Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

"SUNSET" istirahət mərkəzi kasıbın istirahət hüququnu işğal etməyə hazırlaşır? - İşbazların SENSASİON planı

1-04-2025, 13:18 127

"SUNSET" istirahət mərkəzi kasıbın istirahət hüququnu işğal etməyə hazırlaşır? - İşbazların SENSASİON planı


İstirahət özü bir mədəniyyətdir. Başqa formada desək, istirahət etməyi bacarmayan millət normal işləyə də bilməz. Son illər paytaxt Bakıda və regionlarda xeyli sayda istirahət mərkəzləri, hotellər açılıb. Amma bunların çoxu qanunsuz yolla faəliyyət göstərirlər. Belə ki, hansısa iş adamı gedib dövlət təbiət qoruğu olan meşənin 5-6 hektar ərazisini zəbt edib orada istirahət kompleksi tikir. Yaxud hansısa məmur-biznesmen Xəzər dənizinin sahilini hasarlayıb orada restoran, hotel, istirahət mərkəzi yaradır...

Dənizin hasarlanması və digər məsələlərlə bağlı vaxtilə Ulu Öndər müşavirələrin birində çox kəskin və sərt çıxış edərək "dəniz və onun sahili xalqa məxsusdur" deyib. Amma buna baxmayaraq bir çox oliqarx məmurlar neçə illərdir ki, Xəzər dənizinin sahillərini özəlləşdirib hotellər, istirahət kompleksləri tikərək milyonlar qazanırlar.

Belə istirahət mərkəzlərindən biri də "SUNSET" istirahət mərkəzidir.

Bu istirahət mərkəzi həm də evlərə və ofislərə birbaşa yeməklər çatdırır. Amma müştərilərin çoxu deyir ki, bunların yeməkləri çox baha, amma keyfiyyətsizdir, hətta zəhərlənmələr olması barədə sosial şəbəkələrdən kifayət qədər məlumatlara rast gəlmək olar. Yay sezonu başladıqda bu istirahət mərkəzinin özünün ödənişli çimərliyi var.

Xəzərin sahilini hasarlayaraq özlərinə şəxsi ödənişli çimərlik yaradıblar. Narazılıq bununla da bitmir. Vətəndaş bildirir ki, bu məkana öz şəxsi avtomobilinlə getdikdə mühafizəçi avtomobili saxlayaraq ödəniş etdikdən sonra buraxır. Narazılıqlar bununla da bitmir. Yay sezonu açıldıqda bu məkanda boş stol və stul götürdükdə hər saatı üçün 15-20 manat ödəməlisən. İstər dəniz girişinə, istər şəxsi avtomobilin üçün etdiyin ödəniş, istərsə də stol-stul üçün etdiyin ödənişə görə müştəriyə hər hansı çek ödənişi verilmir, hələ hovuzda üzmək, "lejanka” və s. öz qiyməti var..

Şikayətçi bildirir ki, keçən yay sezonunda olduğu kimi bu ildə istirahət etmək üçün bu məkana üz tutanların istirahəti burnundan gələcək. Tualet pulu, geyinib-soyunma otağı ayrı-ayrılıqda hər biri 50 qəpik idisə bu il daha çox ödəniş edilməsi planlaşdırılır. Əgər boş stol-sutulda dənizə bir qədər yaxın oturmaq istəsən, 20-25 manat ödəməli olacaqsan, bir qədər içəridə olan çətirli stolların qiyməti 10-15 manat olacaq. Əgər pulsuz istirahət etmək istəyirsənsə, ya dənizin kənarına ədyal salıb oturmalısan. Bundan əlavə istirahət mərkəzinin girəcəyində olan ümumi restoranda əyləşməlisən. İşbazlar burda qiymətin nisbətən ucuz olmasın planlaşdırır: Məsələn, 1 çaynik çay 3-4 manat arası, qutab 1 manat, tikə kabab (3 tikə) 7-8 manat, toyuq kababı (3 tikə) 5-6 manat, salatlar 3-4 manat kartof qızartması bir pay 3-4 manat, saciçi 20-25 manat, olması planlaşdırılır. Bu da bazar iqdisadiyyatına nəzər yetirsək qiymətlər olduğca bahadır.

Bir sözlə kasıbın istirahət hüququnu işbazlar yenə işğal edəcək.

Biz hələ burada siqaret, tum, su satanlardan danışmırıq. Bir neçə il öncə bu istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində xeyli insan yaralanıb və ağır zədə alıb. Bir sözlə bəzi dövlət qurumları "SUNSET" istirahət mərkəzin və digər yay sezonu olan bu kimi istrahət mərkəzlərinə ciddi nəzarət etməlidirlər, xüsusən də vətəndaşlar özləri süni qiymət artımına qarşı ciddi şəkildə mübarizə aparmalıdırlar. İctimai qinaq olmadır!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
15 fev 2025 | 13:34

İş və istirahət günlərinin yerləri dəyişdirilib


gundem / cemiyyet
3 iyl 2024 | 09:42

"Atlant" İstirahət Mərkəzində natəmizlik... - AXI NİYƏ?


gundem / medeniyyet
29 iyl 2024 | 15:08

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda


sosial
23 dek 2024 | 09:50

Bu həftə istirahət günü olmayacaq


cemiyyet
18 sen 2024 | 13:10

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi


cemiyyet
7 iyn 2024 | 12:23

Bölgələrimizdə istirahətin bir günü… – Qiymətlər


sosial
28 noy 2024 | 12:38

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə