Ağcabədidə qalmaqal - İcra başçısı ilə idarə rəisi dalaşdı Bir daha “hökumətlə hökumətlik eləyən” Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov barədə - VİDEO ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens Məşhur eks-prezidentin qohumu, nazirin oğlu Ukraynada ruslara qarşı döyüşüb – onu axtarırlar Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə! “Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir İcra başçısını təhqir etdi, həbs olundu “Meyvəli” bazarında yanğın - VİDEO
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO

12-10-2024, 14:28 182

Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO


Yevlax rayonunun Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları qanunsuz olaraq aparan yük maşını tutulub.
Yenixeber.org: Redaksiyamıza Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə bağlı yazı daxil olub. Yazıda idarədə yaşanan qanunazidd əməllərdən: dövlət əmlakının mənimsənilməsindən və idarənin rəisi Teymur Muradxanovun "özfəaliyyəti"ndən bəhs edilir.

Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:

Şahidi olduğumuz hadisə 07 oktyabr 2024-cü il tarixdə saat 11:00 radələrində baş verib. Belə ki, uzun müddətdir ki, istifadə olunmayan və Qarabağ kanalının yaxınlığında qalan böyük diametrli boruları elə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan idarənin əməkdaşları 66-AC-012 dövlət nömrə nişanlı özüboşaldan yük maşınına yığaraq idarəyə yox, naməlum istiqamətə, əslində isə məlum istiqamətə-Tanrıqulular kəndinin ərazisində yerləşən metaltoplama məntəqəsinə (“metllaom”a) aparıblar (Bir hissəsi isə “Xaqan” MMC adlanan fermer təsərrüfatına daşınıb). Ancaq onlar ərazidə xidmət aparan Yevlax Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bu zaman sürücü və onun yanında olan şəxslər polislərə tabe olmaq istəməyiblər və bildiriblər ki, bunlar istismar müddətini başa vurmuş borulardır, özləri də rəhbərliyin tapşırığını icra edirlər. Onların etirazları və ora- bura telefon zəngləri nəticə verməyib. Boru yüklü avtomobil içərisindəki şəxslərlə birgə saat 12:00 radələrində polis şöbəsinə aparılıb.

Araşdırmamız zamanı məlum olub ki, ərazidən çıxarılan xeyli sayda borudan cəmi 3 ədədi idarəyə gətirilib. Bu isə təbii ki, gözdən pərdə asmaq və iz azdırmaq məqsədi daşıyıb. Bütün bu hadisələrin fonunda gün kimi aydın olan bir məqam ortaya çıxıb. Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Teymur Muradxanovun xəbəri olmadan heç bir işçi belə addım ata bilməz. Deməli, cənab Muradxanov gənc kadr olsa da, qaz vurub, qazan doldurmaqda heç də digər bürokrtalardan geri qalmaq istəmir. Bütün texnikalarda CPRS-in olduğunu nəzərə alsaq,müvafiq qurumlar bu qanun pozuntsunun araşıdırılmasında maraqlı olsa, hansı maşının hansı fermalara, hansı “metallom”a getdiyini asanlıqla müəyyənləşdirmək olar.

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin yeni rəisi Teymur Muradxanov barəsində kiçik araşdımamız isə ortaya bir neçə diqqətçəkən məqam çıxardı. Bəlli oldu ki, gənc rəis vəzifəyə keçər-keçməz şəxsi avtomobilini yeniləyib və özünə son model-2024-cü ilin buraxılışı olan bahalı “Toyota-Gamry” markalı maşın alıb. Hətta dövlət nömrə nişanını da adına öz adının baş hərflərinə uyğunlaşdırıb-99-TE-200.
Hələ bu azmış kimi yeni rəis Teymur Muradxanovun həyat yoldaşının dayısı Raufu ixtisas uyğunluğu olmadığı halda baş mühəndis təyin edib. Xoşları gələn, adamı olan işçiləri saxlayır, onların “tələbləri”nə cavab verməyən xeyli sayda əməkdaşı isə işdən çıxarırlar. İdarənin otaqlarının qapılarına isə yalnız içəridən açılan kilidlər qoyublar. Əcaba niyəəə??? Məsələ burasındadır ki, bu şəxs atdığı bütün addımların (qanuni və qanunsuz) hamısını Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun adı ilə edir. Görəsən, Zaur Mikayılovun bunlardan xəbəri varmı?
Maraqlıdır ki, Teymur Muradxanov ətrafına deyib ki, mənim ən böyük dəstəkçim “Meliorasiya və Su Təsərrüfati” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bacı oğlu, Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun müavini, peşəkar su təsərrüfatı mütəxəssisi Elçin Məmmədovdur.

Teymur Muradxanovun dostu, sabiq iş yoldaşı, hazırda Qarabağ Suvarma Kanalının İstismarı İdarəsinin rəisi Ariz Mikayılovun “fəaliyyəti” isə başqa bir araşdırma mövzusudur. Rəhbərlik etdiyi idarənin fəaliyyətini əmisi Asif Mikayılovun öndəriliyi və göstərişləri yönləndirir. Qeyd edək ki, Asif Mikayılov Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Elçin Məmmədovun kirvəsidir.

Bu baradə növbəti araşdırmamızda...

Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.



Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -Qohumbazlıq, şəxsi ambisiya və s./FOTOLAR+VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / bolge
2 sen 2024 | 13:44

Beyləqan Suvarma Sistemləri idarəsi uğrunda mübarizə - Zahid Sadıqov idarə rəisi təyin olunub?


gundem / cemiyyet
28 iyn 2024 | 13:16

Zaur Mikayılovun agentliyi şəhid adına küçəni viran qoyub - NARAZILIQ VAR...


gundem / cemiyyet
3 iyl 2024 | 16:13

İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb - BU NƏDİ BELƏ?!


hadise
9 apr 2021 | 14:04

Daha bir məmur rüşvətə görə hakim qarşısına çıxarılır


hadise
2 fev 2022 | 17:44

Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb


gundem / arasdirma / bolge
23 sen 2024 | 16:20

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə rüşvət ittihamı:PREZİDENTƏ MÜRACİƏT!


gundem / cemiyyet
12 iyl 2024 | 18:00

Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində “rüsum“ iki qat artıq alınır -150 manat pul tələb olunur


cemiyyet
5 apr 2021 | 16:03

Əhməd Əhmədzadənin yerinə təyin olunan Zaur Mikayılov kimdir? – DOSYE


siyaset
11 fev 2021 | 14:18

Yoxlamalardan sonra rəis müavini də işdən çıxarıldı


gundem / tehsil
15 may 2024 | 15:16

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var...


siyaset
5 apr 2021 | 15:07

Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni sədr təyin edildi - SƏRƏNCAM


siyaset
10 fev 2021 | 13:02

Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:38 2
Ağcabədidə qalmaqal - İcra başçısı ilə idarə rəisi dalaşdı
15:34 2
Bir daha “hökumətlə hökumətlik eləyən” Hacı Məhərrəm Novruzov və onun “Qəmlosu” Şahlar Hüseynov barədə - VİDEO
19:00 6
ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens
18:30 8
Məşhur eks-prezidentin qohumu, nazirin oğlu Ukraynada ruslara qarşı döyüşüb – onu axtarırlar
17:22 8
Borc bataqlığına düşməmək üçün qızıl qayda — Kredit götürənlərin diqqətinə!
16:47 6
“Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir
16:16 5
İcra başçısını təhqir etdi, həbs olundu
15:38 7
“Meyvəli” bazarında yanğın - VİDEO

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə