İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Dövlət qulluğuna hazırlıq

9-11-2023, 17:42 482

Dövlət qulluğuna hazırlıq


Dövlət Qulluqçusu olmaq üçün əsas olan ali təhsilin olması mütləqdir. Dövlət Qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Dövlət Qulluğuna hazırlıq necə olur?

İmtahanlar hər bir kateqoriya üzrə mütəmadi şəkildə hər ay keçirilir. İmtahanlar test və müsahibə mərhələsindən ibarətdir.

Test mərhələsi nədir və necə keçirilir?

Test mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Test imtahanı:

Məntiq - 30 sual.
Qanunvericilik - 40 sual
İnformatika - 15 sual
Azərbaycan dili - 15 sual

Ümumilikdə 100 sual olur. Bir sual bir bal ilə qiymətləndirilir. Səhv düzü aparmır. Bütün qruplarda və kateqoriyalarda bu fənlər üzrə test imtahanı təşkil edilir.

Müsabiqə mərhələsi

Dövlət orqanında vakant inzibati vəzifə yarandığı gündən 1 ay müddətində həmin vakant inzibati vəzifə tutulması üçün müsahibəyə çıxarılır. Vakant inzibati vəzifənin tutulması üçün müsahibə elanları, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları Mərkəzin internet portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin portalında və dövlət orqanınm internet saytında yerləşdirilir.

Sertifikatın əldə olunması

Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim olunur. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində Mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda)
Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Dövlət Qulluğuna qəbul neçə kateqoriyadan ibarətdir?

Dövlət Qulluğuna qəbul 2 kateqoriyadan ibarətdir.

A kateqoriyası (inzibati rəhbər vəzifələr)

A kateqoriyası qurumlarda olan rəhbər vəzifələr və sector müdiri vəzifələridir. Bu qrupa sənəd verib hazırlaşmaq istəyənlər ən azı 3 il iş təcrübəsinə sahib olmalıdır. A kateqoriyasına hazırlaşmaq üçün vətəndaş (kişi) hərbi vəzifədə olmalıdır. Məhkumluq həyatı yaşamamalıdır.

B kateqoriyası inzibati vəzifələr üzrə keçirilir. B kateqoriyası özü 2 qrupa bölünür; BA və BB alt qrupları.

BA kateqoriyasının keçid balı 85 baldır. Ən yüksək bal 120 baldır. BA kateqoriyasında 100 testdən 80 testi qapalı tipli, 20 test isə açıq tipli suallardan ibarətdir.

BB kateqoriyasının keçid balı 65 baldır. Ən yüksək bal 100 baldır. 100 testdən hamısı qapalı tiplidir.

"EDU Company" Təhsil Şirkətində Dövlət Qulluğu dərsləri necə keçirilir?

"EDU Company" Təhsil Şirkətində dərslər hər bir fənn həftədə 2 dəfə 90 dəqiqə olmaqla, həm əyani, həm də onlayn formada tədris olunur.
Qeyd etmək lazımdır ki, şirkətdə qəbulun hər iki mərhələsi üçün hazırlıq qruplarına qeydiyyat il boyu davam edir. Hazırlıq prosesində dövlət qulluğu məsələləri üzrə komissiya tərəfindən təsdiq olunmuş 4 fənn peşəkar mütəxəssislər tərəfindən tədris olunur. Dərs keyfiyyətindən əmin olmaq üçün ilk dərslər ödənişsiz sınaq dərsləridir. Bu yolda ən uğurlu və ən təcrübəli bələdçiniz "EDU Company" Təhsil Şirkədir.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə