Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

MTK-larda yeni özbaşınalıq - beş min gətir...

19-08-2026, 11:03 3

MTK-larda yeni özbaşınalıq - beş min gətir...


Ekspert deyir ki, vətəndaşdan təmirə başlamaq üçün əlavə ödəniş istənilməsi tamamilə qanunsuzdur və...
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların ən çox müzakirə etdiyi məsələlərdən biri də yeni tikilən binalarda fəaliyyət göstərən Mənzil Tikinti Kooperativi (MTK) ilə bağlıdır. Sakinlər əsasən MTK rəhbərlərinin özbaşınalığından, yeni qaydalar tətbiq etməsindən şikayətlənirlər. Vətəndaşlardan biri deyib ki, təmirsiz yeni tikiliyə (bina evi) sayğaclar üçün MTK rəhbərliyi 2500 manat pul tələb edir. Bu barədə Cebhe.info yazıb.

“Gəlin, müqavilə bağlayın və 2500 manat pul ödəyin”, deyirlər. “Azərsu”, “Azərişıq” və “Azərenerji”yə ayrı-ayrılıqda zəng etdim, deyirlər, bu məsələyə biz baxmırıq, “Asan kommunal” baxır. “Asan kommunal”a müraciət etdim, onlar deyir bizim səlahiyyətimizdə deyil, bu məsələ MTK-nın səlahiyyətidir.

MTK da deyir ki, podratçının puludur, ödənməlidir. Bildiyim qədərilə mənzilin içinə kimi xətlər MTK tərəfindən çəkilməlidir, daxili xətlərə görə hər hansı ödəniş ola bilər. Evi təmir etməyə də buraxmırlar, “Bizimlə təmir pulu müqaviləsi bağlamalısız” deyirlər və ona görə də 2500 manat tələb edirlər. Toplam 5000 manat", - şikayətçi qeyd edib.

Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinlərin sayğac problemi aktual mövzu kimi qalmaqdadır. Sosial şəbəkələrdə paylaşılan çoxsaylı şikayətlərdən məlum olur ki, elektrik, su, qaz sayğaclarına görə mənzil sahiblərindən alınan məbləğ əvvəllər 800-850 manat idisə, hazırda 1000-1500 manatdır. Zaman-zaman mətbuatda bu məsələ işıqlandırılsa da, problem hələ də həllini tapmayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hələ 2023-cü ildə MTK-lara xəbərdarlıq edib ki, yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb olunur.

Ümumiyyətlə, MTK-nın belə bir səlahiyyəti varmı? Kommunal xətlərin çəkilişi müvafiq qurumlar tərəfindən həyata keçirilməlidirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, MTK-ların qanunsuz tələbləri ilə bağlı iş dəfələrlə ictimai müzakirələrə səbəb olub və bu problem yenə də gündəmdə qalmaqdadır:
“Qanunauyğun şəkildə, əgər MTK ilə müqavilə bağlanırsa, həmin sənəddə vətəndaşa məxsus mənzilin içinə qədər olan proses - kommunikasiya vasitələri, qaz, işıq, su və digər təminatlar MTK-nın öhdəliyində olmalı və vətəndaşa təqdim edilməlidir. Mənzilin içərisində olan digər işlərə gəlincə, əgər MTK burada hər hansı fəaliyyət göstərəcəksə, bu, yalnız əlavə müqavilə əsasında həyata keçirilə bilər. Lakin mənzilə çatana qədər bütün kommunikasiya vasitələrinin işlək olması və vətəndaşa təqdim edilməsi müqavilə tərəfinin üzərində olan öhdəlikdir. Çünki vətəndaş təkcə həmin sahəni və mənzili yox, o mənzildə yaşayışı təmin etmək üçün zəruri olan bütün qurğuların, kommunikasiya vasitələrinin də ödənişini edir. Yəni söhbət təkcə tikilidən getmir, eyni zamanda o tikilinin mövcudluğu və vətəndaşın orada yaşaması üçün zəruri olan bütün xüsusiyyətlərin təmin olunması müqavilədə öz əksini tapır.

Sonradan vətəndaşdan təmirə başlamaq üçün əlavə ödəniş istənilməsi tamamilə qanunsuzdur. Bu barədə nə Mənzil Məcəlləsində, nə də digər müvafiq hüquqi aktlarda və müqavilələrdə hər hansı müddəa var. Bu baxımdan, vətəndaş təmirə başlamaq üçün MTK-ya hər hansı məbləğ ödəməməlidir. Vətəndaşlara tövsiyəm odur ki, tələb olunan bütün məbləğlərin hüquqi şəkildə əsaslandırılmasını istəsinlər. Bütün ödənişlər müqavilə əsasında həyata keçirilməli, nağd ödənişlərə ümumiyyətlə yol verilməməlidir. Nağd tələb olunan ödənişlər birbaşa rüşvət və korrupsiya mənbəyidir. Bunu tələb edən də, icra edən də eyni dərəcədə məsuliyyət daşıyır".

Ekspert qeyde dib ki, bu problemlərlə zaman-zaman qarşılaşıldığı üçün sistemdə ciddi dəyişiklik etmək lazımdır: “Bütün alqı-satqı faktları notarial və rəsmi qaydada aparılmalıdır. Hüquqların öncədən qeydiyyatı mümkündürsə, alqı-satqının da notarial qaydada həyata keçirilməsi təmin edilməlidir. Müqaviləsiz ödənişlərin edilməsi, vergidən yayınma və ya digər məqsədlərlə istifadə halları monitorinq olunmalı və nəzarətə alınmalıdır. Biz dünyada olan üsul və qaydalara uyğun şəkildə vətəndaşla MTK arasındakı münasibətlərin qurulmasını təmin etməliyik.

Birincisi, bina sakinləri mənzil istifadəçilərinin məhdud məsuliyyətli cəmiyyətini yaradaraq binanı özləri idarə edə bilərlər. Bu halda heç bir problemlə üzləşilməyəcək. Əgər vətəndaşların buna marağı, zamanı yoxdursa və ya bu üsuldan istifadə etmək istəmirlərsə, bu alanda fəaliyyət göstərən peşəkar şirkətlərə müraciət etməli, onlar ilə müqavilə bağlamalıdırlar. İl ərzindəki fəaliyyətin nəticəsi olaraq ildə bir dəfə həmin şirkətlərdən hesabat tələb olunmalıdır. Maliyyə şəffaflığı və hesabatlılığı təmin olunmaqla vətəndaşlar və icraçı şirkətlər arasında münasibətlər hüquqi şəkildə, müqavilə əsasında həyata keçirilməlidir. Bu zaman həmin problemlər aradan qalxacaq.

Tələb olunan əlavə məbləğlər, təmirə və ya sayğacın quraşdırılmasına dair tələblər qanunsuzdur. MTK ilə müqavilədən kənar hər hansı ödənişdən söhbət gedə bilməz. Müvafiq dövlət qurumu sayğacın quraşdırılması üçün ödəniş tələb edirsə, bu da müqavilə əsasında və rəsmi qaydada həyata keçirilməlidir, nağd yolla ödənilməməlidir".

Vüqar Oruc əlavə edib ki, problemin əsas səbəblərindən biri vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsidir: “Bunun üçün vətəndaşlara hüquqi yardım göstərilməli, maarifləndirmə işləri aparılmalıdır ki, MTK ilə münasibətlərin məhz alqı-satqıdan sonra yekunlaşması barədə məlumata malik olsunlar. Bundan sonrakı münasibətlər yalnız binanın idarəetmə münasibətləridir ki, bu da vətəndaşların könüllü seçdiyi qurum və ya özlərinin təsis etdiyi, dövlət qeydiyyatına alınan qurum tərəfindən həyata keçirilməlidir.

Bu sahədə şəffaflığa və maliyyə hesabatlılığına ehtiyac var. Vətəndaşların MTK-lara ödədikləri məbləğlər binada abadlaşdırma işlərinə, mühafizənin təşkilinə, həyətyanı sahələrin kompleks abadlaşdırılmasına və yaşıllaşdırma işlərinə sərf olunursa, bunun illik hesabatı vətəndaşlara təqdim olunmalıdır. Vətəndaş ödədyi məbləğin neçə faizinin bu işlərə, neçə faizinin idarəetmə sisteminin xərclərinə sərf olunduğunu bilməlidir. Podratçı, infrastruktura və ya əlavə xidmət xərcləri kimi tələblərin heç biri qanunda nəzərdə tutulmayıb".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
10 apr 2025 | 14:12

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” - BU NƏDİ BELƏ?..


cemiyyet
7 noy 2025 | 14:51

“ASAN xidmət” və "ASAN Kommunal” bu tarixədək işləməyəcək


hadise
28 apr 2025 | 13:08

Kartlardan oğurluqlar davam edir - 20 manatdan 2500-ə qədər...


gundem / cemiyyet
17 okt 2024 | 01:59

BU NƏDİ BELƏ: Neft borusu üstündə bazar... - Sakinlər deyir ki...


sosial
13 noy 2023 | 19:00

Bu saytlarla kommunal ödənişlər etməyin! - Xəbərdarlıq


sosial
4 noy 2024 | 12:00

MTK-lar əhalini soyur: “Onlara pul vermək lazım deyil"


gundem / cemiyyet
29 avq 2024 | 02:41

Qarət etdiyi pullarla ÖZÜNƏ YENİ KARYERA QURUR... - İDDİA


gundem / bolge
17 mar 2025 | 17:00

Binəqədinin icra başçısı reklam və aqlay biznesinə girişib? - ELXAN ALLAHVERDİYEV SAHİBKARLARI MƏCBUR EDİR Kİ..


iqtisadiyyat
10 yan 2025 | 18:30

Yeni tikililərdə mənzillərin qiyməti ucuzlaşacaq – VERGİ AZALDILDI


cemiyyet
10 mar 2026 | 16:02

Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə