musahibe - Fakt İnformasiya Mərkəzi
Hövsanda qalmaqal: Məktəbdə pul yığmağa başlanılıb?
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni tədris ili başlayar-başlamaz valideynlərdən pul yığılması ilə bağlı iddia müzakirələr yaradıb.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Qeyd olunub ki, sentyabrın 7-də "WhatsApp" qrupunda 76 nömrəli tam orta ümumtəhsil məktəbindəki valideyn komitələrindən birinin rəhbəri valideynlərə fond pulunun yığılmasının zəruri olduğunu bildirib.
Oxu.Az -ın sorğusuna cavab olaraq həmin məktəbdən bildirilib ki, sözügedən səsyazısı üç il əvvələ aiddir:
"Məktəbdə vəsait toplanması iddiası ilə əlaqədar sosial şəbəkədə yayılan səsyazısında adı çəkilən müəllimlə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar ötən tədris ilində xitam verilib. Səsi yayılmış valideyn məktəbə dəvət olunub, verdiyi yazılı məlumatla səsyazısının üç il əvvələ aid olduğunu bildirib.
Qeyd edək ki, bu kimi təşəbbüslərin yolverilməzliyi mütəmadi olaraq valideynlərin və müəllimlərin diqqətinə çatdırılır", - deyə məktəbdən bildirilib.
Prezident Münhendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
REAL Televiziyası: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Budəfəki Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın mesajı nə olacaq?
Prezident İlham Əliyev: Həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, mən bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Əlbəttə, bu məsələ burada yəqin ki, gündəlikdə olacaq. Ona görə bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, bizim imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellekt - yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır.
İctimai Televiziya: Cənab Prezident, bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi?
Prezident İlham Əliyev: Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Bunun formal tərəfi Ermənistandan asılıdır. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq.
AnewZ Televiziyası: Cənab Prezident, Bu gün danışdığımız hər kəs köhnə dünya nizamının dağıldığını və yeni dünyanın peyda olacağını deyir, lakin o, hələ də peyda olmayıb. Sadəcə, bir neçə həftə bundan öncə Davosda Siz "Sülh Şurasının Nizamnaməsi"ni imzaladınız. Azərbaycan qurumun təsisçi üzvüdür. Bir neçə gündən sonra isə Vaşinqtonda daha bir görüş olacaq. Yeni dünya nizamının potensial elementi olaraq bu təşkilat haqqında nə düşünürsünüz?
Prezident İlham Əliyev: Bilirsiniz, əgər xatırlayırsınızsa, mən bu haqda danışmışam, ola bilsin, təfərrüatı ilə yox, amma, ümumiyyətlə, demişəm ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü.
Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq. Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.
CBC Televiziyası: Cənab Prezident, Münhen Təhlükəsizlik Konfransının proqramına əsasən, sabah nəqliyyat dəhlizlərinə həsr olunmuş panel sessiyasında Sizin iştirakınız gözlənilir. Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat dəhlizlərinin formalaşdırılmasında öz rolunu necə görür?
Prezident İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq - enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik.
Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturu¬muzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, - hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, - o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir.
Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır. Sağ olun.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi yayımlanıb.
Prezident: "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün təhlükə yaradır"
Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.
Bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi
Elnur Məmmədli: "Hidayətin Fransada Azərbaycan bayrağını qaldırması bizi ikiqat sevindirir"
"Hidayətin Fransada yerli idmançını məğlub etməsi, Azərbaycan bayrağını qaldırması, Dövlət Himnini səsləndirməsi bizi ikiqat sevindirir".
Bunu "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, xalqımızı təbrik edirəm. Hidayət gözəl və ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və olimpiya çempionudur. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. İdmançılarımız hər şəraitlə təmin olunublar. Cüdo Federasiyasında sistemli iş gedir. Hidayət isə çətin insandır. Amma şükürlər olsun ki, verdiyi sözlərə əməl etdi, qarşısına qoyulan tapşırığı yerinə yetirdi. Böyük qələbədir. Çox sevinirəm. Onun üzərində hamının və mənim də əziyyətim var", - deyə ACF rəsmisi vurğulayıb.
Vitse-prezident Fransada yerli idmançı ilə görüşməyin çətin olduğunu diqqətə çatdırıb:
"Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionudur, reytinqdə ilk pillədədir. Fransalı cüdoçu var gücü ilə güləşirdi. Tribuna da ona dəstək olurdu. Əsas qələbədir. Cüdoçumuz bunu əldə etdi".
“Euronews”da İlham Əliyevin müsahibəsi yayımlanıb
İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb.
Həmin reportajda Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.
Həmin müsahibənin tam variantını təqdim edirik:
Müxbir: Cənab Prezident, hər zaman Sizi burada görmək olduqca xoşdur. Bu gün Siz “Masdar” və Zati-aliləri Sultan Əhməd Əl-Cabir ilə çox mühüm xəbər verdiniz. Xahiş edirik, planlarınız barədə daha çox məlumat verərdiniz.
Prezident İlham Əliyev: Bəli, həqiqətən əla tədbirdir və o, əslində, bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.
Müxbir: Ənənəvi enerji sektorunun olması ilə yanaşı, yeni yaşıl bərpaolunan enerjiyə keçidə gəldikdə, çətinliklər hansılardır?
Prezident İlham Əliyev: Bilirsiniz, əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.
Müxbir: Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox iştirakçının olması digər şirkətlərin bu işə sadiqliyini və bu konfransın nəyə görə enerji sektorunda qlobal liderliyi əks etdirdiyini göstərir. Elə deyilmi?
Prezident İlham Əliyev: Mən də belə düşünürəm. Tədbir artıq 30 ildir keçirilir. Birincisi, o, hələ 1994-cü ildə təşkil olunmuşdur. İkincisi, ölkələrin coğrafiyasına və şirkətlərin sayına baxsanız görərsiniz ki, iştirakçıların sayı artır. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Düşünürəm ki, bütün bu amillər həmin tədbiri müxtəlif məsələləri həll edən, inkişaf yolunu göstərən, çox inkişaf etmiş və inklüziv platformaya çevirir. Birincisi, Xəzər Neft və Qaz Sərgisi oldu. Sonra biz qaz hasilatına başladıq. Tədbir artıq Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Siz qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz.
Müxbir: Yeri gəlmişkən, Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Müxbir: Cənab Prezident, hər zaman Sizi görməkdən məmnunuq.
“Mən onun atası haqqında yazmışam” - VİDEO
Xəbər verdiyimiz kimi, martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Açılış mərasimində Prezident İlham Əliyev Qazaxıstan liderinə Azərbaycan nümayəndələri təqdim edib:
Prezident İlham Əliyev: Mən bizim nümayəndələri təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.
Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Prezident İlham Əliyev: Konservatoriyanın rektoru. Xalq yazıçısı, yəqin ki, Siz onun da kitablarını bilirsiniz.
Xalq yazıçısı Çingiz Abdullayev: Mən onun atası haqqında yazmışam.
Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Milli Konservatoriyanın rəhbəri. Memarlar İttifaqının sədri.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc füzulililərimiz, istedadlarımız buradadırlar.
Daha ətraflı videoda:
Qarabağda torpaqlar vətəndaşlara necə paylanılacaq? - Nazir müavini ilə MÜSAHİBƏ
“Tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir”.
Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “APA-Economics”ə müsahibəsi zamanı deyib.
Həmin müsahibəni təqdim edirik:
- Sahib müəllim, 2024-cü il və sonrakı 3 ilin büdcə layihələrinin komitələrdəki müzakirəsi zamanı siz öz çıxışınızda qeyd etdiniz ki, gələn ilin büdcəsinin gəlir hissəsinin icrası üçün etibarlı zəmin yaradılıb. Belə deməyə əsas verən nələrdir?
- 2022-ci ildə dövlət vergi orqanları öz tarixində ilk dəfə dövlət büdcəsinə 15,543 milyon manat vəsaitin daxil olmasını təmin ediblər. Bununla da Dövlət Gömrük Komitəsinin büdcəyə köçürdüyü vəsaitlə (5 milyard 654,6 milyon manat) birlikdə tarixdə ilk dəfə olaraq büdcənin cari xərclərinin dövlət vergi və gömrük orqanlarından daxilolmalar hesabına qarşılanması təmin olunub ki, bu da çox ciddi nailiyyətdir.
2023-cü ilin 9 ayı ərzində büdcəyə proqnozdan əlavə vergi daxilolmaları 723,5 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə proqnozdan əlavə vergi daxilolmaları 415 milyon manatdan çox olub. Bütün bunlar ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların, o cümlədən vergi islahatlarının, şəffaflaşmanın nəticəsidir.
İqtisadiyyatımız dayanıqlı olaraq inkişaf edir, yeni sənaye parkları və sənaye məhəllələri, aqroparklar yaradılır, bərpaolunan enerji istehsalı sahəsində ilk uğurlu addımlar atılıb. Bütün bunlar nikbin olmaq üçün ciddi əsaslardır.
- Azərbaycanla Özbəkistan investisiya həcmi 104 milyon manat olan minik avtomobillərinin istehsalı kompleksini yaradır. Avtomobil istehsalı sahəsində ixtisaslaşmış böyük şirkətlər və ölkələr olduğu halda bu layihə niyə Özbəkistanla həyata keçirilir?
- Əvvəla “UzAuto” Mərkəzi Asiya regionunda ən böyük avtomobil şirkətidir. 2021-ci ilin məlumatlarına əsasən, “UzAutoSanoat” Aksioner Cəmiyyətində 27 min nəfər çalışır, onunla əlaqəli sahələrdə 200 mindən çox yeni iş yerləri yaradılıb. Cəmiyyətin illik məhsul istehsalı 4 milyard ABŞ dollarından çoxdur ki, bu da Özbəkistanın ÜDM-nin 7,3%-ni təşkil edir.
İki il əvvəl Daşkənddə olarkən mən bu şirkətin 3 zavodunda və bu sahə üçün mütəxəssis hazırlayan universitetdə olmuşam. Qeyd etməliyəm ki, çox müasir zavodlardır və onları idarə edən mütəxəssislərin bir qismi ABŞ, Yaponiya, İtaliya və başqa inkişaf etmiş ölkələrdə təhsil almış yüksək hazırlıqlı özbək mütəxəssislərdir. Kadr hazırlanması üçün İtaliyanın Turin Politexnik Universiteti ilə birgə universitet yaradıblar. Yeri gəlmişkən, hazırda bizdə də ixtisaslı mühəndislərin hazırlanması üçün Turin Politexnik Universiteti ilə ADA Universiteti arasında akademik əməkdaşlığa başlanılıb. Özbəkistanda bu sahədə 200 min nəfərdən çox insanın çalışması texniki səviyyədə yeni bir ziyalı təbəqəsinin yaranmasına səbəb olub. ABŞ-nin məşhur “General Motors” şirkəti ilə birlikdə istehsal edilən genişçeşidli avtomobillər ölkəyə böyük vəsait qazandırmaqla yanaşı, yeni ziyalı, mühəndis təbəqəsinin yetişməsində böyük rol oynayıb.
İstehsal olunan avtomobillərin 500 milyon ABŞ dollarından da çox hissəsi ixrac olunur.
Özbəkistanı Azərbaycana bağlayan mədəni, iqtisadi və tarixi kökləri də nəzərə almaq vacibdir. Özbəkistan Qarabağda, işğaldan azad olunmuş Füzulidə böyük bir məktəb tikib istifadəyə verib, bu təhsil ocağının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər Özbəkistan Prezidenti də iştirak edib.
Biz bu günə qədər iki ölkə ilə birlikdə İnkişaf Fondu yaratmışıq. Özbəkistanla 500 milyon dollarlıq, Qırğızıstanla isə 25 milyon dollarlıq. Bu da bizim iqtisadiyyatlarımızın gələcək inkişafında öz müsbət rolunu oynayacaq.
Məlumunuz olduğu kimi, Naxçıvanda “NAZ Lifan”, Neftçalada isə “Xəzər” avtomobil zavodları var idi. Özbəkistanlılar təklif etdilər ki, biz sizinlə birgə avtomobilin istehsalını təşkil edə bilərik. İki il əvvəl biz Hacıqabulda sənaye məhəlləsində bu işləri həyata keçirməyə başladıq. Bu zavodda keyfiyyət və qiymət baxımından münasib, genişçeşidli avtomobillər istehsal ediləcək.
- Sahib müəllim, son dövrlər Azərbaycanın ixracının azalmasının səbəbi nədir?
- İxracın azalması əsasən neft sektorunda baş verir ki, bu da təbii bir prosesdir, yəni çıxarılan neftin həcmi azalır. Qeyri-neft sektoru üzrə məhsul ixracında isə əksinə artım müşahidə olunmaqdadır. Əvvəllər bizim qeyri-neft məhsulları ixracında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi. Artıq Azərbaycanda ixracın strukturu dəyişir. Bu gün bizdə qeyri-neft-qaz sahəsindəki ən əsas məhsulumuz elektrik enerjisidir. Təkcə cari ilin 9 ayında 330 milyon dollarlıq elektrik enerjisi ixrac etmişik. Kimya sənaye məhsullarının ixracında da artımlar var.
Yeri gəlmişkən, şərabçılıq sahəsinin potensialına da toxunmaq istəyirəm. Vaxtilə bu sahə tarixən ölkəmizin ən gəlirli sahələrdən biri olub. Ancaq Mixail Qorbaçovun anti-alkoqolizm siyasəti nəticəsində üzümçülük təsərrüfatları məhv edildi. 1983-cü ildə ölkəmiz 2 milyon tondan çox üzüm istehsal etmişdi. Belə bir məlumat var ki, 1984-cü ildə Azərbaycanın şərabçılıq məhsullarından aldığı gəlir, hətta neftdən aldığı gəlirdən də çox olub. Bizim ən böyük ixrac olunan şərabçılıq məhsulumuz bütün SSRİ məkanında məşhur olan “Ağdam” şərabı idi. SSRİ dağılandan sonra Baltikyani ölkələrdən biri “Ağdam´s” brendi adı altında şərab məhsulları istehsalına başlanılmışdı, ancaq bu uğursuz oldu. Artıq bu brendin bizə məxsus olması təmin edilib və gələcəkdə “Ağdam” şərab brendi altında məhsul istehsalı ilə bağlı təkliflər var.
İndi Azərbaycanda şərabçılıq məhsullarının istehsalı inkişaf edir, çox yüksək keyfiyyətli şərabçılıq məhsullarımız var. Lakin etiraf etməyə məcburuq ki, hələlik biz bu məhsulların istehsalında yalnız 1969-cu il səviyyəsinə çatmışıq. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq bu sahəyə diqqət ildən-ilə artır və ümid etmək olar ki, yaxın gələcəkdə ciddi müsbət dəyişikliklərə baş verəcək.
- Gələcək layihələr və inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycanda iqtisadi inkişafla bağlı çox ciddi proseslər gedir. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf proqramı və milli prioritetlər müəyyən olunub.
Diqqətinizi iki vacib məsələyə cəlb etmək istərdim.
Birinci məsələ, yaşıl enerji və hidrogen istehsalı ilə bağlıdır və bu işlərlə bağlı ilk uğurlu addımlar atılıb. 2030-cu ilə qədər istehsal ediləcək enerjinin 30%-ni yaşıl enerji təşkil etməlidir və bu sahədə bizim çox böyük ixrac potensialımız var.
Digər məsələ, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasıdır. Qarabağda iki sənaye zonası yaradılıb. Bunlar Ağdam Sənaye Parkı və Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.
- Qarabağda torpaqların vətəndaşlara paylanılmasına başlanıbmı?
- Məndə olan məlumata görə, bu, hələlik müzakirə predmetidir. Təcrübə göstərdi ki, torpaqların bölgüsündə yeni yanaşmalardan istifadə olunmasına ehtiyac var.
Buradakı əsas problemlərdən biri torpaqların konsolidasiyası məsələsidir. Qeyd edim ki, 90-cı illərin əvvəllərində həyata keçirilmiş torpaq bölgüsü bir çox müsbət nəticələrlə yanaşı, bəzi problemləri də üzə çıxardı.
Məsələn, yanaşı torpaq sahələrində biri noxud, digəri pambıq, digəri isə başqa bir məhsul əkir. Nəticə isə bundan ibarətdir ki, həmin torpaqlardan səmərəli şəkildə istifadə etmək, yüksək məhsul əldə etmək mümkün olmur. Kənd təsərrüfat texnikasından istifadə, suvarma, müasir aqrotexniki qaydaların tətbiqi ilə bağlı bir çox suallar ortaya çıxır.