Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir? Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər... Prezident gənclərin tərbiyəsindən danışdı DİN-ə yeni vəzifə həvalə olundu Prezident və birinci xanım Şamaxıda İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Anonim yazıya imzalı cavab

18-02-2025, 19:46 144

Anonim yazıya imzalı cavab


Bilmirəm kimsən, təxmin etməyə də çətinlik çəkirəm. Deyirlər ki, filankəsdir, inanmağım gəlmir, amma sifətini yadıma salanda fikirləşirəm ki, bəlkə də elə sənsən. Alçaqlıq, şər, böhtan sifətinə hopub. İnsanın insandan narazılığı olar, ya üzünə deyər, ya da küsər danışdırmaz. Daha bu boyda sicilləmə, savadsız, səhvlərlə dolu qarışıq cümlələr uydurub, saytlara qoymaz. Akademiyanı tənqid edən bir nəfər də də var idi. İmzasını qara, böyük hərflərlə yazırdı. Vallah, səndən sonra ona hörmətim az da olsa yarandı. Çünki, sənin kimi əyninə kişi şalvarı geyib alçaq hərəkətlər etmirdi. Bəzən də əyrini əyri, hətta çaşıb düzü düz də yazırdı. Sənin yazdıqlarından isə bir şeyin qoxusu gəlir: alçaqlıq və qisas!
Nəyin qisasını alirsan?! Lap tutaq ki, uzun müddət vəzifədə qalanlarda nöqsan var. Yazdığın mənfilikilərə sahibdirlər, açıq yaz, nöqsanı göstər, imzanı qoy! Bunu yazmağa... yoxdursa sus! Dilini bir yerə ...! Samirə Əliyeva neçə illər idi ki, Həmkarlar Komitəsinin sədri idi. Onda niyə danışmırdın, onda niyə susurdun? O direktor müavini keçəndən sonra dilin açıldi? Burda iki məsələ ola bilər, ya paxıllıq səni boğurdu, ya da o yerdə gözün var idi. Belə bir məqamda aydın məsələdir ki, şər, böhtan sınanmış metoddur. Baş mühasib – axşama qədər gününü rəqəmlərlə keçirən Leyla Cavadova haqqında yazdığın “köhnə fəaliyyətini davam etdirir” nə deməkdir? Açıq yaza bilirsən, yaz, imza da qoy,... yoxdursa, sus! Dilini bir yerə qoy!
Gəlib çatdıq mənim haqqımda yazdıqlarına. Yeddi aydan sonra 73 yaşım tamam olacaq. Yaxşı qonaqlıq verəcəyəm, gələ bilsən gəl, gələ bilməsən şəkillər çəkib göndərərəm. Ömrüm boyu fiziki işlə, zehni əməyi paralel icra etmişəm. Müharibə keçmiş adamam. 46 ildir Əlyazmalar institutunda işləyirəm. Tərtib etdiyim lüğətlərlə birlikdə klassik irslə bağlı çap etdirdiyim əlliyə qədər kitabda imzam var. Dünyanın otuza qədər ölkəsində olmuşam. Həm Azərbaycanda, həm də xaricdə yüzdən çox məqalə çap etdirmişəm. İnsult dediyin də 1 il yox, 6 il bundan əvvəl olub. Maşın sürürəm, atadan qalma böyük bağım var. Bu bağda özüm həm ağayam, həm də nökər. Bugünki maaşımdan da razıyam, hələ bir pensiya da alıram. Elmi işlər üzrə direktor müavini keçməyim səni belə yandırır?! Yoxsa əlyazma oxuya bilməyən dostun, yoldaşın var bu vəzifəyə qoymaq istəyirsən?! Utanmırsan?! Məni gah Teymur Kərimlinin dostu kimi qələmə verirsən, gah da onun işlərinə nəzarətçi qoyulduğumu yazırsan. Bütün yazı boyu gah nala vurursan, gah da mıxa. Məni bir az da aşağılamaq üçün vaxtı ilə məhkəmələrdə plagiat iddiaları qaldırdığımı xatırladırsan. Sənə məsləhət görərdim ki, mənim bu mövzu ilə bağlı “Elmin hamar yolu – plagiat” kitabımı oxuyasan. Həmin kitabda qarşı tərəfin plagiat faktlarını bircə-bircə sadalamışam. Qonşu xalqdan olanın bir kitabın isə rus dilindən tərcümə edib öz adına nəşr etdirdiyini də qeyd etmişəm. Bizim üçün bir millət olaraq utancverici bu faktı sonradan çox açıb ağartmamışam. Buna qalmaqal deyirsən, ay ...?! Kimin mənə nə “tapşırdığını” elə “dəqiqliklə” deyirsən ki, sanki mənim bütün işlərimdə yanımda olub şam tutmusan. Ay yazıq! Hal-hazırda ailədə iki nəfərik, uşaqlar xaricdə yaşayır. Pulumuz özümüzə bəs edir. Heç kimin əlinə baxmırıq. Rüşvəti sən və sənin kimilər ala bilər. Mən heç bir dissertasiya işinin nə rəhbəri olmuşam, nə də opponenti. Rüşvəti mənə nəyə görə versinlər ki ?!
Yazılı və şifahi sinxron tərcüməçi kimi hələ də fəaliyyət göstərib hər ay hardansa halal qonorarımı alıram. Heç olmasa, “Qanun” nəşriyyatında çap olunan tərcümə kitablarımı al, oxu, savadın az da olsa artsın. Bir də ki, arada qəsdən işlətdiyin bəzi ifadələr müxtəlif bölgələrə aid olsa da sənin kim olduğun gün kimi aydındır. İnsan kreslo üstündə mübarizəni də mərdi-mərdanə aparar, alçaq yollarla yox! Ayıb olsun! Rusların gözəl bir sözü var: «Какое твое собачее дело где я буду сидеть?!”
Mən müavinliklə bərabər, həm də rəhbərlik etdiyim şöbənin müdiri olaraq qalıram. Və əsas yazı işlərimi öz köhnə yerimdə icra edəcəyəm. Sakitləş! Özünə gəl!
Əlbəttə, bütün dövlət müəssisələrində olduğu kimi, Əlyazmalar İnstitutunun da öz problemləri var. Və bütün kollektiv onların həlli istiqamətində mərhələli şəkildə çalışır. Müasir Azərbaycanda bir əlyazma almaq adı ilə yüz min manat pulu hesabdan silmək isə heç Süleyman Rüstəm küçəsinin də ağlına gəlməz. Ay dərviş, barıtı bir az azalt, bəlkə inandılar. Hələlik, bu qədər. Oxu, bunları həzm edə bilsən yenə yazaram.
Əkrəm Bağırov
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə dirketor müavini

P.S. Bu yazını oxuyan bütün kənar oxuculardan yazdığım kəskin ifadələrə görə üzr istəyirəm. Burda da ruslar yaxşı deyib “Какой привет, такой и ответ”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

---
30 yan 2025 | 21:54

Ömrünü Hüseyn Cavid irsinə, onun yaradıcılığına həsr edənlərə qarşı çıxanlara...


gundem / bolge
1 okt 2024 | 13:20

Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”


gundem / arasdirma / bolge
30 okt 2024 | 10:36

3700 manat pul aldı, başqasının torpağını göstərib “sənin yerindir” dedi... - İTTİHAM VAR...


gundem / bolge
31 okt 2024 | 13:11

Niyazi Bayramov vətəndaşa NECƏ ZƏRBƏ VURUBSA... - Hələ də qapılarda qalıb...


gundem / arasdirma / cemiyyet
11 iyn 2024 | 23:25

Kardiologiya İnstitutunda qarşıdurma: Baş həkim Gülnaz Dadaşovanı məhkəməyə verdi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:30 0
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
15:24 0
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
14:47 0
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:22 0
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
13:55 0
Prezident gənclərin tərbiyəsindən danışdı
13:51 0
DİN-ə yeni vəzifə həvalə olundu
13:48 0
Prezident və birinci xanım Şamaxıda
12:13 0
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə