DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir? Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər... Prezident gənclərin tərbiyəsindən danışdı DİN-ə yeni vəzifə həvalə olundu Prezident və birinci xanım Şamaxıda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Zəngilan və Qubadlıdan olan seçicilərdən MÜRACİƏT: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

14-08-2024, 12:56 122

Zəngilan və Qubadlıdan olan seçicilərdən MÜRACİƏT: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”


Bu günlərdə, Azərbaycanın müasir tarixində daha bir taleyüklü hadisə yaşanacaq. İlk dəfə ölkəmizin bütün ərazisində, Qarabağda suverenliyimizin bərpasından sonra Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Fim.az-a müraciət edən Zəngilan və Qubadlı rayonlarının ictimaiyyət nümayəndələri və bir qrup ziyalı bu seçkilərdə VI çağırış Milli Məclisin deputatı İmamverdi İsmayılovun namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Müraciət müəllifləri qeyd edir ki, İmamverdi İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə 1995-ci ildən bəri bu rayonların əhalisinin maraqlarını parlamentdə ən layiqli şəkildə təmsil edir.

“Bundan əlavə, biz, İmamverdi İsmayılovu əhalinin problemlərinin həllində ən yaxın insan sayırıq. Görün, neçə illər və günlər keçib gəlmişik bir yerdə. Bu illər ərzində vətəndaşlarla əlaqəsini heç zaman kəsməyən İmamverdi İsmayılov deputatlıq vəzifəsinə uyğun olaraq, əhalinin problemlərini dinləyib, onların həllinə yardımçı olmaqla kifayətlənməyib, eyni zamanda, bu rayonlardan olan əhalinin dərdlərinə də şərik olur, dünyasını dəyişmiş insanların yas mərasimlərində iştirak edir, yeni ailə quran gənclərin sevincli günlərinə qatılır. Bu münasibəti deputatımızın dar gündə insanlara təsəlli verməyinin, şad günündə yanlarında olmasının göstərcisi də saymaq olar”, – deyə müraciətdə bildirilir.

Müraciət edənlər, eyni zamanda, sözünün və qələminin işığına sığınmış dəyərli ziyalımız İmamverdi İsmayılov barəsində yazılan mənfi çalarlı yazıları deputatlığa namizədə qarşı “qara piar” kampaniyasının tərkib hissəsi sayır və çox təəssüf hissləri keçirir və əminliklə qeyd edirlər ki, bu cür məkirli və çirkin niyyətli yazılar nurlu bir insan və sevimli deputatımız İmamverdi İsmayılovun nə siyasi fəaliyyətinə, nə də şəxsiyyətinə kölgə sala bilməz:

“İmamverdi İsmayılovun uzun zaman çərçivəsində Zəngilan və Qubadlı seçicilərini təmsil etməsi bu illər ərzində keçirilən seçkilərdə insanların öz deputatına yüksək etimadı sayıla bilər.

Bu ilki seçkilər işğaldan azad olunmuş dədə-baba yurdlarımıza Böyük Qayıdışla müşayiət olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın hərb və siyasi tarixinə qızıl hərflərlə yazdığı Qarabağ Zəfərindən sonra insanlarımız öz doğma torpaqlarına qayıdışı səbrsizliklə gözləyir, növbəti seçkilərin öz doğma yurdlarında keçiriləcəyinin iştirakçıları olacaqlarının həyəcanını yaşayırlar. Bu qayıdış həm də bizim yeni firavan həyatımızın başlanğıcı sayılacaq…”

Müraciət müəllifləri onu da vurğulayıb ki, İmamverdi İsmayılova qarşı aparılan bu kampaniyanın kimlərdən qaynaqlandığı haqqında dəqiq məlumatları var.

“İmamverdi İsmayılov bu ölkədə tanınmış qələm sahibi, ictimaiyyət arasında dərin nüfuz qazanmış ziyalımızdır. Tanınmış yazıçı İmamverdi İsmayılovun qələmindən çıxan çoxlu kitabları, oçerkləri, publisistik yazıları, bədii əsərləri bu ölkədə özünəməxsus sanbalı olan, cəmiyyətdə müsbət mənada geniş əks-səda doğurmuş mükəmməl yaradıcılıq nümunələridir. Cəmiyyətdə öz nüfuzu ilə tanınmış belə nüfuzlu ziyalıya qarşı müxtəlif illərdə əvvəlki seçkilərin gedişatında, seçki proseslərində ayrı-ayrı ictimai çəkisi olmayan materialların, heç bir əsası olmayan yazıların ordan-burdan toplanaraq, məhz seçki kampaniyası zamanı qəsdən, məqsədli yayılmasının haradan qaynaqlandığını gözəl bilirik.

Lakin hələ ki bu mənbəni və onun planlaşdırıb, uğursuzluğa düçar olan qarayaxma kampaniyasının kimlərdən qaynaqlandığı barədə məlumatları açıqlamaq istəmirik. Yeri gələndə bu barədə ictimaiyyətə geniş məlumatları da açıqlayacağıq”, – deyə müraciətdə vurğulanır.

Müraciətin sonunda bunlar qeyd olunur:

“Bu gün cəmiyyətdə ziyalılıq anlayışı hər zaman daha vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının sədrinin apardığı məqsədyönlü və düzgün siyasətə, öz xalqının mədəniyyətinə, bu ölkənin tarixi və milli ənənələrinə bağlı olan aydınımızdır.

Ziyalının daimi missiyalarından biri və bəlkə də birincisi, onun yaşadığı ictimai şəraitə biganə qalmamaqdır. İmamverdi İsmayılovun parlamentdəki fəaliyyətinə və deputatlıq təcrübəsini təhlil edərkən görürük ki, o, bu ölkənin taleyüklü məsələlərinin həllində daim aktiv olan ziyalılarımızdandır. Bu və yuxarıda sadalağımız keyfiyyətləri İmamverdi İsmayılovun yenidən deputat seçilməsi üçün Zəngilan və Qubadlı rayonundan olan seçicilərdə stimul yaradır və bu seçimin də ən doğru seçim olması inamını möhkəmləndirir”…

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / sehiyye
29 dek 2023 | 12:34

Təbib sədri postu uğrunda gizli savaş: Azər İsmayılovu paytaxtdan kimlər uzaqlaşdırıb?


gundem / bolge
29 iyl 2024 | 12:47

Şahin İsmayılov Beyləqandan qovuldu-Köməkçisi isə... — VİDEO


gundem / arasdirma / sehiyye
8 yan 2024 | 13:12

TƏBİB sədri uğrunda ağxalatlıların gizli mübarizəsi: Azər İsmayılov Vüqar Qurbanovu yenə biləcəkmi?


gundem / cemiyyet
1 avq 2024 | 14:58

Şahin İsmayılovla bağlı İLGİNC İDDİALAR... - Ramiz Mehdiyevə necə xəyanət etdi?..


cemiyyet
3 iyl 2024 | 09:38

Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... - Həm də Ağamalının dairəsindən...


gundem / cemiyyet
18 iyl 2024 | 22:38

Ağalar Vəliyev indi də Xaçmaz üçün susacaq – Biznesmen-deputatın dairəsi üçüncü dəfə dəyişdirildi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 1
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
15:30 1
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
15:24 1
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
14:47 1
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:22 1
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
13:55 1
Prezident gənclərin tərbiyəsindən danışdı
13:51 1
DİN-ə yeni vəzifə həvalə olundu
13:48 1
Prezident və birinci xanım Şamaxıda

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə