Fim.az » dunya » Bayden "görmüşəm" dedi, Ağ Ev təkzib etdi
Bayden "görmüşəm" dedi, Ağ Ev təkzib etdi

Bayden "görmüşəm" dedi, Ağ Ev təkzib etdi

Bayden "görmüşəm" dedi, Ağ Ev təkzib etdi


ABŞ Prezidenti Co Bayden ötən gün HƏMAS-İsrail qarşıdurması ilə bağlı açıqlamalar verib.

Bayden çıxışının sonunda İsraildəki qurbanlar arasında başı kəsilən uşaqların fotolarını gördüyünü deyib.

"ABŞ-dəkilərin nələr olduğunu görməsi vacibdir. Uzun müddətdir bu işlə məşğulam. Uşaqların başlarının kəsildiyi fotoları görəcəyimi və təsdiqləyəcəyimi heç düşünməzdim" - o deyib.

Bu açıqlamadan sonra Ağ Ev rəsmisi CNN-ə açıqlamasında ABŞ Prezidentinin İsraildə HƏMAS-ın uşaqların başını kəsdiyinə dair foto və təsdiqlənmiş xəbərlər görmədiyini deyib.