İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir

3-06-2026, 16:58 35

Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir


Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatır.

“Qafqazinfo” xəbər verir ki, bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillər yekun çıxış ediblər.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın iki vəkilinin müdafiə çıxışı üç saat çəkib.

Vəkil Muxtar Mustafayev əvvəlki həmkarının səsləndirdiyi arqumentlərə yenidən qayıtdığı üçün hakim Leyla Əsgərova Məmmədova ona xəbərdarlıq edib. Bu vaxt prosesdə qısa gərginlik yaşanıb, vəkil çıxışını kəsdiyi üçün hakimə etiraz edəcəyini deyib. Hakim isə ondan təkrar sözlərlə prosesi uzatmamasını tələb edib.

Muxtar Mustafayev çıxışının davamında cinayət işi üzrə ilkin istintaqı aparan müstəntiqləri və ekspertləri ittiham edib: “İbtidai istintaq nə araşdırıb? Ekspert rəy verib ki, uzadıcı elektrik naqilləri yüklənib. Amma bunu necə sübut etdiyini yazmayıb. Münəccim idi? Bundan əlavə, deyirlər elektrik naqillərinin nasaz olması ilə bağlı məlumat verilməyib. Bu barədə Mehriban Abasquliyevaya kimsə məlumat verməyib. Kimsə nə isə etdi, dərhal rəhbər günahkardır. Tutun, qoyun içəri.

Ən vacib məsələyə gələk. Qəzadan sonra ölən uşaqların sayının artması düzgün araşdırılmayıb. Bilirsiniz niyə artdı? Çünki başqa xəstəxanalara təxliyə düzgün olmadı. Bəzi tibb müəssisələrində avadanlıqlar və peşəkar heyət çatışmadı. Bu Mərkəzdə çalışanları da müalicəyə buraxmadılar. Yəni kütləvi səhlənkarlıq nəticəsində bu faciə böyüdü. İndi prokuror deyir, Abasquliyeva islah olunması üçün həbs edilməlidir. Niyə, nə olacaq? Bu islahdan çox qisas almaq olar”.Vəkil yekunda müvəkkilinə bəraət verilməsini istəyib. İş üzrə ittiham olunan Mərkəzin şöbə müdirləri Hamlet Mustafayev və Elnur Əhmədlinin vəkilləri də çıxışlarında, özləri isə son sözlərində bəraət istəyiblər. H.Mustafayev və E.Əhmədli iki ildən çoxdur işsiz qaldıqlarını, bu müddətin elə onlar üçün cəza olduğunu, Mustafayev əlavə olaraq 90 yaşlı atasına himayədarlıq etməsinin nəzərə alınmasını xahiş edib.

Mehriban Abasquliyeva isə bu gün üçün son söz deməyə hazır olmadığını bildirib. Amma hakim bu işə kifayət qədər vaxt ayrıldığını əsas gətirərək ona son sözə hazırlaşmaq üçün 14:00-a kimi vaxt verib.

Əvvəlki iclasda prokuror M.Abasquliyevaya 8, digərlərinə 7 il həbs cəzası tələb edib. Günün ikinci yarısında hökm oxunacağı gözlənilir.

Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında baş verib.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
29 apr 2026 | 16:02

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi


hadise / tehsil
13 yan 2025 | 17:22

Mehriban Abasquliyeva ifadə verməkdən imtina etdi


hadise
7 okt 2024 | 16:43

“Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər...”


hadise
25 may 2026 | 15:10

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb


hadise
9 yan 2024 | 14:11

Perinatal Mərkəzindəki yanğında 4 uşaq ölüb, tüstüdən zəhərlənənlər var- Rəsmi


hadise
1 mar 2024 | 18:53

Narkoloji mərkəzin baş direktoru və müavini həbs olundu


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə