
Bir neçə gün bundan öncə ölkə mətbuatında Ağdam Rayonu icra başçsı Vaqif Həsənovdan xoşagəlməz yazılar dərc olunmuşdu ki, guya ata yurduna içkili vəziyyətdə gedib. Bucür yazıları yazmaqda səbəb Vaqif Həsənovun gördüyü işlərə qara yaxmadır və əsassızdır! Patriot.az olaraq yollandıq Ağdama, bir neçə insanlardan sorğu apardıq, ağız dolusu razılıqlarını bildirdilər. Biz də, ölkə mətbuatında dərc olunan neqativ yazılara aydınlıq gətirmək qərarına gəldik. Hörmətli Vaqif müəllim sərxoş olmayıb, işğaldan azad olunmuş doğulduğu Ağdam rayonunun Əliağalı kəndinə gedib sadəcə! Sevincək olub ki, 30 ildən sonra Ata yurdunda olub! Onu da bəzi saytlar şantaj xarakterli yazılara üstünlük verdilər. Əziz həmkarlarım! Bir insanın haqqında hansısa bir yazı yazanda yaxşı-yaxşı düşünün ki, sonra gülüş vəziyyətə düşməyəsəniz.
HAZRLADI: PATRİOT.AZ, ARİF YUSİFLİ
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov məcburi köçkünlərlə görüşlər keçirir

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov məcburi köçkünlərin azad olunmuş ərazilərə köçmək istəyi ilə bağlı yaradılmış onlayn sorğuda fəal və səmimi cavablandırılmaq məqsədi ilə iştirakını təmin etmək üçün onların məskunlaşdığı kənd və qəsəbələrdə görüşlər keçirir.

