Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir Trampın sərvəti 7 milyard dollara çatdı Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq Azərbaycan dost, İsrail düşmən siyahısında İcra başçısı dama qalxdı - VİDEO Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək? Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Elm adamı, neftçi və şair - Nazim Vəliyev

27-12-2023, 11:36 316

Elm adamı, neftçi və şair - Nazim Vəliyev


Adı kimi nəzmli-nizamlı həyatı, təvazökarlığı, sadəliyi, yüksək mənəvi keyfiyyətləri, hörmət-ehtiramı ilə elinə-obasına, çalışdığı kollektivə daim şərəf gətirən, Neft sənayesində tanınmış alim və peşəkar neftçi Nazim Vəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nazim Vəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nazim Vəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Nazim Vəliyev 22 fevral 1960-cı iIdə Tovuz rayonunun Bozalqanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi doğma kəndində başa vuraraq 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) neft-qaz-mədən fakültəsinə daxil olmuş və həyatını çətin, lakin şərəfli neftçi peşəsi ilə bağlamışdır. 1982-ci ildə institutu uğurla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-qaz Sənayesinin Elmi-Tədqiqat və Layihələndirilməsi İnstitutuna göndərilmişdir. O, burada neft və qaz yataqlarının işlənməsi və layihələndirilməsi laboratoriyasında mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışaraq neft sənayesinin tanınmış mütəxəssis və alimlərindən neft elminin nəzəri və tətbiqi sirlərini öyrənmiş, böyük məktəb keçmişdir. İnstitutda işləyə-işləyə aspiranturada təhsilini davam etdirmiş və 1990-cı ildə “Suvurma və mayeçıxarma templərinin tənzimlənməsi yolu ilə qeyri-bircins layların işlənmə effektliyinin artırılması” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Bir qədər sonra onun savadı, yüksək peşəkarlığı və şəxsi keyfiyyətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin diqqətini cəlb edir və Baş ofisdə işləməyə dəvət alır. 1993-cü ildən burada Neft və qaz yataqlarının işlənməsi və ehtiyatların qiymətləndirilməsi şöbəsində əvvəlcə baş mütəxəssis, 1997-1999-cu illərdə isə şöbə rəisinin müavini kimi əmək fəaliyyətini davam etdirir. SOCAR-ın rəhbərliyi tərəfindən yüksək bilik və bacarığı nəzərə alınaraq Nazim müəllim 2003-cü ildə Baş ofisinin Elm və texnika şöbəsinə rəis təyin edilmiş, 17 ildən artıq vaxt ərzində elmi-texniki nailiyyətlərin və mütərəqqi texnologiyaların neft sənayesinə tətbiqi və inkişafı sahəsində böyük işlər görmüşdür. Eyni zamanda əsas işi ilə bərabər, 1993-cü ildən bu günə qədər SOCAR-ın Baş ofisində Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çox məsuliyyətli bir ictimai vəzifə də daşımaqdadır.

Nazim müəllim hər zaman gördüyü işə böyük məsuliyyət hissi ilə yanaşır. O, Azərbaycanın həm quru və həm də dəniz yataqlarının işlənməsinə, layların neftveriminin artırılması üçün tətbiq olunan laylara “ikinci” və “üçüncü” təsir üsullarının təkmilləşdirilməsi və yataqların neft və qaz hasilatları üzrə proqnoz göstəricilərinin hesablanması məsələlərinə nəzarət edir. O, SOCAR-ın “Neft və qaz yataqlarının işlənməsi” üzrə Mərkəzi Komissiyanın elmi katibi, Ehtiyatlar üzrə Mərkəzi Komissiyanın eksperti kimi bir sıra yataqların “Ehtiyatlarının hesablanması və yenidən hesablanması və işlənmə layihələrinin” ekspertizasını həyata keçirmişdir. 3 elmi kitabın həmmüəllifi,105 elmi işin, o cümlədən dərc edilmiş 70-dən çox elmi məqalə və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, diplomlara, keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin və SOCAR-ın Fəxri fərmanlarına, neft-qazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə beynəlxalq sertifikatlara layiq görülmüşdür.

Dünya Neft Şurasının, Dünya Enerji Xartiyasının Sənaye Məşvərət Şurasının, AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının, “Azərbaycan Neft Təsərrüfatı”, “Azərbaycanda Geofizika Yenilikləri” jurnallarının redaksiya heyətinin üzvü, Azərbaycan Milli Neft Komitəsinin İcraçı direktoru, SOCAR-ın Baş ofisi Həmkarlar İttifaqı Komitəsinin, SOCAR-ın “Açıq mətbuatda xidməti istifadə üçün” qrifi ilə nəşrə hazırlanan materialların ekspertizası üzrə Ekspert Komissiyası”nın sədri, SOCAR-ın Elmi-texniki Şurasının koordinatoru kimi çox böyük ictimai işlər aparır.

Neft sənayesində tanınmış alim və peşəkar neftçi Nazim Vəliyev - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.
Elm adamı, neftçi və şair - Nazim Vəliyev

“Bu gün Azərbaycanın regionda və dünyada söz sahibliyindən böyük qürur hissi ilə bəhs edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi müasir müstəqil Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdə Azərbaycanın diplomatik mübarizədə qələbəsi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev ən yüksək tribunalardam Azərbaycanın dəyişməz mövqeyini, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını və olmayacağını bəyan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması qarşıda dayanan əsas hədəf idi.”
Elm adamı, neftçi və şair - Nazim Vəliyev

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi: “Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində güclü iqtisadiyyat yaradıldı. Son 20 ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bircə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə ölkədə yaradılan sabitliyin və normal iqtisadi mühitin nəticəsidir ki, iqtisadiyyata 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü Ordun olmalıdır.”
Elm adamı, neftçi və şair - Nazim Vəliyev

“Ordu quruculuğu sahəsində atılan addımların nəticəsində elə güclü Silahlı Qüvvələr yaradıldı ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirir. Azərbaycan Ordusu bunu döyüş meydanında sübut etdi”, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.”
Elm adamı, neftçi və şair - Nazim Vəliyev

Cari ilin 23 aprel tarixində üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı: “Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun bir günlük həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Tarixi Zəfərimizin üçüncü ldönümündə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz tarix yazmışıq və yazırıq.”
Elm adamı, neftçi və şair - Nazim Vəliyev

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması, Prezident İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı, 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələr ilə görüş yazılan ən möhtəşəm tarixi günlərdən oldu: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Bakıda da keçirilə bilərdi. Ancaq görüşün burada keçirilməsi və bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq. Dövlətimizin başçısının böyük qürur hissi ilə atdığı hər bir addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Dövlətimizin başçısı hər bir addımı ilə sözü və əməlinin bir, hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində verdiyi bu vədlər artıq reallıqdır: “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Növbəti Prezident seçkilərində də Nazim Vəliyev olaraq səslənirəm ki, bütün xalqımız, yaradıcı adamlar, şairlər, elm adamları bizim tək liderimiz olan Cənab İlham Əliyevə səs versinlər.

Eyni zamanda 2008-ci il Prezident seçkilərində də Nazim Vəliyev eyni çağırışı etmişdir.

Elm adamı, neftçi və şair - Nazim Vəliyev



Elm adamı, neftçi və şair - Nazim Vəliyev
Elm adamı, neftçi və şair - Nazim Vəliyev

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
24 dek 2023 | 10:00

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür


cemiyyet
22 dek 2023 | 11:25

Əvəz Qocayev: Hər bir vədini əməli işi ilə təsfiqləyən cənab İlham Əliyev xalqın sevgisi sonsuzdur


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 0
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
15:30 0
Trampın sərvəti 7 milyard dollara çatdı
14:29 0
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
14:22 0
Azərbaycan dost, İsrail düşmən siyahısında
14:10 0
İcra başçısı dama qalxdı - VİDEO
14:00 0
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə