GDU-nun rektoru bahalı maşın alıb
Gəncə Dövlət Universiteti yeni tender elan edib. Tribunainfo.az xəbər verir ki, universitet xidməti nəqliyyat vasitəsinin satınalınması ilə bağlı satınalma müqaviləsi imzalayıb.
Həmin müqavilə “LEXUS-BAKI” MMC ilə bağlanılıb və dəyəri 117.300 manatdır. Rəsmi qaynaqlarda avtomobilin istehsal ili 2024-cü il göstərilir. Onun mühərrikinin gücü isə 2450-2550 kub sm və hibrid olması qeyd edilir.
Tribunainfo.az-ın universitetdəki mənbələrdən aldığı məlumatlarda deyilir ki, bu tender heç də zərurətdən irəli gələn addım olmayıb. Əksinə, GDU-nun rektoru Yusif Yusibovun yeni avtomobil minmək həvəsindən doğub. Yaşlı rektor hazırda idarə etdiyi avtomobili də elə “Lexus”dur, lakin ili 2022-ci ilə addir. Görünür, cənab rektor daha təzə maşın minmək həvəsindədir.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
