Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi - Foto

18-08-2026, 10:37 1

Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi - Foto


“Baku Medical Plaza”da qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.

“Əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Ş.Quliyeva “Azərbaycan Supermarket” MMC-nin təchizat üzrə mütəxəssisi olub.

Yaxınları Ş.Quliyevanın əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi səbəbindən mətbuata müraciət edərək “Baku Medical Plaza”nın ginekoloqu Təravət Hümbətovanı günahlandırıblar. Bildirilib ki, əməliyyatdan 20 saat sonra Şəhlanın təzyiqi kəskin yüksələrək 200-ü keçib və beyninə güclü qan sızıb. Qan beyin kötüyünü ciddi zədələyib və xəstəyə beyin ölümü diaqnozu qoyulub.

İttihamla bağlı “Baku Medical Plaza”dan Lent.az-a bildirilib ki, Quliyeva Şəhla Muxtar qızı hamiləliyinin 22-ci həftəsində tibb müəssisəsinə müraciət edib, aparılan müayinələrdən sonra hamiləliyi tibbi nəzarətə götürülüb: “İyulun 28-də tibbi göstərişlərə əsasən və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində qeysəriyyə əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil başlayan şiddətli başağrısı və qıcolma tutması müşahidə olunub.

Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib və vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb. Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilir. Yenidoğulmuşun vəziyyəti stabildir və müvafiq tibbi nəzarət altındadır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
23 noy 2023 | 16:30

Tural Hidayətov: Biz sağlam gələcək vəd edirik!


hadise
17 iyn 2024 | 13:08

Sərxan Kamallı vəfat etdi - Yenilənib


hadise
31 yan 2025 | 12:43

Bu prospektdə təmir aparılır - Sürücülərə xəbərdarlıq


sou
20 dek 2024 | 13:03

Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül


hadise
25 sen 2024 | 13:56

Vəzifəli şəxs vəfat etdi


gundem / cemiyyet / sehiyye
9 iyl 2024 | 16:03

4 aylıq körpənin öldüyü “Real Hospital”da daha 4 ölüm olub – Klinika məmurun çıxdı…


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə