Bəzi internet saytlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə bağlı Günün ikinci yarısı başçı məşğuldur: `LEY-PEY`DƏDİR... - BU NƏDİ BELƏ?! başlıqlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Niyazi Bayramov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Niyazi Bayramov lokal antiterror əməliyyatı zamanı xəsarət alan yaralı hərbçiləri ziyarət edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda lokal antirerror əməliyyatında iştirak edən və xəsarət alan yaralı hərbçiləri evlərində ziyarət edib.
Görüş zamanı Niyazi Bayramov hərbçilərin sağlamlığı və müalicəsi, eyni zamanda ailələrinin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlara və şəxsi şücaətlərinə görə onları və ailə üzvlərini təbrik edib. Şəhər rəhbəri onu da bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə terrorçulara ağ bayraq qaldırmağa məcbur etdi və lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi.
Görüş zamanı yaralı döyüşçülər öz təəssüratlarını bölüşüb. Həmçinin, müalicə və ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Niyazi Bayramov II Dünya Müharibəsi iştirakçısı Tofiq Hüseynovun yas mərasimində iştirak edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Bitki-mühafizə və texniki bitkilər ETİ-nin direktoru, professor İbrahim Cəfərov və Aparatın məsul əməkdaşları II Dünya Müharibəsi iştirakçısı Tofiq Hüseynovun yas mərasimində iştirak ediblər.
Şəhər rəhbəri mərhumun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Qeyd edək ki, 101 yaşlı II Dünya Müharibəsi iştirakçısı Tofiq Hüseynov 8 oktyabr 2023-cü il tarixində səhər saatlarında vəfat edib.
