
Qazaxıstanın Manqistau kəndində məşhur aktyor Ceki Çanın rol aldığı filmin çəkilişləri davam edir.
"Tanrının zirehi 4: Ultimatum" filminin əsas çəkiliş məkanlarından biri füsunkar təbiəti ilə tanınan Bozjıra dərəsi olub.
35 nəfərdən ibarət yaradıcı heyət iyunun 7-dən 12-nə dək sözügedən ərazidə gərgin iş rejmində çalışıb.
Ekran əsərinin çəkilişlərinin bu ilin sonunadək yekunlaşdırılması, filmin isə 2027-ci ilin fevralında nümayişi planlaşdırılır.
Xatırladaq ki, Ceki Çanın iştirakı ilə lentə alınan "Tanrının zirehi 4: Ultimatum" filminin müəyyən bir hissəsinin çəkilişləri Azərbaycanda da baş tutacaq. Ölkəmizdəki çəkiliş prosesinə cari ilin iyul ayında start veriləcəyi gözlənilir.
