Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib

10-05-2025, 14:15 119

Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

“ Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verib.

Qeyd edilib ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.

Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

***

Dövlət başçısı kənddə klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub. İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

***

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.

***

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.

***

Azərbaycan Prezidenti İlham Əliyev Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beş otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.

***

Sonra dövlət başçısı kəndə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim edib.

Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - YenilənibKəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / siyaset
27 mar 2025 | 14:17

Prezident və xanımı Sarıcalı kəndinin açılışında iştirak ediblər - YENİLƏNİB


siyaset
24 dek 2023 | 17:30

İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub


gundem / siyaset
19 sen 2024 | 18:30

Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar


gundem / siyaset
10 may 2025 | 10:42

İlham Əliyev Ağdamda - YENİLƏNİB


gundem / siyaset
27 mar 2025 | 10:56

Prezident xanımı ilə Ağdama getdi


siyaset
24 dek 2023 | 17:23

İlham Əliyev Ağdamın Baş Qərvənd kəndinin təməlini qoyub


tehsil
9 apr 2025 | 11:26

Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar


gundem / siyaset
19 fev 2025 | 10:02

Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlıq YENİLƏNİB VİDEO


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə