maraqli - Fakt İnformasiya Mərkəzi
2 milyard illik su tapıldı: Dadı necədir?
Kanadada yaşı təxminən iki milyard il olan su aşkar edilib. Bu su Ontario ştatının şimalında, yerin təxminən üç kilometr dərinliyində yerləşən "Kidd Creek” mədənində tapılıb.
"Space Daily" nəşri xəbər verir ki, geoloqlar qayaların içində uzun müddət təcrid olunmuş bu suyun Yer kürəsində həyatın erkən dövrlərinə aid olduğunu düşünürlər. Tədqiqatçılar bildirir ki, bu su Yer səthinə sonuncu dəfə təxminən iki milyard il əvvəl çıxıb və o dövrdə planetdə əsasən yalnız mikroorqanizmlər mövcud olub.
Nümunələr Kidd Creek mədənində əldə edilib. Timmins yaxınlığında yerləşən bu mədən dünyanın ən dərin metal filizi mədənlərindən biri hesab olunur. Orada mis, sink və gümüş hasil edilir.
Mədənin ən aşağı əlçatan nöqtəsi təxminən üç kilometr dərinlikdə yerləşir. Bu isə alimlərə Yer qabığının çox dərin qatlarına birbaşa çıxış imkanı verir.
Tədqiqatçı Barbara Şervud Lollar ilk dəfə bu ərazini 1992-ci ildə araşdırıb, lakin rekord dərəcədə qədim su nümunələri daha sonrakı illərdə götürülüb. 2013-cü ildə onun komandası 2,4 kilometr dərinlikdə ən az 1,5 milyard il "yaşayan” su aşkar edib. 2016-cı ildə isə daha da dərin qatlarda təxminən 2 milyard illik su tapılıb.
Qaya və suyun dadına baxmaq sahə geologiyasında nadir olsa da, istifadə olunan üsullardan biridir. Alimlərə görə, suyun duzluluğunu ən tez müəyyən etməyin yollarından biri onun dadına baxmaqdır.
Barbara Şervud Lollar bu suyu şüurlu şəkildə dadına baxdığını və məqsədinin onun tərkibini qiymətləndirmək olduğunu bildirib. Onun sözlərinə görə, su nə qədər qədimdirsə, bir o qədər duzlu olur.
Məlum olub ki, həmin su dəniz suyundan təxminən 10 dəfə daha duzludur. O, qalın, acı dadlı olub, kükürdlü qoxu ilə seçilib və havaya çıxarıldıqda tərkibindəki dəmir oksigenlə reaksiyaya girərək zəif narıncı rəng alıb.
Alimlər həmçinin bildirirlər ki, suyun kimyəvi tərkibində sulfatlar və həll olmuş hidrogen mövcuddur. Bu isə Yeraltı mühitdə gedən kimyəvi proseslərin və mümkün mikrobioloji aktivliyin göstəricisi kimi qiymətləndirilir.
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
Gündəlik məişət tullantısı hesab olunan karton rulonlar bağçılıqda əsl təkrar emal inqilabı yaradır. Mütəxəssislər bu sadə üsulla həm tullantıları dəyərləndirməyi, həm də bitkilər üçün təbii qoruyucu qalxan yaratmağı tövsiyə edirlər.
Karton rulonların bağçılıqda səmərəli istifadə yolları:
Şitillər üçün ideal qablar
Karton rulonların ən faydalı tərəfi onların toxum cücərtmək üçün dibçək kimi istifadə olunmasıdır.
Nazik karton quruluşu sayəsində şitillər böyüdükdə onları rulonla birlikdə birbaşa torpağa əkmək olar. Bu, xüsusilə köklərinin toxunulmasını sevməyən lobya və noxud kimi bitkilər üçün idealdır.
Karton zamanla torpaqda parçalanır və bitki köklərinin inkişafına mane olmadan yox olur.
Kompost üçün karbon mənbəyi
Tualet kağızı rulonları ev şəraitində hazırlanan kompost (təbii gübrə) üçün lazım olan "qəhvəyi material" (karbon mənbəyi) ehtiyacını qarşılayır.
Kompost yığınına əlavə edilən xırdalanmış kartonlar qurdlar üçün bəsləyici mühit yaradır və torpağın strukturunu yaxşılaşdırır.
Üzvi tullantılarla qat-qat yığılan rulonlar bir neçə ay ərzində parçalanaraq yüksək qidalı gübrəyə çevrilir.
Qoruyucu təbəqə və alaq otları ilə mübarizə
Bağçılıqda ən böyük problemlərdən biri olan alaq otlarına qarşı karton rulonlardan qalxan kimi istifadə etmək olar. Kəsilib düzləşdirilən rulonlar bitki diblərinə düzüldükdə:
Alaq otlarının çıxmasının qarşısını alır.
Torpağın rütubətli qalmasına kömək edir.
Fəsil dəyişiklikləri zamanı ani temperatur fərqlərinə qarşı bitki köklərini qoruyur.
Yutubda artıq bu da mümkündür
Yutub tətbiqində (iOS və Android) qısa videolar – "Shorts" bölməsini tamamilə deaktiv etmək imkanı təqdim olunub.
Bu barədə "The Verge" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Shorts" üçün vaxt məhdudiyyəti funksiyası ilk dəfə yanvar ayında istifadəyə verilmişdi, lakin həmin vaxt yalnız 18 yaşdan kiçik istifadəçilər üçün aktiv idi. Üstəlik, minimum limit 15 dəqiqə idi və onu sıfıra endirmək mümkün deyildi.
Yutub nümayəndəsi Makkenzi Spillerin sözlərinə görə, artıq 0 dəqiqəlik limit seçimi bütün valideynlər üçün əlçatandır və hazırda bütün istifadəçilər üçün mərhələli şəkildə tətbiq olunur.
SENSASİON İXTİRA: İnsan düşüncələrini qeydə alan CİHAZ YARADILDI
Çində gündəlik həyat üçün "ikinci beyin" yaradılıb.
CES 2026 texnologiya sərgisində "SwitchBot" şirkəti qulağa taxılan süni intellekt əsaslı klips – "MindClip" adlı yeni qurğunu təqdim edib.
Məlumata görə, bu qadcet istifadəçinin gündəlik söhbətlərini və ucadan səsləndirdiyi fikirləri avtomatik şəkildə qeydə alır.
Toplanan məlumatlar sonradan ağıllı axtarış funksiyası ilə təchiz olunmuş şəxsi məlumat bazasında saxlanılır. İstehsalçılar bildirirlər ki, "MindClip" istifadəçinin eşitdiyi, düşündüyü və dediyi məlumatları sonradan asanlıqla tapmaq və xatırlamaq üçün nəzərdə tutulub. Bu baxımdan cihaz insan beyni üçün "xarici yaddaş" və ya sərt disk rolunu oynayır.
Qulağa taxılan bu AI-klips cəmi 18 qram çəkir və 100-dən çox dili tanıyaraq anlaya bilir. Qurğu gündəlik istifadə üçün kompakt dizayna malikdir və daimi daşınma üçün nəzərdə tutulub.
Səhrada nəhəng bir balina qəbiristanlığı tapıldı - Sirr açıldı
Buna inanmaq çətindir, lakin müasir balinaların əcdadları qədim zamanlarda quru heyvanları olublar, amma bir anda okean sakinlərinə çevriliblər. Bunun necə baş verdiyi uzun müddət sirr olaraq qalırdı. Lakin ərəbcə "Balina vadisi" mənasını verən Vadi-el-Hitanın kəşfi hər şeyi dəyişib.
Bunu "IFLScience" yazıb.
"Balina vadisi" Misirin Qərb səhrasında yerləşən və dünyanın ən böyük qədim balina qəbiristanlığı olan yerdir. Tədqiqatçılar burada 400-dən çox demək olar ki, tam saxlanılmış tarixöncəsi bu heyvanların skeletlərini tapıb. Onların çoxu təxminən 40 milyon il əvvələ - indiki Səhranın bir hissəsinin Tethis dənizi ilə örtülü olduğu dövrə aiddir.
Fosil qalıqları sübut edir ki, bu, balinaların tarixində həlledici mərhələ olub - arxeosetlərin dövrü, yəni quru ilə dəniz arasında keçid əlaqəsi olan ən qədim məlum balina yarımdəstəsi.
"Bu fossil qalıqları əsas evolüsiya hekayələrindən birini əks etdirir: balinanın əvvəlki quru həyatından sonra dəniz məməlisi kimi meydana çıxması. Bu mərhələni nümayiş etdirmək üçün bu dünyanın ən vacib yeridir", deyə 2005-ci ildə "Balina vadisi" Ümumdünya irsi siyahısına daxil ediləndə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qərarında qeyd olunur.
Orada qeyd olunur ki, Vadi-el-Hitan fosilləri arxa ətrafların itirilməsinin son mərhələlərində olan ən gənc arxeosetləri nümayiş etdirir. O vaxta qədər onlar artıq müasir balinaların tipik uzunsov gövdəsinə malik idilər, lakin hələ də kəllə və diş quruluşunun bəzi ibtidai xüsusiyyətlərini saxlayırdılar.
Bu "keçid" balinalarından biri Basilosaurus isis idi - güclü çənələri olan 16 metr uzunluğunda yırtıcı. Lakin onun adı sizi aldatmasın: onlar əslində arxeosetlər idi, sürünənlər deyil. Basilosaurus sümüklərini XIX əsrdə ilk dəfə tapdıqda, paleontoloqlar onları Mezozoy dövrünün dəniz kərtənkələlərinin qalıqları hesab ediblər.
Basilosaurus, müasir nəsilləri kimi, tamamilə suda yaşayıb, lakin hələ də onun quru əcdadlarının bəzi xüsusiyyətlərini saxlayıb. Məsələn, o, arxa ətrafları saxlayıb, baxmayaraq ki, onlar çətin ki, funksional olub.
Bu şəxslərə ŞAD XƏBƏR - Pul sel kimi axacaq
Bu gün, 8 avqust ulduzlar bürclər üçün xüsusi müsbət enerjilər bəxş edir.
Günün astroloji harmoniyası sayəsində, bəzi bürclər özlərini daha güclü, enerjili və ruh yüksəkliyi ilə dolu hiss edəcəklər. Qarşıya çıxan fürsətlər, yeni başlanğıclar və yaradıcılıq dalğası xüsusilə aşağıdakı bürclər üçün əlverişlidir. Bu bürclər günün enerjisini maksimum dərəcədə istifadə edib həm şəxsi həyatlarında, həm də işlərində uğur qazanmaq şansı əldə edəcəklər.
Şir (23 İyul – 22 Avqust)
Bu gün sizin üçün tam enerjinizin zirvəsidir! Günəş sizin bürcünüzdə parlayır, yaradıcılığınız, cəsarətiniz və liderlik bacarıqlarınız maksimuma çatır. Yeni layihələrə başlamaq, romantik münasibətlərdə təşəbbüs göstərmək üçün ideal gündür.
Qız (23 Avqust – 22 Sentyabr)
Detallara diqqət və analitik düşüncəniz sizə önəmli üstünlük gətirir. İşdə və təhsil sahəsində önəmli nailiyyətlər əldə edə bilərsiniz. Sağlamlıq və özünə qulluq mövzusunda da müsbət nəticələr var.
Oxatan (22 Noyabr – 21 Dekabr)
Səyahət, təhsil və yeni biliklər üçün gün əlverişlidir. Enerjiniz yüksəlib, yeni insanlarla tanış olmaq və yeni imkanlar yaratmaq üçün möhtəşəm şansınız var. İnamınız və pozitiv yanaşmanız insanları cəlb edəcək.
Qoç (21 Mart – 19 Aprel)
Avropada yay tətili üçün büdcəyə uyğun 3 ideal istiqamət
Turizm qiymətlərinin yüksəkliyi səbəbindən çoxları 2025-ci ilin yayında planlaşdırdığı tətilini ya təxirə salır, ya da tamamilə ləğv edir. Amma istirahətdən vaz keçmək istəməyənlər üçün daha sərfəli səyahət istiqamətləri aktuallaşır. Xoşbəxtlikdən, Avropada həm cibə uyğun, həm də təəssürat baxımından zəngin tətil üçün əla variantlar mövcuddur.
Lent.az uyğun qiymətli avropada səyahət edilə biləcək yerləri təqdim edir.
Vlora, Albaniya – Dağlarla dənizin qovuşduğu Vlora Albaniyanın əsas sahil kurortudur. Əvvəllər çox da tanınmayan bu şəhər son illərdə Avropa turistlərinin diqqətini cəlb edib. Tarixi Osmanlı mərkəzi bərpa olunaraq şəhərə mədəni atmosfer qatıb. Yeni sahil xətti isə müasir kondo binalar, canlı çimərlik barları və günboyu təzə dəniz məhsulları təqdim edən tavernalarla doludur. 2026-cı ildə Vlorada beynəlxalq hava limanının açılması ilə şəhərə gediş-gəliş daha da asanlaşacaq. Orta qiymətlər belədir: büdcəvi nahar 8 dollar, iki nəfərlik üç yeməkli axşam yeməyi 28 dollar, hosteldə gecələmə 14 dollar, orta səviyyəli otel 59–69 dollar, beşulduzlu otel 184–295 dollar, taksi ilə 1 km məsafə 1.9 dollardır.
Ohri Gölü, Şimali Makedoniya – Balkanların “daxili dənizi” adlandırılan Ohri gölü 30 km uzunluğa və 15 km enə malikdir. Sahilboyu qədim kilsələr, daş döşəməli küçələr, rəngarəng qayıqlar və balıqçı kəndləri ilə bəzənib. Kosta xüsusilə Ohri şəhərinin özünü, Pistani adlı balıqçı kəndini və məşhur Cuba Libre çimərlik klubunu ziyarət etməyi tövsiyə edir. Orta qiymətlər: büdcəvi nahar 6.5 dollar, iki nəfərlik üç yeməkli axşam yeməyi 29.85 dollar, hosteldə gecələmə 14 dollar, orta səviyyəli otel 30 dollar, beşulduzlu otel 80–150 dollar, taksi ilə 1 km məsafə 0.88 dollardır.
Nesebar, Bolqarıstan – Qara dəniz sahilində yerləşən Nesebar kiçik bir yarımadada yerləşir və UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilib. Burada qədim kilsələr, taxta balkonlu evlər, ailəvi restoranlar və sahil boyunca uzanan qızıl qumlu çimərliklər var. Şəhər kiçik olsa da, Słoneczny Brzeg (Sunny Beach) adlı canlı kurort zonasına birləşən uzun çimərlik zolağı yay üçün ideal məkandır. Orta qiymətlər: büdcəvi nahar 6.5 dollar, iki nəfərlik üç yeməkli axşam yeməyi 29.85 dollar, hosteldə gecələmə 14 dollar, orta səviyyəli otel 30 dollar, beşulduzlu otel 80–150 dollar, taksi ilə 1 km məsafə 0.88 dollardır.
Təyyarədə hansı oturacaqlar ən təhlükəsizdir?
Yayğın düşüncələrin və aviaqəza qorxularının əksinə olaraq, təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsidir. Bu fakt statistika ilə təsdiqlənir – adətən bu, bir milyard sərnişin kilometrə düşən ölüm halları ilə ölçülür. Avtomobil, motosiklet, hətta piyada gəzintiləri belə daha təhlükəli hesab olunur. Qatarlar və su nəqliyyatı da nisbətən təhlükəsiz sayılır, lakin təyyarələrlə müqayisədə geri qalır.
Bəs təyyarədə sərnişin üçün maksimum təhlükəsizlik təmin edən bir yer varmı?
"Live Science" xəbər verir ki, alimlərin fikrincə, belə bir yer var.
Təyyarələr ən təhlükəsiz nəqliyyat vasitəsi sayılır. Avstraliyanın Yeni Cənubi Uels Universitetindən Çenq-Lunq Vu bildirib ki, uçuş zamanı ölüm riski avtomobil idarə edərkənki riskdən qat-qat aşağıdır.
Məsələn, ABŞ-də təyyarə uçuşu zamanı ölmə ehtimalı 13,7 milyonda 1-dir. Bu statistika "Journal of Air Transport Management" jurnalında dərc edilmiş bir araşdırmaya əsaslanır. Ən çox sərnişin təyyarələrinin qəzasında, yəni təxminən 94% hallarda, sərnişinlər sağ qalır.
Lakin Vu qeyd edir ki, hansı yerlərin daha təhlükəsiz olduğunu müəyyən edən etibarlı elmi tədqiqatlar yoxdur. Buna baxmayaraq, əvvəlki aviaqəzalar və təyyarə konstruksiyası əsasında bəzi nəticələr çıxarmaq mümkündür.
ABŞ-nin Şimali Dakota Universitetindən Daniel Kvasi Adjekum bildirir ki, hər şey qəzanın dinamikasından asılıdır. Əgər təyyarə tamamilə məhv olursa, sərnişin harada oturmasından asılı olmayaraq sağ qala bilməz.
Tutaq ki, qəza az enerji ilə və kiçik bucaqla baş verir – məsələn, təyyarə eniş zamanı idarəni itirir və uçuş-enmə zolağından kənara çıxır. Adjekum deyir ki, belə hallarda sərnişinin oturduğu yer sağ qalma şansını həqiqətən dəyişə bilər.
Belə qəzalarda təyyarə yerə çırpıldıqda iki yerə parçalana bilər və kinetik enerjinin çox hissəsi ön hissədə cəmlənir – bu da onu daha irəli sürükləyir. Bu halda, təyyarənin arxa hissəsi daha təhlükəsiz sayılır. ABŞ Federal Mülki Aviasiya İdarəsinin məlumatlarını təhlil edən "Time" jurnalı arxa üçdəbir hissədə ölüm səviyyəsinin daha aşağı olduğunu göstərib.
Çenq-Lunq Vu əlavə edir ki, başqa bir təhlükəsiz yer də mövcuddur – təyyarənin qanadlarına yaxın olan oturacaqlar. Bu hissə təyyarənin struktur baxımından ən güclü yerlərindən biridir və daha çox yüklənməyə dözə bilir. Həm də bu oturacaqlar fövqəladə çıxışlara yaxındır, bu da sərnişinlərin daha tez təxliyə olunmasına imkan verir.
Amma təhlükə təyyarənin həmin orta hissəsinin altında gizlənir. Orada yanacaq çənləri var. Normalda təyyarələr enişdən əvvəl bu çənləri boşaltmalıdır, amma qəza zamanı hələ də yanğın baş verə bilər. Belə hallarda ən vacib məsələ sərnişinlərin 90 saniyə ərzində təyyarəni tərk etməsidir.
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ!
WhatsApp Android üçün yeni beta versiyasında "Avtomatik yükləmə keyfiyyəti" adlı funksiya təqdim edib. Bu funksiya sayəsində istifadəçilər gələn şəkil və videoların HD və ya standart keyfiyyətdə avtomatik yüklənməsini seçə biləcəklər.
Yeni seçim Tənzimləmələr > Yaddaş və məlumat bölməsinə əlavə olunub. Əgər beta testçisinizsə və funksiya aktiv olunubsa, orada bu yeni seçimi görəcəksiniz.
Bu funksiya WhatsApp-ın əvvəlki "HD yüklə" sisteminə uyğun işləyir: göndərilən media həm HD, həm də standart formatda qarşı tərəfə ötürülür. İndi isə siz qərar verirsiniz – hansı keyfiyyət yüklənsin.
– HD keyfiyyəti – daha dəqiq və aydın görüntü üçün
– Standart keyfiyyət – yaddaşa və internetə qənaət üçün
Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
Bu ilin ilk 3 ayında turist kimi xarici ölkələrə 279 min 151 nəfər Azərbaycan vətəndaşı gedib.
Yeniavaz.com xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 909 nəfər və ya 3,4% azalıb.
Bu ilin yanvar-mart aylarında xaricə gedən azərbaycanlıların 34,4%-i və ya 95 min 975 nəfəri istirahət və əyləncə məqsədi ilə ölkəni tərk ediblər. Bu məqsədlə xaricə gedən azərbaycanlıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% və ya 12 min 800 nəfər azalıb.
Qeyd edək ki, son iki ilin eyni dövründə – yanvar-mart aylarında xaricə turist kimi gedən Azərbaycan vətəndaşlarının səfərlərinin məqəsədi aşağıdakı kimi olub: