Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Rusiya 10 yeni BAZA TİKİR: Ukrayananı oradan VURACAQ

18-08-2026, 19:00 1

Rusiya 10 yeni BAZA TİKİR: Ukrayananı oradan VURACAQ


Rusiya Ukrayna və Belarus sərhədləri boyunca uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları (PUA) üçün buraxılış meydançalarını genişləndirir və yeni bazalar tikir.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin fikrincə, bunun məqsədi Ukraynaya, mümkün olduğu halda isə NATO ərazisinə endirilən zərbələri gücləndirməkdir.

“The Telegraph” nəşrinin məlumatına görə, Rusiya 10 müxtəlif ərazidə PUA-lar üçün 59 yeni buraxılış qurğusu inşa edib. Hər bir baza 1000-dən çox PUA saxlaya bilər.

Bununla yanaşı, yeni buraxılış qurğularından təxminən 20-si əhəmiyyətli uzunluğa malikdir. Rusiya ordusunun onlardan reaktiv zərbə PUA-ları olan “Geran-4” və “Geran-5” aparatlarının buraxılması üçün istifadə edə biləcəyi bildirilir. Bu PUA-ların müvafiq olaraq 450-850 kilometr və 950-1000 kilometr məsafə qət edə bildiyi qeyd olunur.

Analitiklərin fikrincə, Rusiya bu əlavə buraxılış meydançalarını ölkənin qərb hissəsində bir neçə səbəbdən inşa edir.

Birincisi, məqsəd Ukraynaya qarşı müntəzəm zərbə əməliyyatları çərçivəsində daha böyük uzaqmənzilli PUA dalğalarının buraxılması imkanlarını artırmaqdır.

İkincisi, Rusiya “Geran-4” və “Geran-5” reaktiv PUA-larından Ukraynanın qərb bölgələrinin daha dərinliklərinə zərbələr endirmək üçün istifadə etməyə çalışır. Bu aparatların yüksək sürəti və daha dayanıqlı olması onların Ukraynanın hava hücumundan müdafiə sistemlərini aşmasına imkan verə bilər.

Bundan başqa, Rusiya PUA-lar üçün buraxılış meydançalarını qərbə doğru köçürməklə öz infrastrukturunu Ukraynanın mümkün hücumlarından qorumağa çalışa bilər.

Analitiklər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələri işğal olunmuş Donetsk yaxınlığında Rusiyanın zərbə PUA-ları üçün buraxılış məntəqələrinə uğurlu zərbələr endirib. Bu səbəbdən Rusiyanın daha uzaqda alternativ buraxılış məntəqələri yaratması həmin obyektlərin hücumlardan qorunmasını və dayanıqlığını artıra bilər.

Rusiya həmçinin yeni buraxılış meydançalarından istifadə etməklə özünün “Rassvet” peyk qruplaşmasından yararlanmağa hazırlaşa bilər.

Analitiklərin fikrincə, Rusiyanın yeni PUA bazaları NATO ərazisinə mümkün zərbələri də gücləndirə bilər. Bu bazalar daha böyük həcmdə PUA-ların eyni vaxtda buraxılmasına imkan verəcək, buraxılış qurğuları isə aparatların NATO ərazisinə qədər uçuş məsafəsini təmin edə bilər.

Yeni Rusiya PUA bazaları hansı təhlükə yaradır?

Ekspert Boqdan Dolintse bildirib ki, bazaların tikintisi başa çatdıqdan sonra Rusiyaya yalnız infrastrukturun hazırlanması deyil, həmçinin ekipajların və uçuş heyətinin hazırlanması, onların təlim keçməsi üçün ən azı 3-6 ay lazım olacaq.

Onun sözlərinə görə, yalnız bundan sonra Ukrayna PUA buraxılışlarının sayında artımı hiss edə bilər.

Ekspert qeyd edib ki, 1000 PUA ilə kütləvi hücumun hazırlanması üçün Rusiyaya 5-7 gün tələb olunur. Bütün 10 bazanın tikintisi başa çatdıqdan sonra isə belə kütləvi hücumların daha tez-tez həyata keçirilməsi mümkün olacaq.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
28 apr 2025 | 18:30

Kəşfiyyat: Rusiya üç keçmiş sovet ölkəsinə hücum edəcək


dunya
6 dek 2025 | 14:10

Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir


iqtisadiyyat
9 dek 2024 | 19:00

“Lada”ların qiyməti od tutub yanır – Bazarda Rusiya maşınları kəskin bahalaşdı


dunya
31 iyl 2026 | 14:08

Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu


dunya
5 iyn 2025 | 18:30

ABŞ kəşfiyyatı Rusiyanın itkilərini AÇIQLADI - Nüvə triadasına BÖYÜK ZƏRBƏ


dunya
26 iyl 2024 | 12:10

Rusiya Rumıniya ərazisinə zərbə endirib? - Açıqlama


dunya
26 sen 2024 | 12:53

Putin: Rusiya bu halda nüvə silahından istifadə edə bilər


dunya
8 fev 2024 | 16:47

Rusiyanın hərbi texnikası tükənir - Analitiklərin hesablaması


dunya
17 apr 2026 | 16:00

Rusiya İran taktikasına keçir? – NATO-ya ilginc HƏDƏ


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə