiyyə Nazirliyindən əhaliyə MÜRACİƏT


sehiyye
5 dek 2023 | 13:51

Səhiyyə Nazirliyi: "Azərbaycanda yeni virus infeksiyaları yayılıb"


sehiyye
23 iyn 2025 | 16:00

Hovuzdan yayılan xəstəliklər: Bu əlamətlər varsa...


hadise
20 fev 2025 | 16:00

Qar-şaxta gəlir: Qurumlar XƏBƏRDARLIQ ETDİ - Bu gündən...


sehiyye
6 may 2024 | 10:51

Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO


tehsil
15 dek 2025 | 15:30

Uşağını bağçaya yollayan valideynlərin NƏZƏRİNƏ - Bunları mütləq bilməlisiniz!


tehsil
21 may 2024 | 10:04

Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO


sehiyye
5 noy 2024 | 14:00

Azərbaycanda virus yayılıb - Ekspertlər həyəcan təbili çalır


sehiyye
7 iyl 2025 | 16:00

Uşaqlarda qorxulu virus: Əllərdə, ayaqlarda, ağızda səpkilər – müalicəsi yoxdur - Həkimdən SOS


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
14:00 0
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
08:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
08:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi
07:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə