ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib” “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı Əli Nağıyev Çinə getdi - Foto ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Şəmkirdə baş verən silahlı insidentlə bağlı məhkəmə istintaqı cəmiyyətdə ciddi narazılıq doğurub — VİDEO

21-07-2025, 12:07 177

Şəmkirdə baş verən silahlı insidentlə bağlı məhkəmə istintaqı cəmiyyətdə ciddi narazılıq doğurub — VİDEO


2024-cü ilin fevral ayının 2-sində Şəmkir rayonundakı Şiştəbə kəndində baş verən silahlı insident bir ara ölkə gündəmini zəbt etdi. Belə ki, “Gözəlov klanı”na bağlı olduqları iddia edilən bir qrup şəxs avtomobildə əyləşmiş vətəndaşa hücum edərək, ona odlu silahdan bir-neçə dəfə atəş açıblar. Altı nəfərdən ibarət olan dəstə vətəndaşı ağır yaralayıb. Silahlı hücum nəticəsində zərər çəkmiş şəxsin bədəninə altı güllə dəyib. Güllələr vətəndaşın qarın nahiyəsinə, qoluna və çanaq hissəsinə dəyərək, onun sağlamlığına ciddi zərər yetirib.

Arazpress.com-a daxil olan məlumata görə,
ağır yaralanan şəxs avtomobildən çıxaraq, yaxınlıqdakı “Al market”-ə sığınıb. Silahlı şəxslər isə, onun ardınca marketə daxil olaraq, onu orada öldürməyə cəhd ediblər. Hadisənin dəhşətli görüntüləri müşahidə kameralarına düşüb.

Şəmkirdə baş verən silahlı insidentlə bağlı məhkəmə istintaqı cəmiyyətdə ciddi narazılıq doğurub — VİDEO


Qeyd edək ki, təcili tibbi müdaxilə nəticəsində zərərçəkmişin həyatı xilas edilib. Lakin onun sağlamlığında ciddi və qalıcı problemlər yaranıb. Təəssüf ki, hadisəni törədən altı nəfərdən yalnız ikisi – Bayramlı Babək Qoşqar oğlu və Bayramlı Bahəddin Qoşqar oğlu istintaqa cəlb ediliblər. Digər iştirakçılar barəsində heç bir hüquqi tədbir görülməyib. Bu da camaat arasında haqlı narazılıq doğurub.

Hadisə ilə bağlı hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırma gedir. Lakin məhkəmənin qərarları da birmənalı qarşılanmır. Qrup halında törədilmiş belə ağır cinayətə görə yalnız iki nəfərin mühakimə olunması və digərlərinin məsuliyyətdən yayınması ictimaiyyətdə ciddi suallar doğurur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, həbsdə olan iki qardaşın da yaxın vaxtlarda azadlığa buraxılması ehtimal olunur. Bu da, ictimaiyyət arasında yaranan narahatlığı daha da artırır.

Ən narahatedici məqam isə budur ki, Prezident İlham Əliyevin dəfələrlə verdiyi tapşırıqlarda qanunun aliliyinin təmin olunması, ictimai ədalətin qorunması və hüquq-mühafizə orqanlarının obyektiv fəaliyyət göstərməsi xüsusi vurğulansa da, bu hadisə fonunda həmin prinsiplərin ciddi şəkildə pozulduğu görünür.

Hüquq-mühafizə orqanlarının məsələyə laqeyd yanaşması, cinayətin bütün iştirakçılarının istintaqa cəlb olunmaması, hadisənin hərtərəfli araşdırılmaması və məhkəmənin ədalətli qərar verməməsi yalnız zərərçəkmiş vətəndaşın hüquqlarını deyil, ümumilikdə, cəmiyyətin ədalətə olan inamını sarsıdır.

Cinayətkarların cəzasız qalması dövlət — vətəndaş münasibətləri üçün təhlükəli presedent yaradır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Lakin istintaq və məhkəmə proseslərinin ədalətsiz aparılması bu prinsiplə ziddiyyət təşkil edir.

Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas hədəflərindən biri olan ədalətin təmin olunması istiqamətində müvafiq qurumlar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək, hüquqları pozulmuş vətəndaşın müdafiəsi təmin ediləcək və cinayəti törədən bütün şəxslər tam məsuliyyətə cəlb olunacaqlar. Qanunun aliliyini pozan və vəzifə səlahiyyətlərindən sui-istifadə edən harınlamış məmurlar barədə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları və onların ailə üzvləri təvazökar davranmalıdırlar. Dövlət qulluqçuları hesab etməməlidirlər ki, onların hər hansı xüsusi statusu var. Əksinə, onlar insanlara diqqət və qayğı göstərməli, vətəndaşların problemlərinin həllinə çalışmalıdırlar. Şübhəsiz Şəmkir sakinləri əmindirlər ki, dövlətimizin başçısı qanuna hörmət etməyən, ədalətsiz qərarlar qəbul edən, rüşvət və korrupsiyaya bulaşmış məmurlara layiqli qiymət verəcək, zərərçəkmiş vətəndaşın hüquqlarının bərpasını təmin edəcək. Məhi ELSEVƏR,


Videoya bu linkdən bax

Videoya bu linkdən bax

Videoya bu linkdən bax

Videoya bu linkdən bax

Videoya bu linkdən bax

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise / kriminal
25 mar 2025 | 13:29

İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı yaralandı


hadise
28 okt 2023 | 13:03

Sumqayıtda silahlı hücum olub, 2 nəfər ölüb, yaralılar var - SİYAHI (YENİLƏNİB)/VİDEO


hadise
20 dek 2024 | 13:39

Abituriyentlərə xüsusi aparat satan şəxs həbs olundu


kriminal
28 mar 2025 | 14:42

Yasamaldakı “vandal söküntü”nün detalları – Qalib Məmmədovu bu cəza gözləyir


hadise
7 okt 2024 | 16:43

“Tibb bacıları körpələri qoyub mətbəxdə çay içiblər...”


hadise
22 yan 2025 | 16:07

İmişlidə xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs edildi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
18:30 0
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
17:42 0
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
17:37 0
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
15:00 0
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
12:42 0
Əli Nağıyev Çinə getdi - Foto
12:37 0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
12:22 0
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə