Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Zakir Qaralovun biznesi haqda İLGİNC İDDİA - AKTUAL

19-03-2025, 14:25 174

Zakir Qaralovun biznesi haqda İLGİNC İDDİA - AKTUAL


Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov haqda yeni iddialar yayılıb. 5 ildir vəzifəsindən uzaqlaşdırılan sabiq baş prokurorun hazırda nə ilə məşğul olması haqda Azpolitika.info məlumat yayıb. Z.Qaralovu diqqətə gətirən isə vaxtilə məşhur “Akkord” şirkətində Zakir Qaralovun şəriki olduğu iddia edilən İlqar Hacıyevə qarşı cinayət işi başlanması barədə məlumatlardır. Qeyd olunur ki, Qaralovun şəriki olduğu iddia edilən “Akkord”un keçmiş sahibi İlqar Hacıyevi ölkəyə gətirib istintaqa cəlb etmək mümkün olsa, onun da sabiq baş prokuror barədə kifayət qədər şok ifadələr verə biləcəyi şübhə doğurmur...

Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhəri Səbayel rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdə Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib. Ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. 2020-ci il mayın 1-də Zakir Qaralov düz 20 il sürən baş prokuror vəzifəsini itirdi.

Azpolitika.info yada salır ki, Zakir Qaralovun dövründə Azərbaycanda bir sıra səs-küylü hadisələr baş verib: “Sözsüz ki, onların sırasında 2004-cü il martın 2-də jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi, 2009-cu il aprelin 30-da ADNA-da 13 nəfərin həlak olması ilə nəticələnən terror aktı, 2015-ci ilin 19 mayında Binəqədi rayonunda dördü uşaq olmaqla, 15 nəfərin öldüyü, 64 nəfərin yaralandığı yanğın hadisəsi, 2015-ci ilin oktyabrında Rabitə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyində (MTN) aparılan əməliyyatlar ilk sırada gəlir. Həmçinin "Hacı Məmmədovun işi", general Rail Rzayevin qətli (üstü hələ də açılmayıb), hərbçilərimizə kütləvi işgəncələrin verilməsi nəticəsində 10-dan artıq insanın vəfat etməsi ilə bağlı istintaq araşdırmaları yenilənən “Tərtər işi” də (2017-ci il) Qaralovun baş prokuror olduğu dövrə təsadüf edir".

Yazıda o cümlədən Eldar Mahmudovun ləğv olunmuş MTN-ə rəhbərlik etdiyi dövrdə sahibkarlara necə divan tutulmasında Baş Prokurorluğun da iştirakı xatırlanır: “Həmin dövrdə MTN-də sahibkarlara qarşı düzülüb-qoşulmuş cinayət əməllərinin qondarma ittiham aktlarının hamısı Baş Prokurorluq tərəfindən imzalanıb. Yəni bu sənədlərdə Zakir Qaralovun və onun birinci müavini, hazırda təqaüddə olan Rüstəm Usubovun imzaları var. Amma MTN ləğv olunduqdan sonra adıçəkilən generallar və digərləri cəzalandırılsalar da, Qaralov və Usubov məsuliyyətdən yayına bildilər. Onlardan bu saxta ittiham işlərini niyə imzaladıqları rəsmən soruşulmadı”.

O da bildirilir ki, “Tərtər işi” üzrə yenilənən istintaq araşdırması zamanı işgəncə ilə öldürülmüş hərbçilər, habelə həbs edilənlərin bir qismi bəraət alıb, həbsdən azad ediliblər. Hərbçilərə işgəncə verənlər arasında da məsuliyyətə cəlb edilənlər var. Amma həmin dövrdə istintaqa rəhbərlik etmiş şəxslərdən məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməyiblər.

Saytın iddiasına görə, işdən çıxarılandan bir müddət sonra Zakir Qaralovun ölkədən çıxışına qadağa qoyulub. Amma o, hakimiyyətdəki əlaqələri və bir sabiq nazir vasitəsilə qadağanın ləğvinə nail olub. Bundan sonra bir neçə dəfə ölkə xaricinə, xüsusən Gürcüstana səfərlər edib.

Keçmiş baş prokuror vəzifədə olduğu dövrdən tikinti sektoruna böyük yatırımlar qoyub və etibar etdiyi bir şəxs vasitəsilə hazırda da onları idarə edir. Mənbələr bildirir ki, Qaralov hazırda tikinti sektorunda fəaliyyətini davam etdirir, yaşayış binaları tikir. Onun dərman biznesindən tutmuş, mebel və bir sıra xarici məhsulların idxalına qədər gedib çıxdığı barədə məlumatlar yayılıb.

Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun da təqaüddə əsas məşğuliyyəti tikinti sektorudur. Onun bu sahədə bir neçə şirkəti olduğu, Bakıda və bölgələrdə binalar tikdiyi, ticarət obyektlərini idarə etdiyi qeyd olunur.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
16 yan 2024 | 13:09

Bu rayonların prokuroru xanımlar oldu


cemiyyet
23 okt 2024 | 11:50

Gəncənin və digər iki rayonun prokuroru dəyişdi


siyaset
20 may 2024 | 15:06

Xankəndiyə prokuror təyin edilib


hadise
17 mar 2025 | 12:23

Xızının prokuroru qəzaya düşdü


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə