Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Töhmətlə qazanılan milyonlar, viran qalan rayon və göyə sovrulan büdcə

20-02-2026, 23:02 96

Töhmətlə qazanılan milyonlar, viran qalan rayon və göyə sovrulan büdcə


Hər birinizə məlumdur ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra başçılarının və kommunal xidmət rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirildi. Toplantıda şəhərin sanitar təmizliyi, yaz-yay mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işləri, eləcə də qanunsuz tikintilərlə bağlı vəziyyət müzakirə olundu. Müşavirəyə rəhbərlik edən Eldar Əzizov bəzi rayonlardakı vəziyyəti kəskin tənqid etdi, xüsusilə Suraxanı, Qaradağ və Xəzər rayonlarında yol verilən nöqsanlara diqqət çəkdi. Nəticədə Suraxanı rayonunun rəhbəri Adil Əliyev töhmət aldı və bir ay ərzində problemlərin aradan qaldırılacağına söz verdi.

Rəsmi açıqlamalara baxanda hər şey qaydasında görünür: iradlar səslənir, məsul şəxslər cəzalandırılır, tapşırıqlar verilir. Amma reallıq tamam başqadır. Xüsusilə Suraxanı rayonunda yaşayan hər kəs bilir ki, oradakı problemlər bir ayın, bir ilin yox, illərin problemidir. Bərbad yollar, yığılıb qalan tullantılar, baxımsız məhəllələr, yarımçıq qalan abadlıq işləri artıq adi mənzərəyə çevrilib. Bəzi ərazilər paytaxtın bir hissəsindən çox, nəzarətsiz və sahibsiz bir məkana bənzəyir.

Bu vəziyyətin fonunda Adil Əliyevə verilən töhmət sadəcə formal bir addım təsiri bağışlayır. Sanki illərlə yığılan problemlərin günahı bir kağız üzərində yazılan “töhmət”lə yuyulub təmizlənir. Halbuki söhbət təkcə səliqəsiz küçələrdən getmir. Söhbət dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin necə xərclənməsindən, bu vəsaitlərin nə dərəcədə xalqın rifahına xidmət etməsindən gedir.

Hər il abadlıq, təmir, infrastruktur layihələri üçün böyük məbləğlər ayrılır. Rəsmi hesabatlarda rəqəmlər şişirdilmiş kimi görünür. Amma Suraxanıya, Sabunçuya, Qaradağa gedəndə həmin pulların izini tapmaq çətin olur. Əgər bu vəsaitlərin heç olmasa 50 faizi real və vicdanla xərclənsəydi, bu qədər bərbadlıq olmazdı. Bu, sadəcə jurnalistin fikri deyil, orada yaşayan minlərlə insanın gündəlik müşahidəsidir.

Müşavirədə qanunsuz tikintilərlə bağlı görüntülərin nümayiş etdirilməsi də acı reallığı ortaya qoydu. Bildirildi ki, bu hallar əsasən Sabunçu rayonu, Qaradağ və Xəzər rayonlarında aşkarlanıb. Amma sual yaranır: bu tikililər dünənmi peyda olub? Aylarla, bəzən illərlə davam edən bu proseslər niyə vaxtında dayandırılmayıb? Rayon rəhbərləri həmin müddətdə nə ilə məşğul olublar?

Ən acınacaqlısı isə odur ki, bu cür müşavirələr Azərbaycanda ilk dəfə keçirilmir. İllərdir eyni ssenari təkrarlanır: yığıncaq çağırılır, problemlər sadalanır, bir-iki nəfərə töhmət verilir, vədlər səslənir, sonra isə hər şey əvvəlki kimi davam edir. Nəticədə isə dəyişən yalnız tarix olur, problemlər yox.

Bu gün bir çox icra başçısı dövlət büdcəsinin hesabına həyata keçirilən layihələrdən milyonlar qazanır, dəbdəbəli avtomobillər sürür, böyük malikanələrdə yaşayır. Amma onların rəhbərlik etdiyi rayonlarda insanlar palçıqlı yollardan keçməyə, zibillərin içində yaşamağa məcbur qalır. Belə bir şəraitdə töhmət nə cəzadır, nə də ədalət.

Ən əsas problem isə hesabatlılığın olmamasıdır. Hansı rayona nə qədər vəsait ayrılıb? Hansı layihə kimə verilib? Pullar necə xərclənib? Niyə görülən işlər bir-iki ildən sonra yenidən sıradan çıxır? Bu suallara ictimaiyyətin aydın cavab almaq hüququ var. Amma bu cavablar hələ də verilmir.

Əgər həqiqətən də Bakının inkişafı, paytaxtın müasir şəhərə çevrilməsi məqsəd qoyulubsa, bu, təkcə mərkəzdə gözəl parklar salmaqla olmur. Kənar qəsəbələr, problemli rayonlar da eyni diqqəti görməlidir. Əks halda, paytaxt iki yerə bölünür: vitrin üçün bəzədilmiş mərkəz və unudulmuş kənar məhəllələr.

Suraxanı ilə bağlı vəziyyət artıq xəbərdarlıq mərhələsini çoxdan keçib. Burada söhbət bir icra başçısının reputasiyasından yox, on minlərlə insanın normal yaşamaq hüququndan gedir. Bu hüquq isə töhmətlə yox, real nəzarət, ciddi audit və məsuliyyət mexanizmi ilə qoruna bilər.

Əks halda, növbəti müşavirədə də eyni sözlər deyiləcək, eyni vədlər veriləcək və eyni problemlər qalacaq. Zərər çəkən isə yenə sadə vətəndaş olacaq.

Əli Səfərli,
NOCOMMENT.az

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

bolge
17 fev 2026 | 15:25

Adil Əliyevə buna görə töhmət verilib - SƏBƏB


siyaset
21 avq 2024 | 12:43

Müşavirə keçirildi: icra başçılarına vaxt verildi


gundem / bolge
6 avq 2024 | 13:15

İcra hakimiyyətində müşavirə – Bu rayonun icra başçısına ciddi xəbərdarlıq edildi, vaxt verildi


gundem / bolge
6 avq 2024 | 16:17

Binəqədiyə ÖZ EVİ kimi baxmayan başçının işini Eldar Əzizov da BƏYƏNMƏDİ - Bakı meriyasında XÜSUSİ MÜŞAVİRƏ


bolge
2 sen 2025 | 12:30

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verib


hadise
15 noy 2023 | 15:30

Azərbaycanda qış sərt keçəcək - bu qurumlara tapşırıqlar verildi


bolge
30 avq 2025 | 09:00

Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident həmişə haqlıdır”


gundem / bolge
5 sen 2024 | 13:23

Adil Vəliyevin ABSURD COB-29 TƏDARÜKÜ... - Bütün qanunsuzluqlara YAŞIL İŞIQ...


siyaset
30 okt 2025 | 14:30

“Bəzən məmurların xəyanət yoluna düşdüyünü də görürük”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə