Prezident İlham Əliyev: ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var
Bugünkü Zirvə görüşünün (ECO-nun 17-ci Zirvə görüşü – red.) Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.
Bu sözləri Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.
Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlətimizin başçısı bildirib: “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
