Fim.az » dunya » Rusiya ordusu öz ərazisinə bomba atdı
Rusiya ordusu öz ərazisinə bomba atdı

Rusiya ordusu öz ərazisinə bomba atdı

Rusiya ordusu öz ərazisinə bomba atdı


Rusiya hərbi təyyarəsindən Belqorod vilayətinə eyni anda 3 bomba düşüb.

Axar.az xəbər verir ki, bu barədə ASTRA nəşri məlumat yayıb.

Bildirilib ki, Şebekino şəhərinin Böyük Qorodişe kəndindən 5 km uzaqlıqda 3 FAB-250 aviabombası düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb, təxliyə barədə məlumat verilmir.

Beləliklə, son 3 ayda Rusiya SQ Belqorod və işğal olunmuş ərazilərə səhvən 73 aviabomba atıb.

Onların arasında “ağıllı” bomba sayılan UMPB D-30SN də var.