“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Dünənki zəng dünyada nəyi dəyişəcək? - Avropa xəyanət adlandırır...

13-02-2025, 12:28 130

Dünənki zəng dünyada nəyi dəyişəcək? - Avropa xəyanət adlandırır...


Məlum olduğu kimi, fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında uzun müddətdir müzakirə edilən telefon danışığı baş tutub. Bu, Trampın Ağ Evə yenidən qayıtmasından sonra liderlər arasında ilk rəsmi təmas olub.

“Qafqazinfo” xəbər verir ki, təqribən 1 saat yarım davam edən sözügedən telefon danışığı hazırda bütün dünyanın diqqətindədir.

Belə ki, söhbət zamanı müzakirə edilən mövzuların hazırda dünyada davam edən bir çox siyasi, hərbi proseslərə təsirsiz ötüşməyəcəyi aydındır.

Bəs Trampla Putinin 2 saata yaxın davam edən bu söhbəti zamanı əsas olaraq nələr müzakirə edilib və hansı qərarlar verilib?

İlk olaraq qeyd edək ki, ABŞ lideri söhbətdən sonra özünün “Trutj Social” sosial şəbəkə hesabında paylaşım edərək müzakirələrin uzun və məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı həmkarı ilə ilk növbədə Ukraynadakı münaqişəni müzakirə edib:



“Biz danışıqların dərhal başlaması barədə razılığa gəldik və Ukrayna Prezidenti Volodimir Zelenskiyə danışığımız barədə məlumat verəcəyəm. Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, Milli Təhlükəsizlik üzrə Müşavir Maykl Uolts və xüsusi nümayəndə Stiv Uitkoffdan ABŞ nümayəndə heyətinə rəhbərlik etmələrini xahiş etdim”.

Həmçinin münaqişənin başa çatmalı olduğunu vurğulayan Tramp hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin dinc vasitələrlə həllinə çağırış edib.

Tramp Putinlə söhbətindən sonra vəd etdiyi kimi Zelenskiyə zəng edərək ona müzakirələr barədə məlumat verib. Zelenskinin ofisi söhbətin bir saat davam etdiyini, Tramp isə söhbətin “yaxşı keçdiyini” bildirib.



Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə Putinin Moskvada münaqişənin nizamlanması da daxil olmaqla, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ABŞ-nin yüksəkvəzifəli şəxslərini qəbul etməyə hazır olduğunu qeyd edib.

Söhbətin nəticələri barədə danışan Peskov onu da deyib ki, “Rusiya Prezidenti ABŞ liderinin ölkələrimizin artıq birgə işləməsi zamanının yetişməsinə dair ideyasını dəstəkləyib”.

Bununla yanaşı, liderlərin söhbəti zamanı şəxsi görüşlər məsələsi də müzakirə edilib. Tramp Putinlə qarşılıqlı iş və səfərlər barədə razılığa gəldiyini deyib. Bu xüsusda, Putin Trampı Moskvaya dəvət edib. Lakin telefon danışığından bir neçə saat sonra ABŞ lideri jurnalistlərə açıqlamasında rusiyalı həmkarı ilə görüşünün Səudiyyə Ərəbistanında ola biləcəyini deyib.

Tramp, həmçinin bildirib ki, Putinlə söhbətində Yaxın Şərqdəki vəziyyət, eləcə də dolların dünya iqtisadiyyatına təsiri kimi məsələlər də qaldırılıb.

D.Peskov isə öz növbəsində söhbətdə İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə Rusiya-ABŞ münasibətlərinə də diqqət ayrıldığını vurğulayıb.



Onu da qeyd edək ki, iki ölkə liderinin söhbəti Ukrayna və digər region ölkələrində olduğu kimi, Avropada da siyasi dairələrdə narahatlıqla qarşılanıb. Prezidentlərin söhbətindən sonra Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın XİN rəhbərləri bəyanatla çıxış edərək bildiriblər ki, Ukrayna və Avropa danışıqların bir hissəsi olmalıdırlar, Kiyevə isə etibarlı təhlükəsizlik zəmanətləri verilməlidir. Onların sözlərinə görə, ədalətli və dayanıqlı sülh etibarlı Transatlantik təhlükəsizlik üçün zəruri şərtdir.

Hazırda dünya mediası da gündəm olan bu məsələni və bunun nə ilə nəticələnə biləcəyini şərh edib.

Belə ki, “Politico” nəşri yazıb: “Avropalı məmurlar uzun müddətdir ehtiyat edirdilər ki, Trampın Putinlə olan yaxın şəxsi münasibətləri onların qitənin gələcəyi ilə bağlı yüksəksəviyyəli müzakirələrdən kənarda qalmalarına səbəb ola bilər”.

“Bloomberg” agentliyi isə avropalı məmurların Tramp-Putin söhbəti ilə bağlı əvvəlcədən məlumatlandırılmadığını yazıb. Agentliyin mənbələrinin sözlərinə görə, Aİ məmurları bu addımı “xəyanət” adlandırıb və ABŞ-nin Rusiyaya güzəştlər edəcəyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Fransanın “Le Point” qəzeti isə gələcəkdə danışıqlar prosesində Ukrayna nümayəndəsinə yer olmaya biləcəyinə toxunub.

“New York Times” qəzeti isə telefon danışığının Rusiyanın ölkə həbsxanasında saxlanılan amerikalı müəllim Mark Foqelin sərbəst buraxılmasına razılıq verməsindən sonra baş tutduğuna diqqət çəkib.

Bir neçə siyasi ekspert isə telefon danışığından erkən nəticələr çıxarmamağı, prosesin gələcək inkişafını izləməyi məsləhət görüb.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
13 fev 2025 | 10:36

Tramp-Putin danışığının DETALLARI: Kimlər itirəcək...


dunya
13 fev 2025 | 10:44

Tramp Putinlə bu ölkədə görüşmək istəyir


dunya
16 noy 2024 | 11:17

Rusiya-Ukrayna müharibəsi bitir- Putin-Şolts danışığı kimlərlə razılaşdırılmışdı


dunya
23 dek 2024 | 12:07

Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp


dunya
8 okt 2024 | 11:40

Ərdoğan Putinə zəng edib


dunya
11 iyl 2024 | 10:33

Orban bu gün Trampla görüşəcək - KİV


dunya
6 noy 2024 | 09:33

Tramp gəlsə, dünya dəyişəcək - Dubrovski


dunya
8 yan 2025 | 09:50

Tramp: Rusiya- Ukrayna müharibəsi altı aya bitə bilər


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 1
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
15:30 1
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
14:22 1
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
13:39 1
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə