
Ölkədə adı bir çox qalmaqallarda hallanmış dərman monopolisti kimi tanınan deputat Kamaləddin Qafarov yenidən YAP-ın deputatlığa namizədidir. Seçildiyi dairədə tanınmadığı halda, üstəlik, seçildikdən sonra seçiciləri ilə görüşməyi belə özlərinə rəva bilməyən bu deputatın dərdi təkcə, mandat deyil. Onun məqsədi uzun illərdən bəri qurduğu bizneslərini təminat altına almaqdır.
Söhbət o biznesdən gedir ki, onun bir ucu Bakıdan başlayıb, bir ucu da Cəbuni Kiprdə boy verir. İki cümləni ard-arda səhvsiz yaza bilməyən, ödənişli əsaslarla öz adına təhlillər yazdırıb dərc etdirən bu adam Naxçıvanda Universitetində meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. İndi bu aqranom Milli Onkologiya Mərkəzində rəhbərlik edir. Milli Onkologiya Mərkəzində minlərlə xəstə, hətta uşaqlar müalicə olunmaq ümidi ilə gözləyir. Kəmaləddin Qafarov isə, bu xəstələrdən milyonlar qazanır.
Qafarovun daha bir gəlir mənbəyi dərman biznesidir. Məhz bu monopolist deputatın hesabına ölkədə dərmanlar fantastik qiymətədir. Bu qədər böyük bir biznesi olan şəxsin mandat davası etməsinin əsl səbəbinin nə olduğunu görməmək mümkün deyil. Onu sıravi vətəndaş, adi seçici maraqlandırmır. Amma bu dəfə Qafarov üçün ciddi sürprizlər hazırlanır. Onun onkoloji zülmünə məruz qalan bir qrup xəstə və xəstə yaxınları təşviqat dönəmindəki görüşlərdə Qafarovu ifşa etməyi planlaşdırırlar.
Kəmaləddin Qafarov üçün seçki “sürprizi” - İLGİNC İDDİALAR...
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
