Ağcabədidə qalmaqal - İcra başçısı ilə idarə rəisi dalaşdı Bir daha “hökumətlə hökumətlik eləyən” Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov barədə - VİDEO ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens Məşhur eks-prezidentin qohumu, nazirin oğlu Ukraynada ruslara qarşı döyüşüb – onu axtarırlar Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə! “Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir İcra başçısını təhqir etdi, həbs olundu “Meyvəli” bazarında yanğın - VİDEO
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb

20-05-2023, 13:48 279

Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb


Lənkəranda torpaq sürüşməsi olub.

"Report"un Cənub bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb. Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb.

Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən 48 nömrəli yol istismarı MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür: "Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq onların imkanları xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqalada Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunub. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə smeta sənədləri hazırlanıb".

Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
14 apr 2022 | 13:39

Lahıcda dağ uçqunu olub, yol bağlanıb - YENİLƏNİB


hadise
8 apr 2022 | 17:14

Lahıcda torpaq uçqunu olub, yol bağlanıb - FOTO/YENİLƏNİB


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:38 2
Ağcabədidə qalmaqal - İcra başçısı ilə idarə rəisi dalaşdı
15:34 2
Bir daha “hökumətlə hökumətlik eləyən” Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov barədə - VİDEO
19:00 6
ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens
18:30 8
Məşhur eks-prezidentin qohumu, nazirin oğlu Ukraynada ruslara qarşı döyüşüb – onu axtarırlar
17:22 8
Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!
16:47 6
“Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir
16:16 5
İcra başçısını təhqir etdi, həbs olundu
15:38 7
“Meyvəli” bazarında yanğın - VİDEO

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə