Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Son Dəqiqə: 54 il sonra ilk - Dünya nüvə savaşının astanasındadır...

18-08-2026, 08:30 2

Son Dəqiqə: 54 il sonra ilk - Dünya nüvə savaşının astanasındadır...


Dünya yeni nüvə qarşıdurması mərhələsinə yaxınlaşır, çünki onilliklər ərzində formalaşmış nüvə silahlarına beynəlxalq nəzarət sistemi tədricən öz effektivliyini itirir.
Bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Məlumata görə, dünya faktiki olaraq "somnambulizm vəziyyətində" yeni nüvə silahlanması yarışına daxil olur:

"Silahların məhdudlaşdırılması haqqında müqavilələr bir-birinin ardınca qüvvədən düşür, əvvəllər öz nüvə silahlarını yaratmaq imkanını qəti şəkildə rədd edən dövlətlər isə mövqelərini yenidən nəzərdən keçirməyə başlayır. Əsas hadisələrdən biri ABŞ və Rusiya arasında Strateji Hücum Silahlarının ixtisarına dair Yeni Müqavilənin qüvvədə olma müddətinin başa çatması oldu. 2010-cu ildə Obama administrasiyası tərəfindən imzalanan və 2021-ci ildə Bayden tərəfindən müddəti uzadılan bu saziş məhz iki ölkənin strateji nüvə arsenalının məhdudlaşdırılması məqsədilə bağlanmışdı. İndi dünya nüvə arsenalının təxminən 86%-nə sahib olan Vaşinqton və Moskva 1972-ci ildən bəri ilk dəfə müvafiq müqavilə olmadan qalıb. Eyni zamanda, silahlara nəzarətin ikitərəfli modeli müasir vəziyyətə getdikcə daha az uyğun gəlir. Artıq 600-dən çox nüvə başlığına malik olan Çin öz arsenalını sürətlə artırır və ABŞ və Rusiya ilə danışıqlarda iştirak etməkdən imtina edir.

Şimali Koreyanın təxminən 50 hazır nüvə başlığı və daha bir neçə onlarla nüvə başlığı hazırlamaq üçün kifayət qədər materialı var. Lakin Pxenyanla danışıqlar 2019-cu ildən bəri aparılmır.

Bu fonda Cənubi Koreya və Yaponiyada baş verən dəyişikliklər xüsusilə diqqət çəkir.

Cənubi Koreyada vətəndaşların demək olar ki, 70%-i artıq öz nüvə silahlarının yaradılmasını dəstəkləyir. Yaponiya formal olaraq üç nüvəsiz prinsipə riayət etməyə davam edir: nüvə silahına malik olmamaq, onu istehsal etməmək və öz ərazisində yerləşdirilməsinə icazə verməmək. Lakin ölkənin baş nazir bu siyasətlə bağlı mövqeyini daha ehtiyatlı ifadə etməyə başlayıb, müdafiə naziri isə iyul ayında nüvə məsələsinin daha açıq şəkildə müzakirə olunmasına çağırıb".(Axar.az)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
8 may 2024 | 12:30

Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb


dunya
2 iyn 2026 | 19:00

Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR


dunya
26 sen 2024 | 12:53

Putin: Rusiya bu halda nüvə silahından istifadə edə bilər


siyaset
7 avq 2024 | 12:00

Nüvə müharibəsi riski barədə XƏBƏRDARLIQ: "Soyuq müharibənin ən pis günlərindən bəri..."


dunya
25 avq 2025 | 19:00

İran və Avropa üçlüyü Cenevrədə görüşür – nüvə razılaşmasında yeni mərhələ başlayır


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə