Bakıya gətirilən bahalı avtomobillər yandı
Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.
FHN-in Mətbuat xidməti xəbər verir ki, "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd "Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.
Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
