İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Coşqun Cəbrayılov Nizami rayonunda baş verənlərdən nə qədər xəbərdardır?..

13-11-2023, 11:39 565

Coşqun Cəbrayılov Nizami rayonunda baş verənlərdən nə qədər xəbərdardır?..


Nizami rayonunda planlı və davamlı olaraq aparılan ağac soyqırımı İcra Hakimiyyətini niyə narahat eləmir?..

Etimadı doğrultmayanlar silsiləsindən...
Soz zamanlar Bakıda ağac soyqiırırmının əsas ocaqlarından biri Nizami rayonu olub. Nizami rayonu əvvələr də ağacların kəsilməsi ilə məbuatın gündəminə gəlirdi. Amma son aylar bu rayonda ağac soyqırımı çox geniş vüsət alıb. Demək olar ki, artıq hər həftə Nizami rayonunda hansıssa küçədə ağacların kəsilməsi ilə bağlı şikayətlər mətbuatda işıqlanır. Elə yola saldığıməz son həftədə iki ünvanda ağaların qırılması ilə bağlı xəbərlər mətbuatın gündəmi oldu. Bunlardan biri Elşən Süleymanov küçəsi 72 A ünvanında, digəri isə Çəkir Çobanzadə küçəsində baş verib. Ondan əvvəlki həftələrdə də Nizami rayonunun müxtəlif ünvanlarında ağacların kəsilməsi ilə bağlı xəbərlər mətbuatın gündəmində xüsusi yer alıb.

Belə görünür ki, Nizami rayonunda hər həftə bir, ya da iki ünvanda ağacların məhv edilməsi isə məsul şəxsləri, o cümlədən Nizaminin icra hakimiyyətini qətiyyən narahat etmir. Belə olmasaydı rayonda planlı və davamlı olaraq aparılan ağac soyqırımı ilə bağlı İcra hakimiyyəti heç olmasa bir dəfə mövqe bildirərdi. Amma yox, İcra Hakimiyyəti ağzına su alaraq oturub və görünən odur ki, onların qətiyyən nə danışmaq, nə də ağac soyqırımının qarşısını alamq üçün barmaqlarını belə tərpətməyəcəklər.

Azərbaycanda və Bakıda yaşıllıqların qorunmasında bir başa məsuliyyətli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hər dəfə kəsilən ağaclarla bağlı araşdırma apardığını söyləyir. Bu araşdırmaların sonu bəzən kimlərinsə bir neçə min manat cərimələnməsi ilə nəticələnir. Amma bu da ağacların kəsildiyi ərazilərdə sonradan tikinti işlərinin aparılmasına mane olunmur. Yəni ETSN məhv edilmiş yaşıllıqların yerində yeni ağacların əkilməsini təmin etməli olduğu halda nədənsə bunu etmir.

Bu da onu göstərir ki, əslində Bakıda yaşıllıqları məhv edən mütəşşəkil dəstələr dövlət qurumları ilə əlaqəli şəkildə çalışırlar. Yaşıllıqları məhv edən bu mütəşşəkil dəstələrin devizləri isə belədir: “Olduyla öldüyə çarə yoxdur”. Əslində bu olanlara çarə var və yuxarıda da qeyd etdiyimiz kimi, yaşıllığı məhv edilən ərazilərdə yenidən ağac əkmək heç də problem deyil və bu dünyanın ən asan işidir. Amma gördüyümüz kimi, bu asan iş olmur. Kimlərsə “olduya çarəni öldü” formuluna gətirir. Çünki oldu da, öldü də dövlət qurumları ilə yaşıllıqları məhv edənlər arasında əvvəlcədən razılaşdırılır.

Nizami rayonunda 28 kvadrat metrlik obyektin qapısının dəyişdirilməsini (burdan oxuyun: Nizami rayon İcra Hakimiyyətindən absurd tələb: Vətəndaş obyektin qapısını “icazə” ilə dəyişməlidir? – Fotolar) görən və buna görə obyekt sahibinin başına min oyun açan Nizami rayon İcra Hakimiyyətində isə yaşıllıqların, meşə zolaqlarının qəsdən məhv edilməsini görə bilmirlər. Görəsən niyə?

Bəlkə ona görə ki, il yarım əvvəl Azərbaycan prezidenti tərəfindən yüksək etimada layiq görülən Coşqun Cəbrayılov ona göstərilən etimadı doğrulda bilmir? Çünki Nizami rayonunda baş verən özbaşınalıqların ancaq iki izahı var. Ya cənab Cəbrayılov bu özbaşınalıqları özü birbaşa idarə edir, ya da rayonu idarə etmək kimi bir idarəçilik keyfiyyətinə sahib deyil.

Bizim bildiyimizə görə hazırda bu iki halın hər ikisi qismən Nizami rayonunda özünü doğruldur. Bir tərəfdən Coşqun Cəbrayılov rayonda baş verənlərdən tamamilə xəbərdardır. Digər tərəfdən isə Nizami rayonu hələ də Arif Qasımovun və Sədaqət Vəliyevanın adamlarının idarəetməsi altındadır. Yəni ötən il yarım ərzində Coşqun Cəbrayılov Nizami rayonuna hələ də tam nüfuz edə bilməyib. Bu barədə isə növbəti yazımızda...

Poliqon.info

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / arasdirma / bolge
21 okt 2023 | 15:20

Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
14:22 0
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
13:39 0
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi
10:59 1
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə