Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə? Azərbaycan millisinin heyəti açıqlandı Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı Afra Saraçoğlu da saxlanıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Banklar kredit verməyə müştəri tapmır?

13-05-2026, 15:30 35

Banklar kredit verməyə müştəri tapmır?


Hazırda banklar fiziki şəxslərdən əmanət şəklində topladıqları irihəcmli vəsaitlərin izafi likvidliyi ilə üzləşiblər

Azərbaycan banklarının kredit portfelinin artım sürəti kəskin azalıb. Belə ki, bu ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 30 milyard 290,3 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına əsasən kredit portfeli ötən ilin sonu ilə müqayisədə 227,3 milyon manat və ya 0,8 faiz artıb. Xatırladaq ki, ötən ilin birinci rübünün sonunda bankların kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 399,4 milyon manat və ya 1,5 faiz artmışdı.

Yəni ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə banklar 172,1 milyon manat (43,1 faiz) daha az kredit verib. 2025-ci ilin ilk üç ayında 399,4 milyon manat kredit verilmişdisə, bu ilin eyni dövründə bu məbləğ 227,3 milyon manat olub (FED.az).

Bu tendensiya aylıq müqayisədə də hiss olunur. Belə ki, bu ilin mart ayında bankların kredit portfeli 0.6 faiz və ya 171.5 milyon manat artıb. 2025-ci ilin mart ayında bankların kredit portfeli 1 faiz və ya 284.8 milyon manat artmaqla 27,877.1 milyon manata çatmışdı.

Maraqlıdır ki, bankların kredit vermək üçün vəsaitləri yetərincədir. Belə ki, AMB İdarə Heyətinin sədri Taleh Kazımovun verdiyi məlumata görə, cari il aprelin sonuna Azərbaycan banklarında 3,8 milyard manat həcmində izafi likvidlik olub. Ötən ilin eyni dövründə bu göstərici 2,9 milyard manat təşkil etmişdi. Hansı ki, həmin dövrdə Maliyyə Nazirliyi 1 milyard manat məbləğində büdcə qalığını 5 böyük banka depozit kimi yerləşdirməklə likvidliyə ciddi töhfə verirdi. Bu il büdcə gəlirlərində ciddi artımın olmaması şəraitində nazirliyin belə bir imkanı yoxdur. Belə ki, Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.

Hazırda banklar fiziki şəxslərdən əmanət şəklində topladıqları irihəcmli vəsaitlərin izafi likvidliyi ilə üzləşiblər.

Kreditlərin artım sürətinin azalmasının əsas səbəbi iqtisadiyyatda qeydə alınan geriləmədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 0,3 faiz daralıb. Digər tərəfdən, ölkədə iqtisadi aktivliyin drayveri olan büdcə xərcləmələri də azalıb. Maliyyə Nazirliyinin hesabatından məlum olur ki, dövlət büdcəsinin xərcləri ilin ilk rübündə 10 milyard 531,1 milyon manat olub - bu, bir il əvvələ nisbətən 3,9 faiz azdır. Büdcə xərcləmələrinin azalması iqtisadiyyatın demək olar ki, bütün sektorlarında aktivliyin azalmasına, bu da öz növbəsində biznesin və əhalinin gəlirlərinin azalmasına gətirib çıxarır. Belə şəraitdə kredit həcmlərində artım dinamikasının zəifləməsi baş verir.

Məlumdur ki, əmanətlər müəyyən faizlə əhalidən cəlb olunan vəsaitlərdir və banklar onlara görə pul sahiblərinə faiz ödəyirlər. Kredit verilişindəki azalma bankların əmanətlərə xidmət xərclərini qarşılamalarında problemlərə gətirib çıxara bilər. Bu şəraitdə bankların əsas çıxış yolu kredit faizlərini artırmaq ola bilər. Bu isə istehlak kreditlərində daha tez tətbiq olunan dəyişiklik hesab edilir.

Son bir ildə Mərkəzi Bankın istehlak kreditlərinə qarşı məhdudlaşdırıcı tədbirlərinə rəğmən kreditin bu növündə illik artım digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, bu ilin birinci rübünün sonuna Azərbaycanda istehlak kreditlərinin həcmi 9 milyard 491 milyon manata çatıb. Bu o deməkdir ki, istehlak kreditlərinin həcmi illik müqayisədə 887 milyon manat artıb. Xatırladaq ki, 2025-ci il aprelin 1-nə istehlak kreditlərinin həcmi 8 milyard 604 milyon manat olmuşdu.

Rüb ərzində istehlak kreditlərinin artım sürəti zəifləyib. Belə ki, ötən ilin birinci rübü ərzində istehlak kreditləri 159 milyon manat və ya 2024-cü ilin sonu ilə müqayisədə 1,9 faiz artmışdı. Bu il isə ilk 3 ayda istehlak kreditləri portfeli cəmi 137 milyon manat artıb ki, bu da 1,5 faiz artım deməkdir. Lakin kredit portfelinin strukturuna baxsaq, ötən ilin birinci rübü ilə müqayisədə ən sürətli artımın istehlak kreditlərində getdiyini görmək olar. Belə ki, cari ilin yanvar-martında bu kreditlərin məbləği illik ifadədə 10,3 faiz, biznes kreditləri 8,5 faiz (14 milyard 935 milyon manatdan 16 milyard 214 milyon manata), ipoteka kreditləri isə 5,6 faiz(4 milyard 338,5 milyon manatdan 4 milyard 584,6 milyon manata) artıb.

İstehlak kreditlərinin daha sürətlə artması nəticəsində bankların faiz gəlirlərində də kəskin artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların gəlirlərinin həcmi 1 milyard 822,8 milyon manat olub. Bu gəlirlərin 1 milyard 342,1 milyon manatı faiz gəlirlərinin payına düşüb. Bu isə o deməkdir ki, faiz gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 207,2 milyon manat və ya 18,3 faiz artıb. 2025-ci ilin birinci rübündə bankların faiz gəlirləri 1 milyard 342,1 milyon manat olmuşdu.

İnflyasiyanın sürətləndiyi bir şəraitdə əhalinin xərclərini qarşılamaq üçün daha çox istehlak kreditlərindən istifadəyə məcbur olmasına, bu isə son nəticədə banklar üçün daha ciddi bir porblemin - problemli kreditlərin həcmində artıma gətirib çıxara bilər. Bu baxımdan, bankların istehlak kreditləri faizləri və verilməsində daha ehtiyatlı davranmasında fayda var.

Yeri gəlmişkən, İran müharibəsinin neft-qaz qiymətlərində yaratdığı bahalaşma ikinci rübdən etibarən Azərbaycanın büdcə gəlirlərində, müvafiq olaraqsa xərclərində artıma səbəb olmaqla, iqtisadi aktivliyə töhfə verəcəyi gözlənilir. Bu şəraitdə kreditləşmədə artım dinamikasının bərpası da gözləniləndir.

Yazını hazırladı: Dünya SAKİT

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
19 noy 2025 | 13:37

“Bu, Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir” - Yenilənib


sosial
19 noy 2025 | 11:57

2026-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri bu qədər olacaq


sosial
29 sen 2025 | 12:24

Sosial xərclər artdı: Daha hansı ayırmalar olacaq?


sosial
26 dek 2023 | 11:14

Pensiya və təqaüd alanlara NƏZƏRİNƏ – Artım olacaq


sosial
13 avq 2025 | 12:52

Pensiya ödənişləri niyə artıb? - AÇIQLAMA


iqtisadiyyat
6 fev 2025 | 10:07

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Bu şərtlərdən 5 min insan yararlanacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 0
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
15:30 0
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
14:22 0
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
14:00 1
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
13:32 0
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
13:13 1
Azərbaycan millisinin heyəti açıqlandı
12:46 2
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
12:24 0
Afra Saraçoğlu da saxlanıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə