idman - Fakt İnformasiya Mərkəzi
UEFA Çempionlar Liqası: İlk turun növbəti oyunları keçiriləcək
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümündə növbəti oyunlar keçiriləcək.
Liqa mərhələsinin ilk turunda daha altı qarşılaşma baş tutacaq.
Belə ki, "Ştutqart" "Vikinq"lə, "Barselona" "Feyenoord"la, "Liverpul" "Atletiko Madrid"lə, PSJ "Slovan Bratislava" ilə, "Sportinq" "Qalatasaray"la, "Napoli" isə "Arsenal"la üz-üzə gələcək.
9 Sentyabr
UEFA Çempionlar Liqası
I tur
Saat 20:45, "Ştutqart" - "Vikinq";
Saat 20:45, "Barselona" - "Feyenoord";
Saat 23:00, "Liverpul" - "Atletiko Madrid";
Saat 23:00, PSJ - "Slovan Bratislava";
Saat 23:00, "Sportinq" - "Qalatasaray";
Saat 23:00, "Napoli" - "Arsenal".
Xatırladaq ki, ilk oyun günündə baş tutan matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Real Madrid" - "İnter" - 2:1;
"Portu" - "Mançester Siti" - 0:2;
"Brügge" - "Aston Villa" - 2:3;
AEK - LASK - 1:0;
"Lill" - "Real Betis" - 2:3;
Messi bu klubu alır - RAZILIQ ƏLDƏ OLUNDU
Səkkizqat "Qızıl top" mükafatı sahibi argentinalı futbolçu Lionel Messi İspaniyanın "Eldense" klubunu almaq üçün prinsipial razılığa gəlib.
Bu barədə "Marca" saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, Messi komandanın hazırkı sahibləri ilə razılığa gəlib və üçüncü tərəflərin iştirakı olmadan səhmlərin 100%-ni əldə edəcək. Biznes layihəsinin argentinalı futbolçunun mirasını futbola yatırmaq istəyi ilə irəlilədiyi deyilir. İkinci dərəcəli İspaniya liqasında çıxış edən klub hücumçunun təqaüdə çıxdıqdan sonra yaşamağı planlaşdırdığı Kataloniya yaxınlığındakı Alikante əyalətində yerləşir.
Ronaldo və Messi eyni komandada oynayacaq - Rəsmi
Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb.
O, Buenos Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib.
“İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”.
Türkiyə millisi 2-ci dəfə Avropa ÇEMPİONU OLDU
Türkiyə A Milli Qadın Voleybol Komandası 2026 CEV Trendyol Qadınlar Avropa Voleybol Çempionatının finalında İtaliyanı 3:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
2023-cü ildə tarixində ilk dəfə Avropa çempionu olan “Filenin Sultanları” 2026-cı ildə də qitənin zirvəsinə yüksəlib. Türkiyə millisi bununla Avropa çempionatında ikinci qızıl medalını qazanıb və çempionluq titulunu qoruyub.
Sinan Erdem İdman Salonunda keçirilən final qarşılaşması 122 dəqiqə davam edib. Gərgin mübarizə şəraitində keçən oyunda İtaliya ilk seti 25:16 hesabı ilə qazanıb.
Türkiyə millisi ikinci setdə 25:22 hesabı ilə qalib gələrək oyunda tarazlıq yaradıb. Üçüncü setdə İtaliya yenidən üstünlük əldə edib və 25:12 hesabı ilə qalib gəlib.
Dördüncü setdə “Filenin Sultanları” 25:21 hesabı ilə qələbə qazanaraq qarşılaşmanı həlledici beşinci setə daşıyıb. Final setində isə Türkiyə millisi rəqibinə 15:10 hesabı ilə qalib gələrək Avropa çempionluğunu rəsmiləşdirib.
İtaliya – Türkiyə: 2-3
Setlər: 25-16, 22-25, 25-12, 21-25, 10-15
Müddət: 122 dəqiqə
Türkiyə: Eda, Elif, İlkin, Zehra, Vargas, Hande, Gizem (L), Saliha, Derya, Cansu, Eylül, Yaprak.
İtaliya: Orro, Antropova, Danesi, Egonu, Sylla, Fahr, Fersino (L), Spirito, Cambi, Adigwe, Giovannini.
“Sabah” “Zirə”yə, “Neftçi” “Şəfa”ya qarşı
Misli Premyer Liqasında 4-cü tur davam edir.
Bu gün turun daha iki görüşü keçiriləcək.
Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək.
Digər matçda isə “Neftçi” doğma meydanında “Şəfa”nı sınağa çəkəcək.
Misli Premyer Liqası IV tur
18:30. “Sabah” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
“Bank Respublika Arena”.
20:30. “Neftçi” - “Şəfa”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.
Messinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır.
“Bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatından sonra milli komandadan ayrılacağı ehtimalı fonunda verildiyi bildirilir.
ESPN-in məlumatına görə, Enzo Fernandes və Aleksis Mak Allister kimi ulduzlar da 10 nömrəli forma üçün namizədlər arasında olsa da, Skaloni seçimində Pazın üzərində dayanıb.
Argentinalı jurnalist Federiko Bueno bildirib ki, Skaloni milli komanda ilə müqaviləsini yeniləsə, 10 nömrəli forma Paza veriləcək. Onun sözlərinə görə, bu məsələ artıq komanda daxilində qərarlaşdırılıb.
“Komo”da çıxış edən Paz indiyədək Argentina millisində 18 nömrəli formanı geyinib.
Messi isə 2009-cu ilin martında Dieqo Maradonanın baş məşqçi olduğu dövrdə ilk dəfə 10 nömrəli formanı geyinib. Ulduz futbolçu bu forma ilə milli komandada 172 oyuna çıxaraq rekord müəyyənləşdirib.
Messidən əvvəl 10 nömrəli forma Dieqo Maradona, Ariel Orteqa, Xuan Roman Rikelme və Marselo Qallardo kimi əfsanələrə məxsus olub.
“Qarabağ”ın uğursuzluq zolağı və “qara çadır” məsələsi...
Klub dünənki oyunda dişini sıxsaydı, “Tvente” səddini keçə bilərdi, amma zənnimcə, buməğlubiyyət də bir menecerlik hiyləsi oldu...
Olan oldu – “Qarabağ” son 13 ildə ilk dəfə avrokubok yarışlarından kənarda qaldı. Gözlənilən idi, bu klubla Avropaya getməyə dəyməzdi, yaraşmazdı “Qarabağ”ın adına. Pisi odur ki, müasir dünyada zatən insan övladı üçün sevinəcək az hadisələr var, bu dar macalda da “Qarabağ” bir tərəfdən bizi üzdü. Bu, təkcə stadiona gəlmiş on minlərin kədəri deyil, üstəlik, bəlkə də yaxın üç ildə “Qarabağ”ın dirçəlməsinin çətin olacağını, kim bilir, bəlkə də heç mümkün olmayacağı düşüncəsinin yaratdığı pessimist ovqatdır. Elə klublar tarixdə çox olub – parlayıb, işığı “göz deşib”, amma sonra da sönüb. Xatırlayın, İtaliyada bir vaxtların “Deportivo”su vardı, ya da son illər heç özünü düzəldə bilməyən “Milan”, “Yuventus”... İngiltərədə “Çelsi”, Almaniya nəhəngi “Şalke-04”, İspaniyada adını çoxlarının daha xatırlamadığı “Sampdoriya”, Fransa “Bordo”su... Eləcə də yunan “Panatinaikos”unun, Niderlandın “Ayaks”ının ancaq adı qalıb... Onlar həm də uğursuz menecerliyin qurbanlarıdır, heç şübhə etmirəm ki, “Qarabağ”da da bu il yaşananlar da həmin uğursuzluqdur, bəlkə də başlanacağıdır.
“Qarabağ” dişini sıxsaydı, “Tvente” səddini keçə bilərdi. Amma zənnimcə, bu da bir menecerlik hiyləsi oldu.
Konfrans Liqasına (KL) bu bənzətməmə görə inciməzlər – zənnimcə, bu turnir “Dədə Qorqud” filmində Alp Aruza rəva görülən “qara çadır”dır. O səbəbdən “Qarabağ”ın indiki halı ilə Avropanın ən azı 4 ölkəsinə səfər oyununa getmək, 4 klubu burada qarşılamaq, üstəlik, rəqabətin artdığı Misli Premyer Liqasında çempionluq iddiası ortaya qoymaq “Qarabağ” üçün çox çətin olacaqdı, ən əsası, bu turnir kluba fayda verməyəcəkdi. Hər halda, menecer olsaydım, Qurban Qurbanova “bu il başına yeni iş açma, digər problemləri həll et” məsləhəti verərdim. Baş məşqçi də “Tvente” ilə ağır məğlubiyyətdən sonra buna oxşar mövqe bildirib. Deyib ki, bu il avrokuboklardan kənarda qalmaq bəlkə də kluba daha faydalı olacaq. Doğrudur, KL iştiraka, qələbəyə, heç-heçəyə görə pul da verirlər, amma dediyim kimi, adı yenə “qara çadır”dır... Özünüz bu il KL vəsiqə alanların siyahısına baxın, nə dediyimi daha yaxşı anlayacaqsınız...
Ötənlərdə də yazmışdım ki, “Qarabağ”da baş verən uğursuzluq nə bir ilkdir, nə son. Bəlkə də həyatın qanunauyğunluğudur, necə deyərlər, “Hər igidin bir dövranı olur”. Necə ki, 9 il əvvəl yaradılan, amma sabaha heç bir ümid verməyən “Sabah” son bir ildə sıçrayış etdi, həm çempion, həm ölkə kubokunu aldı, Çempionlar Liqasının (ÇL) liqa mərhələsinə də vəsiqə qazandı. Bu da uğurlu menecerliyin nəticəsi, bir nümunəsidir. Vaxtilə bunu “Qəbələ”də də görmüşdük.
Klub saxlamaq çox çətin və kollektiv idarəçilik işidir, əsas da büdcəyə pul gəlirsə, ümumiyyətlə idarəçilik prosesi asanlaşmır, əksinə, çətinləşir. “Qarabağ” ötən mövsüm ÇL qazanc əldə etmişdi, amma nə sirdirsə, klubda yaxşı oyunçuları ya uyğun şərtlərlə saxlamaq istəmədilər, ya da özləri göndərdilər. Deyilənə görə, “Qarabağ”da bu göndərmək praktikası yaxşı mənada fərqlidir, hətta ciblərinə pul da qoyurlar, ya da şərtləri futbolçu üçün elə uyğun edirlər ki, təki... getsin. Bu il Medinanı elə göndərdilər, klubdakı xidmətlərini nəzərə alaraq, əlavə pul-filan istəmədilər, yəni. Bu, həm də ilk dəfə deyil, halallaşma sistemi klubda var. Getsinlər e, bura onları xüsusən bağlayırdı ki. İstəyimiz budur ki, gedənlərin yerinə heç olmasa babat futbolçu gətirsinlər. “Qarabağ” bu transfer pəncərəsində 10 futbolçu alıb deyirlər, amma hələ klubda heç birinin faydalı işi görünmür, ya da çox zəifdir.
Nəhayət, “Qarabağ”da niyə əvəzedici heyətdə klubun öz yetirməsi olan cəmi iki nəfərin olması da düşündürücüdür. Yaxşı futbolçu, əlbəttə, asan yetişmir. Amma çempionatda oynayan kasıb klublarda bir neçə öz yetişdirmələri var. “Qarabağ”da isə cəmi iki nəfərdir. Bunun səbəbini klubun idarəçilərinin ayağına yazmaq olmur, çünki “Qarabağ”ın akademiyası ilə bağlı problem ictimailəşib, amma həll edilməyib. Söhbət klub prezidentinin “Qarabağ” akademiyası üçün torpaq sahəsi ilə bağlı AFFA və SOCAR prezidenti Rövşən Nəcəfə müraciətindən gedir.
Müraciətdə Gözəl bildirir ki, “Qarabağ” akademiyası üçün müasir infrastruktur yaratmaq istəyir və bunun üçün SOCAR-a məxsus ərazinin ayrılmasını xahiş edib. “Qarabağ” kimi bu cür problemlərlə üzləşməməlidir, dövlət də, onun strukturları da lazım gəldikdə bu işə dəstək verməlidirlər.
“Qarabağ”ın qara zolaqdan çıxacağı ümidi ilə...
“Qarabağ” “Tvente” ilə həlledici oyuna çıxır
“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını qəbul edir.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.
27 avqust
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland)
Baş hakim: Rohit Saqqi (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb.
Hər komandanın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.
1-ci səbət
PSJ (Fransa)
“Bavariya” (Almaniya)
“Real” Madrid (İspaniya)
“Liverpul” (İngiltərə)
“İnter” (İtaliya)
“Mançester Siti” (İngiltərə)
“Arsenal” (İngiltərə)
“Barselona” (İspaniya)
“Atletiko” Madrid (İspaniya)
2-ci səbət
“Borussiya” Dortmund (Almaniya)
“Roma” (İtaliya)
“Sportinq” (Portuqaliya)
“Aston Villa” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Brügge” (Belçika)
“Betis” (İspaniya)
PSV (Niderland)
3-cü səbət
“Feyenoord” (Niderland)
“Lill” (Fransa)
“Budyo-Qlimt” (Norveç)
“Napoli” (İtaliya)
“Leyptsiq” (Almaniya)
“Vilyarreal” (İspaniya)
“Fənərbaxça” (Türkiyə)
“Şaxtyor” (Ukrayna)
“Qalatasaray” (Türkiyə)
4-cü səbət
“Slaviya” Praqa (Çexiya)
“Slovan” Bratislava (Slovakiya)
“Ştutqart” (Almaniya)
AEK (Yunanıstan)
LASK (Avstriya)
“Komo” (İtaliya)
“Lans” (Fransa)
“Vikinq” (Norveç)
“Sabah” (Azərbaycan)
Qeyd edək ki, liqa mərhələsinin oyunlarına sentyabrın 8-i start veriləcək.
“Barselona”, yoxsa “Qalatasaray”? - Azərbaycanı böyük püşk həyəcanı gözləyir
Azərbaycan futbolu daha bir tarixi gecəyə şahidlik etdi. Ölkə çempionu “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu darmadağın edərək turnirin Liqa mərhələsinə vəsiqə qazandı. Bu qələbə yalnız “Sabah” klubunun deyil, bütövlükdə Azərbaycan futbolunun növbəti böyük uğuru kimi tarixə düşdü.
Bakıda keçirilən cavab qarşılaşması əsl futbol dramı ilə yadda qaldı. İlk oyunda 1:2 hesabı ilə məğlub olan “Sabah” doğma meydanda həm hesabı çevirməli, həm də Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün sonadək mübarizə aparmalı idi. Komanda bunu bacardı və 5:2 hesablı möhtəşəm qələbə ilə Avropanın ən nüfuzlu klub turnirində Azərbaycan futbolunun adını bir daha zirvəyə daşıdı.
Ən diqqətçəkən məqam isə “Sabah”ın bu mərhələyə yüksəlməklə “Qarabağ”dan sonra Çempionlar Liqasının Liqa mərhələsində oynayacaq ikinci Azərbaycan klubu olmasıdır. Bu fakt Azərbaycan futbolunun son illərdə keçdiyi yolun və klublarımızın Avropa arenasında artan iddiasının göstəricisidir. Əslində, 8 illik ömrü olan “Sabah”ın uğuruna yalnız bir oyunun nəticəsi kimi baxmaq düzgün olmazdı. Bu qələbənin arxasında illərlə aparılan klub quruculuğu, düzgün strategiya, futbolçuların əzmkarlığı, məşqçi heyətinin işi və Azərbaycan futbolunun Avropada daha böyük hədəflər uğrunda mübarizə aparmaq istəyinin nəticəsi dayanır.
İndi isə qarşıda tamam başqa səviyyədə sınaqlar var. “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində Avropanın ən güclü klubları ilə qarşılaşacaq. Azərbaycan çempionunun qarşısında dünyanın nəhəng futbol markaları ilə mübarizə aparmaq, ölkə futbolunun adını daha da yüksəltmək və bu tarixi uğuru davamlı nəticəyə çevirmək imkanı yaranıb.
“Sabah”ın bu tarixi uğuru Azərbaycan futbolu üçün hansı yeni imkanları açır? Komanda Çempionlar Liqasının Liqa mərhələsində hansı nəhəng rəqiblərlə qarşılaşa bilər? “Sabah” bu səviyyədə Azərbaycan futbolunu layiqincə təmsil edə biləcəkmi? Bu uğur ölkə futbolunda yeni bir yüksəliş dalğasının başlanğıcı ola bilərmi?
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında ilk növbədə komandanın qapıçısı və kapitanı Stas Pokatilovun oyununa diqqət çəkib:
“Pokatilovun dünənki çıxışı həqiqətən də çox gözlənilməz oldu. Halbuki İsraildə keçirilən ilk oyunda komandasının ən yaxşılarından biri məhz o idi. Səfər qarşılaşmasında “Sabah”ın turda qalmasını təmin edən əsas futbolçulardan biri kimi çıxış etmişdi. Bakıda isə sanki tamamilə başqa bir mənzərə gördük. İlk qolda Pokatilov topu nəzarətə götürə bilmədi. İkinci qolda isə topu birbaşa rəqib futbolçunun qarşısına göndərdi və rəqibə boş qapını nişan almaq üçün imkan yaratdı. Halbuki israillilər bu epizodlardan başqa oyunda cəmi bir-iki ciddi təhlükə yarada bildilər. Əgər məşqçinin vaxtında və düzgün müdaxilələri, eləcə də komanda yoldaşlarının böyük əzmi olmasaydı, Çempionlar Liqasına vəsiqə məhz Stasın kobud səhvləri səbəbindən əldən gedə bilərdi”.
K.Məstəliyev qapıçının səhvlərinə müəyyən qədər haqq qazandırmağın mümkün olduğunu da qeyd edib. Onun sözlərinə görə, Pokatilov ilk dəfə bu səviyyədə və bu qədər böyük əhəmiyyət daşıyan qarşılaşmada meydana çıxırdı:
“Stas Pokatilovun səhvlərini müəyyən mənada həyəcanla izah etmək mümkündür. Çünki ilk dəfədir belə böyük səviyyədə, belə gərgin və taleyüklü oyunda çıxış edirdi. Belə matçlarda psixoloji təzyiq kifayət qədər böyük olur. Amma burada başqa bir məqam da var. Stas həm də komandanın kapitanıdır. Kapitan belə məqamlarda həyəcanını hamıdan əvvəl dəf etməli, komanda yoldaşlarına güvən verməli, meydandakı futbolçuların ondan güc almasına şərait yaratmalıdır. Təəssüf ki, dünən bunun əksi baş verdi. Ümid edək ki, Pokatilovun yaşadığı bu problem bir daha təkrarlanmayacaq. Amma peşəkar futbol şansa buraxılacaq məsələ deyil. “Sabah”ın qapıçı məsələsində onsuz da say baxımından problemi var. Hazırda ehtiyatda Amin Ramazanov və Rəvan Mirzəmmədov qalır. Qarşıda daha güclü, səviyyəli və təhlükəli rəqiblər olacaq. Ona görə də klub təcili şəkildə daha bir güclü və etibarlı qapıçı transfer etməlidir. Belə bir rəqabətin yaranması Stas üçün də faydalı olar. O, komandada real rəqabətin olduğunu hiss edər, daha diqqətli və məsuliyyətli çıxış olar. Ən əsası isə bir daha dünən yaşadığımız kimi problemləri bizə yaşatmaz”.
Məstəliyev hesab edir ki, “Sabah”ın tarixi uğuruna yalnız nəticə prizmasından yanaşmaq olmaz:
“Bu 5:2-nin içində elə bir yorğunluq, gərginlik var idi ki, onu sadəcə hesabla ifadə etmək mümkün deyil. Kənardan baxanda sanki “Sabah” rahat şəkildə qalib gəlib. Əslində isə komanda son dəqiqəyədək çox ağır mübarizə apardı. 120 dəqiqə meydanda qalmaq, belə təzyiq altında oynamaq və sonda bu hesabı əldə etmək böyük xarakter tələb edir”.
Mütəxəssis “Sabah”ın uğurunda baş məşqçi Valdas Dambrauskasın düzgün qərarlarının, futbolçuların iradəsinin və klub rəhbərliyinin həyata keçirdiyi işin xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“Burada məşqçinin rolunu, futbolçuların əzmini və klub rəhbərliyinin gördüyü işi ayrıca qeyd etmək lazımdır. Belə böyük turnirdə oynamaq üçün yalnız yaxşı futbolçu heyəti kifayət etmir. Düzgün idarəçilik, doğru transfer siyasəti, məşqçinin qərarları və komandanın psixoloji hazırlığı birlikdə olmalıdır. “Sabah” dünən bütün bunların nəticəsini gördü. İndi isə daha böyük mərhələ başlayır. Çempionlar Liqasının Liqa mərhələsində artıq səhvlərin qiyməti daha ağır olacaq. Ona görə də klub indidən bütün mövqelər üzrə hazırlığını maksimum səviyyəyə çatdırmalıdır.