“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Kəmaləddin Qafarov seçicilərlə görüşmür –onun mandatı dərman monopoliyasından çıxır…

19-08-2024, 14:25 151

Kəmaləddin Qafarov seçicilərlə görüşmür –onun mandatı dərman monopoliyasından çıxır…


Parlament seçkilərin az qalsa da, bəzi namizədlər ümumiyyətlə, təbliğat və təşviqat işləri aparmırlar.
Bu sırada öncül yerlərdən birini də YAP-ın namizədi Kəmaləddin Qafarov tutur.
Qeyd edək ki, Qafarov ölkədə dərman monopolisti kimi tanınır. Milli Onkologiya Mərkəzinin direktor müavini olan aqronom ixtisaslı biznesmen deputat, nəinki parlamentdə çıxış etməyən “lal deputat”lardandır, o həm də adını belə yaza bilmir. Lakin oxucular bu şəxsin mediada çeşidli tərif dolu, “analitik” yazıları ilə rastlaşa bilərlər. Deyilənlərə görə, həmin yazıların Kəmaləddin Qafarova heç bir aidiyyatı yoxdur. Sadəcə, “şirinlik” qarşısında yazılar yazdıraraq, özünü savadlı, bilikli göstərməyə çalışır.
Maraqlıdır ki, təkcə, yazı yaza bilməyən deyil, həm də fikirlərini normal şəkildə ifadə edə bilməyəmn biri necə olur ki, “palaz palaz” məqalələrlə çıxış edir? Eyni zamanda, danışıq qabiliyyəti olmayan, yazı yaza bilməyə, habelə fikirlərini ifadə etmək bacarığı olmayan biri niyə deputat seçilməlidir?
Qafarovun seçki kampaniyası aparmaması onun arxayınlığından irəli gəlir. Təbii ki, bunun onun nüfuzlu olması ilə heç bir əlaqəsi yoxdur. Əksinə, seçildikdən sonra belə seçiciləri ilə görüşə qatılmağı özünə rəva bilməyən deputatlığa namizəd, güman edir ki, onu himayə edənlər yenidən mandat sahibi edəcəklər.
Nəzərinizə çatdıraq ki, Kəmaləddin Qafarovun doğru-düzgün ali təhsili də yoxdur. Məsələ belədir ki, o, nələrinsə qarşılığında Naxçıvan Universitetinin meyvə-tərəvəzçilik və üzümçülük ixtisasına sahib olub. Bu onun peşəkar aqronom ola biləcəyini istisna etmir. Lakin onun Milli Onkologiya Mərkəzində hansı ixtisas müqabilində direktor müavini olmasını şübhə altına salır. Çünki aqronomluqla tibb arasında yerlə göy qədər fərq var.
9 saylı Binəqədi İkinci Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi olan Qafarovun şübhəsiz ki, hədəfi təkcə deputat seçilmək deyil. Onun dərdi mövcud biznes imkanlarını və davamlı olaraq böyük tenderlərin uduşundan əldə etdiyi pulları qorumaqdır. Qanunla deputatın bizneslə məşğul olması qadağan edilsə də, bunun ona heç bir aidiyyatı yoxdur. Bunu keçirilən tenderlərdən də görmək olar. Məsələn, son iki həftə ərzində Kamaləddin Qafarovun olduğu şübhə doğrumayan “Azəri MED” şirkəti ən azı 5-6 satınalma müqaviləsi imzalayıb. Hər müqavilənin dəyəri isə 250 min manatdan aşağı olmayıb. Onlardan biri də Səhiyyə Nazirliyinin bu yaxınlarda yekunlaşdırdığı tenderdir. Belə ki, “səyyar klinikaların tibbi avadanlıqla təchiz edilməsin satın alınması” ilə bağlı elan edilmiş tenderin qalibi “Azəri med” MMC olub. Satınalma müqaviləsinin dəyəri isə 260 849 manatdır.
Qafarov iddia edə bilər ki, bu şirkətin ona aidiyyatı yoxdur. Çünki rəsmi sənədlərdə Famil Rəhimlinin qanuni nümayəndə olduğu görünür. Amma buna qədər Rəhimlinin harada işlədiyinə diqqət etsək və “Azəri Med”ə kimlərin rəhbərlik etdiyini göstərsək, deputatlığa namizəd fakt qarşısında qalmış olacaq. Çünki həmin şirkətə elə deputatlığa namizədin yaxın qohumu Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik ediblər.
İkinci fakt isə ondan ibarətdir ki, 2020-ci ilədək “Azəri Med” QSC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Mediada gedən məlumatlara görə, bu ünvanda Kamaləddin Qafarov da qeydiyyatdadır.
Tribunainfo.az bildirir ki, bu, Qafarovun nə ilk, nə də sonuncu biznesi deyil. Onun biznes şəbəkəsi Bakıdan başlayıb, Cənubi Kiprə qədər uzanır. Bakıdan başlayan biznesə Əhməd Rəcəbli küçəsindəki “AzeriMed Tibbi Market”, “ZƏFƏRAN” apteklər şəbəkəsi və “ZƏFƏRAN HOSPİTAL”la da yekunlaşmır. Buraya “AZƏRİ MED-MNK” MMC, VERSAL PALACE şadlıq evi, “VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ, “KANON” MMC apteklər şəbəkəsi, əmisi oğlunun idarə etdiyi “SHAFRAN” MMC, “AVESTAFARM” MMC, “MEGA PHARMACY” MMC, “NATURALİST” FƏRDİ FİRMASI daxildir.
Kəmaləddin Qafarovun xaricdəki biznesinə isə Gürcüstanda fəaliyyət göstərən “HELİOS PHARMA LTD”, Cənubi Kiprdə təsis edilərn “SALİDONT LTD daxildir.
Qeyd edək ki, bu hələ bilinənlərdir. Bilinməyənlərin sayı isə naməlumdur.
Tribunainfo.az xəbər verir ki, Qafarovun seçicilərlə görüşə getməməsi isə başına bəla olacaq. Daha doğrusu, bu dəfə ona sürprizlər hazırlanır. Bu addımı onun onkoloji zülmünə məruz qalan bir qrup xəstə və xəstə yaxınları atacaqlar. Onlar təşviqat və təbliğat dönəmində görüşlərdə Qafarovu ifşa etməyi planlaşdırırlar. Şübhəsiz ki, ortaya faktlar qoyulacaq. Bəs, deputatlığa namizəd həmin suallara və ifşalara nə cavab verəcək? Onun cavab verə biləcək nitqi və savadı varmı?(tribunainfo)
Qarşı tərəfi də dinləməyə hazırıq.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / cemiyyet
1 avq 2024 | 15:12

Kəmaləddin Qafarov üçün seçki “sürprizi” - İLGİNC İDDİALAR...


gundem / arasdirma / cemiyyet
5 avq 2024 | 13:10

Biznesmen yoxsa deputat? - Qafarov şirkətlərini qorumaq üçün parlamentə düşmək istəyir?


gundem / arasdirma / cemiyyet
30 okt 2023 | 11:18

Özünü nazir postuna BAZARLAYAN DEPUTAT... - İLGİNC FAKTLAR


gundem / arasdirma / cemiyyet
13 avq 2024 | 11:03

Keçən dəfə Azay Quliyevlə... İndi də Kəmaləddin Qafarovla... - SEÇKİ BAZARLIĞI?


gundem
14 avq 2024 | 09:44

Kəmaləddin Qafarov YAP-ın “qanayan yarası” kimi...


gundem / cemiyyet
27 iyl 2024 | 14:23

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 1
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
15:30 1
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
14:22 1
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
13:39 1
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə