İki naziri yola salan Rəfail Mustafayev... – Yeni nazir direktoru vəzifəsində saxlayacaqmı?
Onun fəaliyyətindən narazılıqların pik həddə olmasından asılı olmayaraq, hər dəfə nazirlərə “yol tapan” Rəfail Mustafayevin bu dəfə Məcnun Məmmədovu "ram" edəcəyi də istisna olunmur...
Keçən ay aprelin 14-də Kənd Təsərrüfatı Naziri təyin edilən Məcnun Məmmədovun nazir kimi fəaliyyətə başlamasının 1 ili tamam olmasına baxmayaraq, hələ də qurumda ciddi islahatlara başlamayıb.
Patriot.az xəbər verir ki, ötən ay nazirin əmri ilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub. Məlumata görə Məcnun Məmmədov rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını dəyişməkdə qərarlıdır. Çünki bu mərkəz direktorlarının içərisində elələri var ki, haqqında çoxsaylı şikayətlər, narazılıqlar olsa da vəzifələrini qoruyub saxlaya biliblər.
Patriot.az-a daxil olan məlumata görə bunlardan biri də Xocavənd rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəfail Mustafayevdir. İki naziri Heydər Əsədov və İnam Kərimovu yola salan Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzi direktorunun nazir Məcnun Məmmədovla işləyəcəyi isə sual altındadır. Bildirək ki, Rəfail Mustafayev 2015-ci ilə qədər Xocavənd icra başçısının Aqrar məsələlər üzrə müavini vəzifəsində işləyib və daha sonra yaradılan Kənd təsərrüfatı idarəsinin müdiri təyin edilib. 2018-ci ildən isə Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyir.
Məlumatda bildirilir ki, işdən çıxarılacaq Dövlət Aqrar İnkişaf Mərkəz direktorları siyasında Rəfail Mustafayevin adı ilk sıralardadır. Çünki neçə ildir Xocavənd sakinləri Rəfail Mustafayevdən müxtəlif instansiyalara şikayətlər etməkdədirlər.
Həmin şikayətlərdə iddia edilir ki, Rəfail Mustafayev bir çox sahibkarlarla əlbir olaraq onların əkin sahələrini subsidiya siyahısına salaraq, dövlət büdcəsindən vəsaitlər mənimsəyir. Rəfail Mustafayevlə bağlı yayılan digər xəbərlərdə isə bildirilir ki, DAİM direktoru ailə üzvlərinin və yaxın qohumlarının adına hektarlarla torpaq sahələri götürmüş (bu barədə növbəti yazımızda) və hər il onların adına dövlətdən verilən külli miqdarda subsidiya pulunu özünə götürür. Bundan başqa Rəfail Mustafayevin şəxsi kombayn maşını aldığı və taxıl biçimində həmin kombaynı sahibkarlara icarəyə verməsi ilə bağlı da sosial şəbəkələrdə məlumatlar yayılıb. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Rəfail Mustafayevin Bakı şəhərində bir neçə mənzili və obyekti olması barədə təkzib edilməyən məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, Rəfail Mustafayev hazırda Xocavənd rayonunun kiçik oliqarxlarından sayılır.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
