İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı "sonun başlanğıcı"na yaxınlaşdırır

29-05-2025, 09:12 124

Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı "sonun başlanğıcı"na yaxınlaşdırır


Kremldə indiki təhdidkar və aqressiv mövqenin Rusiyaya qarşı bumeranq effekti verməyə başlamasından ciddi şəkildə narahatdırlar... Rusiya daha dağıdıcı hərbi zərbələr qarşısında aciz duruma düşdükcə, Kremlin sülh sazişi üçün xahiş ritorikasına belə, keçəcəyi artıq şübhə doğurmur...

"Yeni Müsavat xəbər verir ki, Ukrayna savaşının dayandırılması prosesi ABŞ prezidenti Donald Tramp və Kreml sahibi Vladimir Putinin münasibətlərində yaxınlaşmaya yol açmışdı. Bu iki lider bütün dünyaya bir-biri ilə anlaşa biləcəklərinin mesajlarını verirdilər. Ona görə də, həm Kremldə, həm də Rusiya cəmiyyətində prezident Donald Trampa açıq-aşkar rəğbət mövcud idi. Və bu rəğbət ABŞ rəsmi dairələrinin Rusiya ilə bağlı mövqeyinə də pozitiv təsir etməmiş deyildi.

Onu da qeyd etmək lazımdır ki, prezident Vladimir Putinin hətta Ağ Ev sahibi Donald Trampın tənqid olunmasını qadağan etdiyi barədə də məlumatlar mövcuddur. Bu, Kreml sahibinin prezident Donald Trampı Rusiya üçün böyük şans olaraq, qəbul etdiyini göstərirdi. Halbuki, Rusiya siyasi dairələri keçmiş Bayden adminstrasiyasına qarşı yalnız tənqid deyil, hətta təhqir məzmunlu açıqlamalardan özlərini saxlaya bilmirdilər. Və Rusiya həmin dönəmdə ABŞ-ı daim üçüncü dünya savaşı ilə təhdid edirdi.

Ancaq Kreml Rusiyanın "Tramp şansı"ndan praqmatik yanaşma əvəzinə sui-istifadə etdi. Belə ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılması prosesində Rusiyanın maraqlarına uyğun güzəştlər etdikcə, Kremldə bunu önəmli fürsət olaraq, dəyərləndirdilər. Ağ Evin güzəştinə Kreml Tramp adminstrasiyasının belə, qəbul etməyəcəyi yeni ağır tələblər irəli sürdülər. Və nəticədə Ukrayna üzrə sülh prosesi pozuldu, ABŞ vasitəçilik missiyasından ümumiyyətlə, geri çəkildi.

Təbii ki, bu, həm də Tramp adminstrasiyasının hakimiyyətə gəlişindən sonra Ukrayna savaşının dayandırılması üzrə Rusiyaya vəd olunan önəmli güzəştlərin də ləğv edilməsi anlamı daşıyırdı. Əslində, bu neqativ situasiya ilk növbədə Rusiyanı narahat etməliydi. Kreml Türkiyənin vasitəçiliyi ilə keçirilən İstanbul sammitində konstruktiv mövqe mesajları ilə situasiyanı xilas etməkdə maraqlı olmalıydı. Və Kremlin bunun əksinə olaraq, təhdidkar mövqe ilə İstanbul görüşünü də pozması Qərb siyasi dairələrində şok effekti yaratdı.

Maraqlıdır ki, prezident Donald Tramp bütün bunlara baxmayaraq, Kreml sahibi Vladimir Putinə daha bir şans tanımaq qərarı verdi. Ağ Ev sahibi Rusiya prezidenti ilə telefonla mövcud situasiyanı növbəti dəfə müzakirə etdi. Ancaq prezident Donald Trampın Kreml sahibindən konstruktiv mövqe gözləntisi bu dəfə də boşa çıxdı. İki lider heç mövzuda anlaşa bilmədilər. Və nəticədə son vaxtlara qədər pozitiv münasibətləri mövcud olan iki lider artıq düşmənə çevrilmək üzrədirlər.

Məsələ ondadır ki, Tramp adminstrasiyası hazırda NATO üzvü olan Avropa Birliyi ölkələri ilə eyni mövqeyə daha yaxındır. Halbuki, Ağ Ev sahibi vaxtilə Rusiya lideri ilə anlaşma biləcəyinə əmin olduğundan, Ukraynanın dəstəklənməsində israrlı mövqe tutan Avropa Birliyi ilə ABŞ-ın münasibətlərini korlamışdı. Son baş verənlərdən sonra isə ABŞ Ukraynaya Avropa Birliyi ilə ortaq şəkildə hərbi dəstəyi gücləndirmək qərarı verib. Və Rusiya üçün "Tramp şansı" artıq mövcud deyil.

İndi prezident Donald Tramp Kreml sahibi Vladimir Putinə qarşı olduqca qəzəblidir. Ağ Ev sahibi hətta Rusiya prezidentini sərt şəkildə ittiham etməyə də başlayıb. Son açıqlamasında Ağ Ev sahibi bildirib ki, prezident Vladimir Putin "odla oynayır" və bu, Rusiya üçün əsl fəlakətlə nəticələnə bilər: "Prezident Vladimir Putin anlamır ki, əgər, mən olmasaydım, Rusiya ilə bağlı çox pis şeylər artıq baş vermiş olacaqdı. Ancaq o, hələ də "odla oynamaqda" davam edir".

Prezident Donald Trampın bu açıqlamasından dərhal sonra Rusiyaya qarşı geriyə sayım artıq başlayıb. Belə ki, ABŞ artıq Ukraynaya hərbi dəstək prosesində NATO üzvü olan Avropa Birliyi ölkələri ilə eyni düşərgə də yer alır, ortaq qərarlar verir. Almaniya kansleri Fridrix Mers bildirib ki, ABŞ, Almaniya, Britaniya və Fransa Ukraynaya uzaqmənzilli silahların tədarükünə qoyulmuş məhdudiyyətləri ləğv edib, rəsmi Kiyev Rusiyanın dərinliklərinə hərbi zərbələrin endirilməsi ilə bağlı sərbəst qərar verə bilər.

Təbii ki, Almaniya kanslerinin Ukraynaya uzaqmənzilli silahların tədarükünə qoyulmuş məhdudiyyətlərin ləğvi və Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verilməsi ilə bağlı bəyanatı gərginliyə səbəb ola biləcək ciddi addımdır. Bu, nəticələrinin proqnozlaşdırılması çox çətin olan hadisələrə də gətirib, çıxara bilər. Xüsusilə də, Rusiyanın Ukraynanın Qərb silahları daşınan önəmli infrastruktur obyektlərinə və logistika mərkəzlərinə cavab zərbələri istisna edilmir.

Rusiyanın cavab reaksiyası isə digər Qərb ölkələrini də münaqişəyə cəlb edə bilər. Hər halda, Kremlin aqressiv davranışları Avropa dövlətlərinin maraqlarını və təhlükəsizliyini təhdid edərsə, Ukrayna savaşının daha geniş areala yayılaraq, şiddətli xarakter ala biləcəyi qətiyyən istisna deyil. Yəni, Kreml öz neo-imperialist mövqeyi il Ukrayna savaşının daha genişmiqyaslı xarakter alma təhlükəsini artırıb. Üstəlik, indi bu hərbi münaqişənin uzanma təhlükəsi var. Və bu baxımdan, Ukrayna savaşı tezliklə sona çatmaq əvəzinə, uzunmüddətli, daha tükəndirici mərhələyə yaxınlaşır.

Məsələ ondadır ki, ABŞ və Qərb Ukrayna savaşı ilə bağlı strategiyasını yenidən dəyişməyə qərar verib. Bundan sonra Rusiyaya qarşı həm hərbi, həm də maliyyə-iqtisadi təzyiqlər daha da artırılacaq. Qərb Kremli Ukraynanın maraqları üçün daha əlverişli şərtlərlə sülh danışıqlarına məcbur etməyə çalışır. Və böyük ehtimalla yaxın perspektivdə Rusiya Ağ Ev sahibinin eyham vurduğu "çox pis şeylər"lə birbaşa üzləşməli olacaq.

Maraqlıdır ki, artıq rəsmi Kiyev özünü əvvəlkindən daha daha rahat hissə etməyə başlayıb. Bir müddət öncəyə qədər Tramp adminstrasiyasının ağır ittihamlarına tuş gələn Zelenski hakimiyyəti artıq Rusiyanı dağıdıcı zərbələrlə təhdid etməkdən çəkinmir. Hətta prezident Volodimir Zelenski bildirib ki, Ukraynanın yaxın vaxtlarda atacağı addımlarla bağlı xüsusi planlar hazırlanır: "Ancaq biz planlarımızı açıqlamağa deyil, Rusiyanın hərbi təhdidlərinə cavab verməyə borcluyuq".

Prezident Volodimir Zelenski onu da vurğulayıb ki, Rusiya Ukraynaya qarşı törətdiyi hərbi cinayətlərin nəticələrini mütləq öz üzərində hiss etməlidir. Onun fikrincə, Ukraynanın buna nail olmaq üçün zərbə dronları, müdafiə sistemləri, qanadlı raketləri, ballistik hücum silahları mövcuddur. Yəni, rəsmi Kiyev Ukrayna ordusunun yaxın vaxtlarda Rusiyaya daha dağıdıcı hərbi zərbələr endirməyə hazır olacağına artıq əmindir. Və Kremldə də Rusiya üçün böyük təhlükənin sürətlə yaxınlaşdığını anlamağa başladıqlarından rəsmi Kiyevə birbaşa görüş təklif edir.

Belə anlaşılır ki, Kremldə təhdidkar mövqenin Rusiya üçün bumeranq effektindən ciddi şəkildə narahatdırlar. Ona görə də, Rusiya siyasi dairələri son vaxtlara qədər legitimliyini şübhə altına aldığı prezident Volodimir Zelenski ilə Kreml sahibi Vladimir Putinin birbaşa görüşünü mümkün sayırlar. Bu, o deməkdir ki, prezident Donald Tramp Kreml sahibi Vladimir Putini cəzalandırmağa çox yaxındır. Və Rusiya daha dağıdıcı hərbi zərbələr qarşısında aciz duruma düşdükcə, Kremlin sülh sazişi ilə bağlı xahiş ritorikasına keçəcəyi də artıq fantastik ehtimal təsiri bağışlamır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
16 may 2025 | 09:00

Kreml həlledici tarixi şansı boşa verdi: Zelenski İstanbulda ABŞ və Qərbi yenidən Rusiyaya qarşı birləşdirdi


dunya
11 apr 2025 | 09:00

Tramp Ukrayna savaşını dayandırmaq şansını itirdi: İndi Ağ Evdə ABŞ-Rusiya toqquşmasına hazırlıq başlayıb


dunya
12 may 2025 | 09:00

Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb


dunya
3 fev 2025 | 09:00

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib


dunya
14 apr 2025 | 09:00

Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qurur


dunya
14 may 2025 | 09:00

Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək


siyaset
17 fev 2025 | 09:00

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb


dunya
13 mar 2025 | 09:00

Zelenski ABŞ-ın Ukraynaya dəstəyini “satın alır”: Kreml isə Ağ Evi Tramp-Putin sövdələşməsi ilə şantaj edir


dunya
1 may 2025 | 09:00

Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu


dunya
21 okt 2024 | 09:00

Fransa Ukraynanın dağıdılmasını dəstəklədi: "Zelenski planı" qlobal fəlakət ssenarisinə çevrilir


siyaset
30 iyl 2024 | 10:00

Kreml Trampı niyə "qaranlıq güclərə" bağladı: Rusiya ABŞ "dərin dövlət"ini hədəfə aldı


dunya
27 fev 2025 | 09:08

Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:30 0
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
14:22 0
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
13:39 0
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə