İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Ermənistan paytaxtında yerləşən qondarma “erməni soyqırımı” memorialı ilə bağlı diqqətçəkən məlumat yayılıb.
Sosial şəbəkələrdə və bəzi erməni teleqram kanallarında memorial kompleksində yerləşən əbədi məşələ artıq girişin mümkün olmadığı, ərazidə qəfil “təmir işlərinə” start verildiyi bildirilir.
Maraqlıdır ki, bu təmir prosesi Ermənistan hakimiyyətinin ən güclü türküyönümlü siyasət yürüdüyü dövrə təsadüf edir. Sosial şəbəkələrdə bu, təsadüf kimi deyil, məhz siyasi mesaj xarakterli addım kimi təqdim olunur.
Hazırda rəsmi dairələr mövzu ilə bağlı heç bir açıqlama verməyib. Lakin yayılan iddialar İrəvanda böyük müzakirələrə səbəb olub.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
