Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”…

7-08-2025, 13:32 125

Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”…


Azərbaycanda elə məmurlar var ki, onların “məmurluq stajı” az qala ölkəmizin müstəqillik yaşı ilə eynilik təşkil etsə də, bu şəxslərin fəaliyyətində ürəkaçan heç nə mövcud deyil. Əksinə, həmin şəxslərin fəaliyyəti ilə bağlı ölkə mediasında saysız-hesabsız tənqidi yazılar yer alıb ki, bu da həmin şəxslərin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəis müavini Rüstəm Şahbazov və hazırda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olan Rafiq Cəlilov bu sırada öndə gəlir.

Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışan Rüstəm Şahbazov, 2006-cı ildən etibarən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışmaqdadır. Maraqlıdır ki, CRİH-nin başçısı Rafiq Cəlilov da məhz 2006-cı ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində fəaliyyətə başlamış, sovetdən qalma fabrik və zavodların “şaqqalanması” prosesində yaxından iştirak etmişdir. Hər iki məmur Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində tutduqları yüksək vəzifədən istifadə edərək xeyli sayda fabrik və zavodun müxtəlif üsullarla mənimsənilməsinə nail olmuş, SSRİ-nin bütün dünyada qürur mənbəyi olan sənaye müəssisələrini qısa zamanda “cibərinə sığışdırmağı” bacarmışdılar.

Məsələ ilə bağlı cumhuriyyet.az xatırladır ki, sovet dönəmindən miras qalan fabrik və zavodların taleyin ümidinə buraxılması, bəzi məmurlar və işbazlar tərəfindən dağıdılması tendensiyası Ulu öndər Heydər Əliyev tərəfindən hər zaman sərt tənqidlə qarşılanmışdır. Ümummilli lider haqlı olaraq bildirirdi ki, gənc, müstəqil Azərbaycanın bu istehsalat müəssisələrinə ehtiyacı var və buna görə də həmin müəssisələri dağıtmaq deyil, onların fəaliyyətini bərpa etmək, ölkəmizin iqtisadi gücünə güc qatmaq lazımdır. Lakin təəssüflər olsun ki, respublikanın ağır vəziyyətindəki gərginlik və qarışıqlıqdan istifadə edən bəzi məmurlar ölkəmizin gələcəyini deyil, öz şəxsi maraqlarını əsas götürərək bu müəssisələri talamış, onları gəlir mənbəyinə çevirmişdir. Rüstəm Şahbazov və Rafiq Cəlilovun tərcümeyi-halı onu deməyə əsas verir ki, bu prosesdə onların da mühüm “xidməti olmuş”, bu şəxslər də “kim daha çox talayacaq” yarışında “layiqli yer” tutmuşdular.

Ümid edirik ki, gələcəkdə məlum şəxslərin keçmiş fəaliyyəti daha diqqətlə araşdırılacaq və bu şəxslər gec də olsa öz əməllərinə görə cavab verməli olacaqlar.(Cumhuriyyet.az)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / siyaset
29 yan 2025 | 10:53

Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı


hadise
15 apr 2025 | 13:29

DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı


gundem / cemiyyet
18 iyl 2024 | 12:24

Deputat olmaq istəyən məmurlar - SİYAHI


siyaset
18 apr 2024 | 13:01

Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE


gundem / arasdirma / cemiyyet
14 mar 2024 | 00:48

Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –PREZİDENTƏ MÜRACİƏT / FOTOLAR


gundem / siyaset
16 fev 2024 | 15:48

Prezident hökumətin tərkibini təsdiqlədi - SİYAHI


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə