Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB

14-09-2024, 10:33 164

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına bağda həyata keçirilən abadlıq-yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, “Xəqani” bağının mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, bu, dövlətimizin başçısının Bakı şəhərində parkların, xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılan növbəti istirahət guşələrindən biridir. Şəhərin mərkəzində yerləşən bağda sakinlərin istirahəti üçün qısa müddətdə gözəl şərait yaradılıb.

Bu bağın Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyi bir zamanda və Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində istifadəyə verilməsi ölkəmizə gələcək turistlərin istirahətinin səmərəli təşkilinə də böyük töhfə olacaq.

Xatırladaq ki, paytaxtımızda ən müasir parklar və yeni yaşıllıq zolaqları salınır, Bakının qədim tarixi memarlıq nümunələri bərpa edilir və müasir binalar tikilib istifadəyə verilir. Bu işlərin hamısı şəhərə daha çox gözəllik və kolorit verir, məhz bunun sayəsində Azərbaycan paytaxtı insanların həyatı və asudə vaxt keçirməsi üçün rahat məkana çevrilir. Yeni parkların salınması və mövcud olanların yenidən qurulması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər də ətraf mühitin sağlamlaşdırılması işinə mühüm töhfə verir.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİBPrezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
14 sen 2024 | 09:23

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu


gundem / siyaset
15 iyl 2024 | 13:31

Prezident Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİB


gundem / siyaset
30 iyl 2024 | 14:44

Prezident “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTO


gundem / siyaset
21 iyn 2024 | 14:14

İlham Əliyev və birinci xanım Nəbatat Bağında görülən işlərlə tanış olublar


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:39 0
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi
10:59 1
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
10:54 0
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə