İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası

4-12-2025, 17:22 83

Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası


Avropa İttifaqı illərdir özünü dünyaya “demokratiya ixrac edən”, “qanunun aliliyinin qarantı” və “şəffaf idarəçilik modeli” kimi təqdim edir. Rəsmi Brüssel müxtəlif ölkələri korrupsiyada ittiham edir, sanksiyalar tətbiq edir, siyasi təzyiqlər göstərir, daxili proseslərə qarışmağı legitim sayır. Lakin reallıq tamam başqadır: Avropa İttifaqı daxildən çürüyən, korrupsiyanın sistemə çevrildiyi, siyasi riyakarlığın isə normaya döndüyü bir qurumdur.

Son illərdə Avropa institutlarında baş verən qalmaqallar artıq epizodik deyil, struktur böhranının açıq göstəricisidir. Xarici dövlətlərdən rüşvət alınması, qərarların lobbi sifarişi ilə qəbul edilməsi, siyasi mandatların kommersiyalaşdırılması Avropa siyasətinin real üzünü üzə çıxarır. Bu gün Aİ-nin ali strukturları hüquqla yox, pulla və təsirlə idarə olunur.

Bu korrupsiya mexanizminin mərkəzində duran əsas fiqurlardan biri Aİ-nin sabiq xarici siyasət rəhbəri Federika Mogerinidir.

Bu günlərdə Mogerini Belçika hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq və korrupsiya işi çərçivəsində saxlanılıb.

Onun rəhbərliyi dövründə qəbul edilən bir sıra strateji qərarlar Avropa xalqlarının maraqlarına yox, qapalı siyasi və maliyyə mərkəzlərinin tapşırıqlarına uyğun formalaşdırılıb. Mogerini müxtəlif kommersiya strukturları, qeyri-rəsmi fondlar və qlobal şəbəkələr üzərindən Avropa diplomatiyasına istiqamət verən əsas simalardan birinə çevrilib. Vəzifəni tərk etdikdən sonra da siyasi təsir mexanizmlərini qoruyub saxlaması Avropa elitasının necə toxunulmaz kastaya çevrildiyini aydın şəkildə göstərir.

Mogerini ilə siyasi yaxınlığı ilə tanınan şəxs isə onun varisi olmuş Aİ-nin sabiq xarici siyasət rəhbəri Josep Borrelldir. Avropa diplomatiyasında baş verən böyük geosiyasi manipulyasiyalar, sanksiya siyasətinin selektiv tətbiqi, siyasi qərarların arxasında müxtəlif iqtisadi mərkəzlərin dayanması Borrelin fəaliyyəti dövründə xüsusilə intensivləşib. Avropa İttifaqının xarici siyasəti tədricən milli maraqlardan qoparılaraq qlobal maliyyə strukturlarının alətinə çevrilib. Mogerini ilə birlikdə formalaşdırılan bu siyasi xətt Avropanın müstəqil siyasi mərkəz olmadığını, kənardan idarə olunan mexanizmə çevrildiyini nümayiş etdirir. Bu səbəbdən də Mogerini ətrafında ortaya çıxan bütün korrupsiya faktlarında Borrelin də məsuliyyət daşıması artıq Avropa ictimaiyyətində açıq müzakirə mövzusudur.

Avropa İttifaqının iç üzünü dünyaya açan daha bir rüsvayçı hadisə Avropa Parlamentində baş verən və tarixə “Qətər qalmaqalı” kimi düşən pul skandalıdır. Bu korrupsiya şəbəkəsinin əsas siması sabiq vitse-prezident Eva Kaili olub. Çamadanlarla nağd pul, ofislərdə gizlədilmiş milyonlar və xarici lobbilərlə qurulmuş əlaqələr Avropa Parlamentinin hansı səviyyədə çürüdüyünü bütün dünyaya nümayiş etdirdi. Bu hadisə ilə “etik Avropa dəyərləri” mifinin əslində yalnız vitrin olduğu ifşa olundu.

Korrupsiyanın siyasi rəhbərlik səviyyəsində sistemləşdiyini göstərən digər fiqur isə Avropa Parlamentinin hazırkı sədri Roberta Metsoladır. Onun rəhbərliyi dövründə qalmaqalların səngiməməsi, lobbi təşkilatlarının parlamentə açıq şəkildə nəzarət etməsi, siyasi qərarların qapalı mühitdə formalaşdırılması Avropa Parlamentinin artıq xalqın yox, maliyyə qruplarının tribunasına çevrildiyini sübut edir. Aİ parlamenti ictimai nəzarət mexanizmi olmaqdan çıxaraq siyasi alverin mərkəzinə dönüb.

Bu gün Avropa İttifaqında ikili standartlar normaya çevrilib. Aİ xarici ölkələrə “şəffaflıq” dərsi keçdiyi halda, öz daxilində ən yüksək səviyyəli korrupsiya faktları cəzasız qalır. Bir tərəfdən başqa dövlətlərə siyasi və hüquqi dərs verilir, digər tərəfdən Avropanın öz rəhbərləri toxunulmazlıq rejimində yaşayır.

Nəticə dəyişmir: Avropa İttifaqı korrupsiya girdabında boğulan, daxildən çürümüş bir struktura çevrilib. Bu qurum artıq nə hüquq modelidir, nə də siyasi nümunə. Aİ alternativ idarəçilik mərkəzi deyil — rüşvətin, lobbinin və siyasi ikiüzlülüyün simvoludur. “Şəffaflıq”, “demokratiya” və “etik davranış” Avropa terminologiyasında real məna daşımır, yalnız ictimaiyyət üçün hazırlanmış şüarlardır.

Avropanın əsas problemi başqa ölkələr deyil. Onun tənəzzülünün səbəbi öz içində yaratdığı və idarə edə bilmədiyi korrupsiya sistemidir.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
30 apr 2024 | 14:41

Avropa İttifaqı TikTok-u bloklayır


siyaset
6 dek 2023 | 17:05

AP-də bəziləri özünü manyak kimi aparır - Prezident


siyaset
18 iyl 2024 | 17:52

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir


dunya
28 noy 2025 | 12:11

ABŞ-Rusiya “gizli anlaşma”sı Qərbi sarsıtdı: Avropa Birliyi Ukraynanı yeni “geostrateji layihə”yə çevirir


gundem / siyaset
2 okt 2025 | 16:55

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib - Yenilənib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə